Sizin Reklam Burada

Taksi sürücüsü baş redaktora hücum edib balta ilə vurmaq istədi

Taksi sürücüsü baş redaktora hücum edib balta ilə vurmaq istədi9933” taksi şirkətinin sürücüsü baş redaktor Nahid Canbaxışlıya balta ilə hücum edib.

Bu gün "Vətəninfo.az” İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı sifariş etdiyi "*9933” taksi şirkətinin Opel-Astra-33BG034 dövlət nömrə nişanlı taksi sürücüsü tərəfindən saat 20:59-da hücuma məruz qalıb.

Nahid Canbaxışlı bildirib ki, bu gün saat 20:07 radələrində "*9933” taksi şirkətinə zəng edərək taksi sifariş edib: "Taksi sürcüsü məni Binə qəsəbəsindən evə gətirdi. Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə qədər olan hissəni də qeyd etdirirəm. Bu dəfə də elə etdim. Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1 km 500 m olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi. Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1km 500 m-in qeyd olunub-olunmadığını soruşdum. Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki, sərnişinin mənzil başına kimi, yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir. Sürücü hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi. Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim. Bundan sonra başladı söyüş və təhqirlə danışmağa. Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim.Bu arada aramızda mübahisə düşən zaman maşının baqajın açaraq üzərimə balta ilə gəlməyə başladı”.

Nahid Canbaxışlı bildirib ki, hadisə anbaan mənzilinin kameralarına düşüb: "Hadisə ilə bağlı sabah ilk olaraq şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət ilə müraciət edəcəm”. /Yenicag.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər