Sizin Reklam Burada

Daha bir İDDİA: COVID-19 Çinin laboratoriyasında yaradılıb

Daha bir İDDİA: COVID-19 Çinin laboratoriyasında yaradılıbÇin yeni növ koronavirusu Vuhandakı laboratoriyaların birində yaradıb və izlərini gizlətməyə çalışır...

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya və Norveç alimlərinin apardığı elmi araşdırma virusun süni yaradıldığı barədə mübahisələri yenidən gündəmə gətirib.

“British Daily Mail” qəzeti İngiltərə professoru Anqus Dalqleş (Angus Dalgleish) və Norveç alimi Bilqer Sorensenin (Birger Sorensen) bu mövzuda elmi məqalələrini dərc edib. Məqalədə koronavirusun Vuhandakı laboratoriyadan sızdığı, izlərinin "tərsinə mühəndislik" edilərək gizlədildiyi, çinli alimlərin onun yarasalardan təbii yollarla keçdiyi məlumatını yaydığı iddia edilir.

Yazıda Çin laboratoriyaları məlumatın “qəsdən yox edilmə, örtbas olunma və ya pozulma"da və çinli alimlərin susdurulmasında təqsirləndirilir.

Dalqleş və Sorensin 2020-ci ildə peyvənd təkmilləşdirərkən virusda "xüsusi izlər"ə rast gəldiklərini deyiblər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Çin COVID-19-un mənşəyi ilə bağlı martın sonunda açıqladıqları hesabatda virusun yarasalardan insanlara başqa bir heyvan yoluyla bulaşdığı, onun laboratoriyada hazırlanma ehtimalının "ən aşağı" olduğu göstərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər