ABŞ İran ətrafındakı bazalarda hərbi təyyarələrin sayını artırıb

ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarda yerləşən hərbi təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi əməliyyatlar üçün Yaxın Şərqdə böyük aviasiya gücü toplayır.

Peyk görüntülərinə və Təl-Əviv Universitetinin analizinə istinadən nəşr İordaniya bazasında ən azı 66 qırıcı təyyarənin yerləşdiyini bildirir. Bazalarda görünən təyyarələrdən on səkkizi F-35 qırıcılarıdır.

Məqalədə həmçinin bazada 17 F-15 çoxməqsədli qırıcı və səkkiz A-10 hücum təyyarəsinin yerləşdiyi bildirilir.

Qəzet həmçinin qeyd edir ki, bazada EA-18 elektron müharibə təyyarələri və nəqliyyat təyyarələri də müşahidə olunub.

Görüntüləri təhlil edən ekspertlər Səudiyyə Ərəbistanındakı bazada E-3 “AWACS” hava erkən xəbərdarlıq və idarəetmə təyyarələrinin və C-130, həmçinin C-5 nəqliyyat təyyarələrinin olduğunu da bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər