Gədəbəydə qızıl mədənində yanğın: 8 nəfər zəhərləndiGədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.

Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.

Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin 180 kvadratmetr sahəsində yanğın baş verib: "Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətindən verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.

"Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda söndürülüb”, - şirkətdən bildirilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
DİM III qrupa imtahan verənlərə müraciət etdiDövlət İmtahan Mərkəzi 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

DİM-dən Avrasiya.net-ə verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.
Bakıya qar yağacaq, yollar buz bağlayacaq – XəbərdarlıqBakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.
Astarada film kimi OLAY: Pula görə girov götürdülərAstara sakinini döyərək, ondan pul tələb ediblər.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən xəbərə görə, yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəş açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını bildirib. Onun sözlərinə görə, həmin evdə onu döyərək 10000 manat pul gətirməsini tələb ediblər və pulu gətirməsi üçün saat 2 radələrində buraxıblar.

Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Astara rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.
Kürdəmirdə də ər arvadını qətlə yetirdiKürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev “Bakı KOB evi”nin AÇILIŞINDAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Diqqətə çatdırıldı ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.

Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.

KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır.

Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz
İranda daha 4 məhkum edam edildiİranın Kərəc şəhərinin Qızılhisar və Kirmanşahın Dizelabad zindanlarında saxlanılan 4 məhkum edam edilib.

Axar.az xəbər verir ki, onların hansı maddə ilə ittiham edildiyi barədə İran məhkəməsi və rəsmi mediası məlumat verməyib.

İran İnsan Haqları Təşkilatının son məlumatına görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.
Azərbaycanlının Almaniyada şok cinayəti üzə çıxdıAlmaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi yanvarın 9-na təyin olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən istintaq materiallarında E.Ağayevin Ukraynada cinayət törətdiyi və buna görə məhkumluq həyatı yaşadığı məlum olub.

Belə ki, o, Ukraynada yaşayarkən keçmiş sevgilisini əvvəlcə bıçaqlayıb, daha sonra onu balta ilə qətlə yetirib.

E.Ağayevin bu cinayəti ilə bağlı detallar Almaniyada məhkəməyə təqdim edilən cinayət işinə əlavə edilib. Eyni zamanda onun Ukraynadakı cinayəti ilə bağlı lazımı sənədlərin məhkəmə hazırlıq iclasına qədər əldə edilməsi məqsədi ilə Ukrayna Ədliyyə Nazirliyinə müraciət edilib.

Xatırladaq ki, E.Ağayev bu il iyunun 18-də Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. Mərhumun həyat yoldaşı Nadine istintaqa ilkin ifadəsində bildirib ki, E.Ağayev onun ərini qısqanclıq zəminində öldürüb.

E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılmışdı.
"Qərbi Azərbaycan indiki Azərbaycanın tarixi ərazisidir"Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarılıb.

Qərbi Azərbaycan ərazisi‚ yəni Zəngəzur‚ Göyçə və İrəvan qədim Azərbaycandır. Tarixi mənbələr göstərir ki‚ məhz Çarizmin dövründə buraya ermənilər məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək Çar imperiyasına etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı birinci Pyotrdan başlamış və Sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və Sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində isə Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada‚ yəni bu Azərbaycan torpaqları üzərində Sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır.

Amma və lakin heçbir tarixi mənbə burada qədim erməni varlığını və tarixdə hər hansısa bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlilərlə sübut edir. Ancaq və lakin ermənilərin şovinist və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə yeksan edilmişdir. 1988-ci ildən isə başlayaraq bu ərazilərdə yaşayan Qərbi Azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuşdur. Qərbi Azərbaycan indiki Azərbaycan Respublikasının tarixi ərazisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan icaması ilə keçirtdiyi görüş və Qərbi Azərbaycan icmasının inzibati binasının açılışını etməsi son dərəcə əlamatdar hadisədir. Qərbi Azərbaycanda yaşamış Azərbaycanlılara vaxtilə böyük zülm edilib‚ onlar ağır təqiblərə‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşamış Azərbaycanlılara qarşı da genasid siyasəti yeridib.

Biz Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Qərbi Azərbaycan məsələsində də Azərbaycan haqqlı tərəfdir. Zəngəzur‚ Göyçə‚ İrəvan əraziləri hamısı tarixi Azərbaycan torpaqlarıdır.

Biz‚ Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir‚ Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir‚ ermənilərin şovinist və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyir‚ vaxtilə 1988-89 və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirtdiyi etnik təmizləmə və genasid siyasətini isə milli və irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməli hesab edirik.

İsrail Təhlükəsizlik Akademiyasının
Qafqaz üzrə Azərbaycan
Respublikasındakı
Regional Nümayəndəliyi

Vasif Talıbov oğlu ilə Dubaya getdi: Mülklərini satdıNaxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Dubaydakı mülkləri də əlindən alınıb.

Avrasiya.net Unikal.az-a istinadən xəbər verir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar.

Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar.

Xatırladaq ki, Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alınıb.