Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu
Dərc olunub:
25-03-2020, 08:49
Harvard Universitetinin prezidenti koronavirusa yoluxub.
Avrasiya.net xarici mediaya istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir.
Məlumatda bildirilir ki, Universitetin prezidenti Lourens Bekou və onun həyat yoldaşında koronavirus aşkar edilib.
Universitet prezidenti qeyd edib ki, nə özü, nə də həyat yoldaşı Adel necə yoluxduğunu bilmirlər.
Qeyd edək ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.