Sizin Reklam Burada

Bağdad aeroportuna zərbə: İran Qasım Süleymanidən başqa daha bir generalını itirib

Bağdad aeroportuna zərbə: İran Qasım Süleymanidən başqa daha bir generalını itirib
ABŞ-ın MQ-9 “Reaper” pilotsuz döyüş təyyarəsindən ötən gecə Bağdad aeroportuna endirilən raket zərbələri nəticəsində İran əfsanəvi Qasım Süleymani ilə bərabər daha bir generalını itirib.

Virtualaz.org xəbər verir ki, bu barədə ilk dəfə yanvarın 3-də səhər saatlarında Yaxın Şərq üzrə ixtisaslaşmış hərbi jurnalist və bloqer Babak Taqvey (Babak Taghvaee) özünün Twitter-bloqunda bildirib.

Jurnalistin yazdığına görə, general Qasım Süleymani ilə birlikdə “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin briqada generalı Hüseyn Cəfərnia, həmin qüvvələrin mayoru Hadi Taremi və polkovniki Şahrud Müzəffərnia da həlak olublar. Babak Taqvey həmin zabitlərin Süleymani ilə birlikdə fotolarını da yayıb.

Xatırladaq ki, İranın İraqdakı səfiri İrac Məscidi Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində Qasım Süleymani və İraqdakı “Haşdi Şabi” qruplaşmasının komandirinin müavini Əbu Mehdi əl-Mühəndislə birlikdə onları müşaiyət edən 10 nəfərin də həlak olduğunu bildirib. Lakin həlak olanların qalanlarının adları açıqlanmırdı.

Daha sonra İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin qərargahı həlak olanların adlarını açıqlayıb. Açıqlamada deyilir ki, hücumda 5-i iraqlı olmaqla 10 nəfər həlak olub. Bunlar Qasım Süleymani ilə yanaşı briqada generalı Hüseyn Cəfəriniə, polkovnik Şahrud Müzəffəriniə, mayor Hadi Taromi və kapitan Vahid Zamaniandır.

Bəyanatda general Süleymaninin kürəkəninin də hücum zamanı öldürüldüyü haqda şaiyələr təkzib edilir. Bununla belə bildirilir ki, ölənlər arasında Bağdad aeroportunun protokol xidmətinin əməkdaşı da olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər