Qırğızıstanda Qarabağla bağlı tədbiri keçirilib

Qırğızıstanda Qarabağla bağlı tədbiri keçirilibAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Qarabağda 30 illik ekoterror həqiqətləri" adlı layihə çərçivəsində tədbir keçirilib.

"Manas" Qırğızıstan -Türkiyə Universitetinin, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyinin tərəfdaşlığı ilə baş tutan tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoterror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasıdır. "Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektor vəkili Prof. Dr. Almaz İbrayevin açılış nitqi ilə başlayan tədbirdə diplomatik korpusun nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər.

"Manas" Qırğızıstan -Türkiyə Universitetinin rektoru Prof. Dr. Mustafa Ceylan, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Universitetin müəllimi Muhiddin Gümüş, Qırğızıstan Maarif Kamu Vəqfinin müdir yardımçısı Xəyalbek Akmatov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər.

Universitet kollektivinə 30 illik müddətdə Qarabağda ermənilərin törətdikləri ekoterror haqqında geniş məlumat verilib. Layihə çərçivəsində çap olunmuş kitablar paylanılıb. Tədbirin sonunda məruzəçilər Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təltif olunub. Xatirə fotosu ilə tədbirə yekun vurulub.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər