Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilər

Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilərABŞ Prezidenti Donald Tramp "Alfalfa" klubunun illik şam yeməyində Venesuelanın Amerikanın 53-cü ştatı ola biləcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə tədbirdə iştirak edənlərin sözlərinə istinadən "The Washington Post" məlumat yayıb.

Qəzet qeyd edib ki, tədbir KİV üçün qapalı olub, təxminən 200 iştirakçıya iki qonaq gətirməyə icazə verilib və hamı yanvarın sonuncu şənbə günü "Capital Hilton" otelində toplaşıb.

Nəşr vurğulayıb ki, ABŞ lideri bunu "zarafatla" söyləyib:

"Biz Qrenlandiyaya hücum etməyə hazırlaşmırıq. Biz onu almaq istəyirik. Mənim heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətim olmayıb. Mən 51-ci ştat kimi Kanadanı görmək istəyirəm. Qrenlandiya 52-ci, Venesuela isə 53-cü ştat ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər