Sizin Reklam Burada

ABŞ imkan vermir, ona görə savaş qızışır – Türk professor

ABŞ imkan vermir, ona görə savaş qızışır – Türk professorİki gün öncə Krım körpüsündə partlayış törədildi. Avqust ayında isə Duqinin qızı sui-qəsd nəticəsində öldürüldü. Qərb Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolunun artmasını, tərəflərin danışıqlar masasına oturmasını istəmir.

Bu sözləri Axar.az-a Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri yenidən intensiv raket atəşinə tutmasını şərh edən Mərmərə Universitetinin professoru Giray Saynur Derman deyib.

Professorun sözlərinə görə, hücumların və döyüşlərin şiddətlənməsi sülhlə bağlı ehtimalları mümkünsüz edir:

“ABŞ üçün müharibənin davam etməsi daha məqbuldur. Çünki Amerika Rusiyanın Qara dənizdə güclənməsini istəmir. Hazırki mərhələdə Moskva və Kiyev arasında hər hansı bir formada razılaşma olacağını düşünmürəm. Çünki Putin də son dərəcə kinli liderdir. Bundan sonra vəziyyət daha da gərginləşəcək. Krım körpüsündəki partlayışdan sonra Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Tvitterdə bunun hələ başlanğıc olduğunu yazması da vəziyyəti gərginləşdirdi. Rusiya mülki obyektləri vurmaqla çox böyük yanlış edir. Əgər tərəflər dialoq istəyirlərsə, vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməlidirlər. Rusiya dünyanı nüvə müharibəsi ilə təhdid etsə də, heç kim nüvə müharibəsini və onun yaradacağı fəlakəti gözə ala bilməz. Noyabrda İndoneziyada keçiriləcək G-20 sammitində Putin və Zelenskinin görüşə biləcəyi haqqında məlumat da yayıldı. Döyüşlərin şiddətlənməsi ilə liderlərin görüş ehtimalı demək olar ki, sıfra endi. İndi tərəflər bir-birini üstləməyə, gücsüz olmadığını sübut etməyə çalışır. Ona görə döyüşlər daha şiddətlənəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər