ABŞ-da qar uçqunu: 10 xizəkçi itkin düşdü
Dərc olunub:
18-02-2026, 14:15
ABŞ-ın Kaliforniya ştatının Traki şəhəri yaxınlığındakı xizək kurortunda qar uçqunu baş verib.
Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Uçqun nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə köməksiz vəziyyətdə qalıb və xilasediciləri gözləyir.
Polis idarəsinin kapitanı Rassel Qrin bildirib ki, hadisə yerinə 46 xilasedici göndərilib, lakin onlar əraziyə çata bilməyiblər.
