Sizin Reklam Burada

İrlandiya da “AstraZeneca” peyvəndindən İMTİNA ETDİ

İrlandiya da “AstraZeneca” peyvəndindən İMTİNA ETDİİrlandiya Oksford Universiteti və "AstraZeneca" tərəfindən hazırlanmış COVİD-19 əleyhinə peyvəndin qan laxtalanmasına səbəb olduğu səbəbindən istifadəsini dayandırıb.

Avrasiya.net xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İrlandiya səhiyyə naziri Stephen Donnelly məlumat verib.

Nazir bildirib ki, Milli İmmunlaşdırma Komitəsindən (NIAC) yeni məlumatlar səbəbiylə belə bir qərara gəliblər.

İrlandiyada indiyə qədər verilən bütün dozaların təxminən 20 faizinin "AstraZeneca" peyvəndi olduğu və 110 mindən çox insana tətbiq olunduğu ifadə edilib.

Qeyd edək ki, İrlandiya ilə "AstraZeneca" peyvəndinin istifadəsini dayandıran ölkələrin sayı 11-ə yüksəlib.

Buna qədər Avstriya, İtaliya, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Lüksemburq, Latviya, Norveç və İslandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər