SOCAR-a yeni vitse-prezidentlər təyin olundu
Dərc olunub:
11-08-2021, 19:09
Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Zaur Aydın oğlu Qurbanov da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.