Serbiya öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
Dərc olunub:
Dünən, 06:40
Serbiya Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar İranda olan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib.
APA xəbər verir ki, diplomatik qurum bu barədə bəyanat ayıb.
Qeyd olunur ki, artan gərginlik və təhlükəsizlik sahəsində vəziyyətin daha da pisləşməsi riski nəzərə alınaraq, İran İslam Respublikasında olan bütün Serbiya vətəndaşlarına ölkəni ən qısa müddətdə tərk etmək tövsiyə olunur.
