Hindistan Çinlə sərhəddəki ordusunu 200 minə çatdırdı
Dərc olunub:
28-06-2021, 12:05
Hindistan son aylar ərzində Çinlə sərhədə əlavə 50 min nəfərlik hərbçi yerləşdirib.
Bu məlumatı Hindistanın “Mint” qəzeti yayıb.
Məlumata görə, Hindistan bu addımı regionda mövqeyini gücləndirmək üçün atıb. Ümumilikdə Çinlə sərhəddə Hindistanın hazırda 200 min hərbçisinin xidmət etdiyi vurğulanıb.