Sizin Reklam Burada

ABŞ Suriyada ən böyük bazasını tikir

ABŞ Suriyada ən böyük bazasını tikirABŞ rəhbərliyi Suriyanın şimal-şərqində içində hava limanı da olmaq böyük hərbi baza inşa edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyət” qəzeti məlumat yayıb.

Məlumata görə, Hasekenin Əl-Şəddadi qəsəbəsində inşa edilən baza artıq yekunlaşmaq üzrədir:

“İnşa işləri tamamlandıqdan sonra bu, ABŞ ordusunun Suriyadakı ən böyük bazası olacaq. Bu çərçivədə ABŞ Haseke ilə Deyr-əz-Zor rayonları da daxil olmaqla 145 kvadrat kilometr əraziyə nəzarət edə biləcək. Buraya bölgədəki neft yataqları da daxildir. Bir neçə gün əvvəl ABŞ qüvvələri başda “Şəddadi” bazası olmaqla, həm Haseke, həm də Deyr-əz-Zor rayonlarında yerləşən qərargahlarına yanacaq, avtomobillər, yük maşınları, qazma texnikaları və logistika materialları ilə yüklənmiş yüzlərlə maşın göndərmişdi. Məlumata görə, 2019-cu illə müqayisədə “Şəddadi” bazasında ABŞ hərbçilərinin sayı 2 dəfədən çox artırılıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər