Sizin Reklam Burada

Bakıda marketə basqın edib satıcını öldürdülər

Bakıda marketə basqın edib satıcını öldürdülərBakıda törədilmiş qətlin üstü açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, fevralın 9-na keçən gecə saat 23 radələrində Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən marketdə 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayaraq öldürən şəxsin qonşusu, 1996-cı il təvəllüdlü Ağasənov İsmayıl Nizami oğlu olması üzə çıxıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, 24 yaşlı İsmayıl pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək 62 yaşlı Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı açılan cinayət işinin istintaqı davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər