"Özbəkistanla Azərbaycan arasında əlaqələr hərtərəfli inkişaf edir"

"Özbəkistanla Azərbaycan arasında əlaqələr hərtərəfli inkişaf edir"Son 3 ildə Azərbaycan ərazisi ilə daşınan Mərkəzi Asiya ölkələrinə məxsus yüklərin həcmi 90% artıb.

Avrasiya.net xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov Bakıda “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində deyib.

“İkitərəfli ticarət dövriyyəsinə gəldikdə, göstəricilər sabit, müsbət dinamikanı nümayiş etdirir. Son 5 ildə ticarət həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən yeni geoiqtisadi konfiqurasiyanın formalaşmasına şərait yaradır. Bu əməkdaşlıq obyektiv iqtisadi və coğrafi amillərə əsaslanır, eyni zamanda, regional inteqrasiyanın inkişafı üçün yeni imkanlar açır”, - o bildirib.

Javlon Vahabov Özbəkistanla Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini qeyd edib: “2024-cü ildə Azərbaycanla Özbəkistan müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın ən yüksək səviyyəli – müttəfiqlik statusunda münasibətlər qurduğu ilk ölkədir, ümumilikdə isə Özbəkistanın müttəfiqlik münasibətləri qurduğu ölkələr sırasında Azərbaycan Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Bunun nəticəsində isə ötən il Özbəkistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 90 faiz artıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər