Daha 3 kənd və bir neçə yüksəklik işğaldan azad olundu

Daha  3 kənd və bir neçə yüksəklik işğaldan azad olunduAzərbaycan ordusu bu gün daha bir neçə kəndi düşməndən azad edib. Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında yazıb. “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”, - Prezident bildirib.