Sizin Reklam Burada

"Virusla səmərəli mübarizə apardıq"

"Virusla səmərəli mübarizə apardıq"Azərbaycan koronavirus pandemiyası yayılmağa başladığı ilk günlərdən bu virusa qarşı səmərəli mübarizə aparan ölkələr sırasında yer alıb.

Bunu "Xalq Cəbhəsi"nə Türk Dünyası Media Əməkdaşlıq Alyansı İctimai Birliyinin sədri, əməkdar jurnalist Süleyman İsmayılbəyli bildirib.

Onun sözlərinə örə, həyata keçilən adekvat addımlar və görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda virusun daha geniş yayılması və çoxsaylı insan itkisinə yol açmasının qarşısı alınıb: «Müsbət tərəflərdən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti COVİD-19-a qarşı mübarizədə təkcə öz vətəndaşlarınl deyil, ümumilikdə bəşər insanının taleyini düşünür, onların sağlam, təhlükəsiz yaşaması istiqamətində qlobal təşəbbüslərlə çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində çıxışı zamanı bu məqamı xüsusi olaraq vurğulayıb. Dövlət başçısı bildirib ki, .Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir».

İctimai Birlik sədri qeyd edib ki, pandemiyanın yayıldığı ötən 1 ildən artıq müddətdə Azərbaycanın təşəbbüsü ilə koonavirusa qarşı mübaizə məqsədilə bir neçə beynəlxalq səviyyəli tədbirlər təşkil olunub, təşəbbüslər göstərilib: «Rəsmi Bakının irəli sürdüyü təşəbbüslər dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanıb, müxtəlif vaxtlarda COVİD-19-a qarşı mübarizə istiqamətində qlobal miqyaslı toplantılar təşkil edilib: «Türk Şurasına daxil olan ölkələrin zirvə görüşü, Qoşulmama Hərəkatına üzv dövlətlərin videoformatda keçirilən toplantısı və bu kimi tədbirlər beynəlxalq səviyyədə koronavirusa qarşı birgə mübarizənin aparılmasında mühüm əhəmiyyət kəsb edib».
Süleyman İsmayılbəyıi deyib ki, bu kimi təşəbbüslər Azərbaycanı beynəlxalq səviyyədə nümunəvi ölkəyə çevirib: "Onu da qeyd etmək lazımdır ki, daxildə də COVİD-19-a qarşı çox ciddi tədbirlər görülüb. Məhz həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, vaxtı ilə ölkədə tətbiq edilmiş bəzi tədbirlər aradan qaldırılıb, həm virusa yoluxma, həm də bu səbəbdən ölüm sayları kifayət qədər azalıb".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər