Sizin Reklam Burada

ÜST-dən yoluxma ilə bağlı ŞAD XƏBƏR

ÜST-dən yoluxma ilə bağlı ŞAD XƏBƏRSon iki həftə ərzində dünyada koronavirusa yoluxma halları ilə bağlı vəziyyət "çox yüksək səviyyədə sabitləşib".

Avrasiya.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan deyib.

M.Rayan bildirib: "Son iki həftə ərzində yoluxma qrafikinə baxsaq, bir növ sabitləşmə olduğunu, lakin bunun çox yüksək səviyyədə olduğunu görə bilərik". Qeyd edək ki, ötən həftə ərzində dünyada koronavirusa 2,6 milyon yoluxma və 54 min ölüm halı qeydə alınıb.

Onun sözlərinə görə, hazırda dünyada epidemioloji vəziyyət "2-3 ay əvvəlkindən daha yaxşıdır". Eyni zamanda, bəzi ölkələrdə və bölgələrdə yoluxma hallarının sayında kəskin azalma olsa da, digər ölkələrdə sürətlə artım qeydə alınıb.

Proqram direktoru qeyd edib ki, bu hal koronavirusun yeni, daha çox yoluxucu ştammlarının ortaya çıxması, ölkələrdə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması və insanlar arasındakı təmasların artması da daxil olmaqla müxtəlif amillər səbəbiylə baş verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər