Nigeriyada gəmi çevrildi, xeyli insan itkin düşdü
Dərc olunub:
27-05-2021, 01:50
Nigeriyada göyərtəsində 160-dan çox insanın olduğu gəmi çevrilib.
Axar.az xəbər verir ki, gəminin çevrilməsi nəticəsində 1 nəfər həlak olub.
Məlumata əsasən, hazırkı dövrədək 22 nəfəri xilas etmək mümkün olub, təxminən 140 nəfərin axtarışları davam etdirilir.
Qeyd edilir ki, gəmi 80 sərnişin üçün nəzərdə tutulubmuş.