Sizin Reklam Burada

ABŞ Senatı Trampın impiçmentinin konstitusion olduğunu tanıyıb

ABŞ Senatı Trampın impiçmentinin konstitusion olduğunu tanıyıbABŞ senatorları keçmiş prezident Donald Trampla əlaqədar prosesin Konstitusiyaya zidd olmasına dair müdafiə dəlillərini rədd edərək sabiq dövlət başçısının impiçmenti məsələsini qəbul etməyə razı olublar.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Səsvermənin nəticəsinə əsasən 56 senator eks-prezidentin impiçmentini konstitusion proses adlandırıb, Senatın 44 üzvü bunun əleyhinə çıxıb. Sənədin lehinə səs verənlər arasında Trampın üzvü olduğu Respublikaçılar Partiyasının altı nümayəndəsi də var. Bunlar Bill Kessidi, Syuzan Kollinz, Liza Murkovski, Mitt Romni, Ben Sasse və Pet Tumidir.

Ötən ayın sonunda respublikaçı senator Rend Pol artıq bu məsələ ilə bağlı səsvermə təşəbbüsü ilə çıxış edib. Həmin vaxt 55 senator impiçmenti qanuni proses kimi tanıyıblar. Onlar arasında beş respublikaçı da vardı. Senatorlardan 45-i impiçmenti qanunsuz elan edib.

Daha əvvəl ABŞ Konqresi Senatındakı demokrat çoxluğun və respublikaçı azlığın liderləri - Çak Şumer (Nyu-York ştatından) və Mitç Makkonnell (Kentukki ştatından) qanunverici orqanın yuxarı palatasında Donald Trampın impiçmenti prosedurunun keçirilməsi formatı üzrə razılığa nail olublar.

Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər