Sizin Reklam Burada

Məktəb direktoru dəm qazından boğulub

Məktəb direktoru dəm qazından boğulubXaçmazda 45 yaşlı məktəb direktoru olan qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat bu gün səhər saat 08.41-də FHN-nin Şimal Regional Mərkəzinə Xaçmaz rayon polis şöbəsindən məlumat daxil olub.

Məlumatda Xaçmaz şəhərinin Heydər Əliyevprospekti -14 ünvanında yaşayan bir nəfər qadının telefon zənglərinə və qapının döyülməsinə cavab verməməsi bildirilib.

Dərhal hadisə yerinə gedən xilasedicilər fərdi evin qapısını təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Evin hamamında Xaçmaz şəhər sakini, 45 yaşlı Ülkər Vəliyəddin qızı Hacıyevanın meyiti tapılıb.

Hadisə yerində Xaçmaz rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları işləyib.İlkin ehtimala görə,qadın hamamda dəm qazından zəhərlənib.Rayon prokurorluğu faktın araşdırılmasına başlayıb.

Qeyd edək ki, həyatını itirən Ülkər Hacıyeva rayonun Alıcqışlaq ümumi orta məktəbinin direktoru idi. Xanım direktor zəhərləndiyi evdə tək yaşayırdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər