Sizin Reklam Burada

General: Türkiyə bunu etməsə, orda qala bilməz!

General: Türkiyə bunu etməsə, orda qala bilməz!Türkiyə Talibanla danışıqlar aparmalıdır, danışıqlar olmazsa, orada qala bilməz.

Axar.az xəbər verir ki, bu sözləri təqaüddə olan türkiyəli general İsmayıl Hakkı Pekin deyib.

“Türk əsgəri regionda mövcudluğunu davam etdirməlidir. Türkiyənin Pakistanla birgə sabitliyin bərqərar olması üçün çalışdığı deyilir. Pakistan baş naziri “Türkiyə Talibanla görüşmək üçün lazımi tədbirlər görür” açıqlaması ilə çıxış etdi. Böyük ehtimalla, danışıqlar aparılır. Onsuz da Taliban ilə danışıqlar aparmasaq, türk əsgərinin orada qalması mümkün deyil. Bu bölgə Türkiyə üçün olduqca önəmlidir”, - deyə Hakkı Pekin bildirib.

O, Əfqanıstandakı vəziyyətin sadəcə region ölkələrinə deyil, ABŞ və Avropa ölkələrinə də təsirsiz ötüşməyəcəyini əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər