Ermənistana sonuncu XƏBƏRDARLIQ: “Çıxın torpaqlarımızdan!”
Dərc olunub:
9-10-2020, 17:46
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciəti zamanı işğalçı Ermənistan dövlətinə sonuncu dəfə xəbərdarlıq edib.
Avrasiya.net xəbər verir ki, Ermənistana sərt mesaj ünvanlayan İlham Əliyev “çıxın torpaqlarımızdan!” deyib.
Prezident düşmən ölkənin rəhbərliyinin öz xalqına yalan danışdığını, faktları saxtalaşdırdığını bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün döyüş meydanında qələbə əldə edib:
“Azərbaycan əsgər və zabiti yüksək mənəvi və psixoloji keyfiyyətlər göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpağımızı azad edirik. Döyüş gedən torpaqlar onlarınkı deyil. Onlar mövqeləri qoyub qaçırlar”