Ukraynada məcburi hərbi çağırış ləğv edilir

Ukraynada məcburi hərbi çağırış ləğv edilirUkraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.

Onun sözlərinə görə, prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilir. Bu məqsədlə islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi daxil edilib.

“Hərbi çağırış məntəqələrində islahat aparılacaq. İslahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə A.Kornienko yerli mediaya müsahibəsində vurğulayıb.