Sizin Reklam Burada

Azərbaycanda ər arvadını güllələdi

Azərbaycanda ər arvadını güllələdiAvqustun 4-də saat 01 radələrində Qazax rayonu ərazisində 1973-cü il təvəllüdlü Maral Osmanlının güllələnməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Qazax rayon prokurorluğundan bildirilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Ayaz Osmanlının təmizlik işləri apararkən təklülə ov tüfəngini açmaq istəyərkən barmağının tətiyə toxunaraq atəş açılması nəticəsində qarşısında dayanan arvadı Maral Osmanlıya xəsarət yetirərək onu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər