Sizin Reklam Burada

Duqina qətlinin arxasında Ukrayna dayanır – ABŞ kəşfiyyatı

Duqina qətlinin arxasında Ukrayna dayanır – ABŞ kəşfiyyatıRusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinin arxasında Ukrayna hakimiyyəti dayanır. Qətlin ehtimal edilən sifarişçilərinin adlarını artıq ABŞ xüsusi xidməti bilir.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nyu York Tayms” nəşri çıxış edib.

ABŞ xüsusi xidmət rəsmisinin sözlərinə görə, ABŞ bu teraktda iştirak etməyib və heç bir kəşfiyyat məlumatı da verməyib. Bundan başqa, rəsmilər hətta bu əməliyyat haqda əvvəlcədən məlumatsız olublar.

“Əgər bizimlə məsləhət edilsəydi, mütləq bu qətlə qarşı çıxacaqdıq”, - o bildirib.

Birləşmiş Ştatlar hesab edir ki, ictimai xadimlərə qarşı bu cür hücumlar böyük simvolik əhəmiyyətə malikdir və Moskvanı Ukraynanın yüksək rütbəli məmurlarına zərbə endirməyə təhrik edə bilər.

Qeyd edək ki, jurnalist və politoloq Darya Duqina 20 avqustda Moskvaətrafı ərazidə avtomobilinin partladılması ilə qətlə yetirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər