Sizin Reklam Burada

Süleymanini vuran amerikalı öldürüldü

Süleymanini vuran amerikalı öldürüldüİran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan amerikalı öldürülüb.

Publika.az xəbər verir ki, rəsmi Tehranın mətbuat orqanı kimi tanınan "Mizan"ın məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olan Maykl Dandrea adlı şəxs ötən gün Əfqanıstanda qəzaya uğrayan ABŞ təyyarəsində olub.

"Taliban" terror qruplaşması Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. Lakin bununla bağlı hər hansı dəlil yoxdur.

Qeyd edək ki, "Qaranlıq şahzadəsi" ("Dark Prince") Maykl Dandrea "Əl-Qaidə" terror təşkilatının lideri Usamə bin Ladenin də sui-qəsdini hazırlayan şəxs olub.

ABŞ-ın ən əhəmiyyətli casuslarından biri olan Dandrea 1979-cu ildə MKİ-yə qatılıb. Dandrea, İrandakı əməliyyatlarından sonra "Ayətullah Mayk" ləqəbi ilə tanınır.

Xatırladaq ki, İran İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymani 3 yanvarda Bağdad hava limanında sui-qəsdə qurban gedib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər