Sizin Reklam Burada

Bu şirkətlər İrana uçuşları dayandırdı

Bu şirkətlər İrana uçuşları dayandırdı
Almaniyanın “Lufthansa” aviakompaniyası təhlükəsizlik səbəbindən yanvarın 20-dək Tehrana uçuşları dayandırmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə kompaniyanın yanvarın 10-da yayılmış bəyanatında bildirilir.

“Lufthansa” Tehrana uçuşları Frankfurt-Mayn şəhərindən həyata keçirirdi. Kompaniya Ukrayna təyyarəsinin qəzaya uğraması barədə xəbərdən sonra İranın paytaxtına uçan təyyarəsini geri çağırıb.

“Austrian Airlines” aviakompaniyası da Vyanadan Tehrana uçuşları yanvarın 20-nə qədər ləğv etdiyini bildirib.

Avstriyanın Xarici İşlər Nazirliyi yanvarın 6-da Bağdaddakı səfirliyini bağlamış, vətəndaşlarına İraqa getməməyi tövsiyə etmiş, yanvarın 8-də isə vacib olmadığı təqdirdə İrana səfər etməməyə çağırmışdı.

Regionda vəziyyət yanvarın 3-də Amerikanın İraq ərazisinə endirdiyi raket zərbələrindən sonra gərginləşib. Yanvarın 8-də gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi bazalarını atəşə tutub. Həmin gün səhər isə Tehran-Kiyev reysini həyata keçirən “Boinq-737” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəza zamanı Ukraynaya məxsus təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Təhqiqatın nəzərdən keçirdiyi versiyalar arasında təyyarənin səhvən İranın “yer-hava” tipli raketi ilə vurulması ehtimalı da var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər