Sizin Reklam Burada

İlham Əliyev və xanımı yeni xəstəxananın açılşında - Foto

İlham Əliyev və xanımı yeni xəstəxananın açılşında - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, müvəqqəti olaraq sabahdan etibarən bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar. Tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.

“Yeni klinika” tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Prezident İlham Əliyev bu gün ölkəmizin ən böyük tibb ocaqlarından birinin fəaliyyətə başladığını qeyd etdi, onun müasir avadanlıqla təchiz olunduğunu bildirdi. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində görülən işlərdən danışan dövlətimizin başçısı vurğuladı ki, bu tibb müəssisəsinin istifadəyə verilməsi pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq.
İlham Əliyev və xanımı yeni xəstəxananın açılşında - Fotosm
“Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və həkim Nəzrin Mustafayeva dövlətimizin başçısına yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. “Yeni klinika” tibb müəssisəsinin yaradılması və burada ən müasir tibbi avadanlığın quraşdırılması bunu bir daha təsdiq edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər