ABŞ-da 307 min insan koronadan öldü
Dərc olunub:
15-12-2020, 07:52
ABŞ-da son sutka ərzində daha 1129 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə "Vörldometers" məlumat yayıb.
Bununla da ABŞ-da COVİD-19 virusundan ölənlərin ümumi sayı 307 min 614 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək ABŞ-da 16 milyon 880 mindən çox insan koronavirusa yoluxub.