Ruslara daha bir zərbə: 80 ölü və yaralı varUkrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonundakı mövqelərinə zərbələr endirib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Yanvarın 3-də Zaporojye vilayətinin Tokmak rayonu ərazisində işğalçıların canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirilib. Düşmənin 80-ə yaxın ölü və yaralısı var”, - məlumatda qeyd olunub.
Ukrayna əks-hücum planlaşdırır, ağır döyüşlər olacaqUkrayna bu yaz böyük əks-hücum planlaşdırır. Yazda cəbhə xəttində ən ağır döyüşlər olacaq.

Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin mart ayında ən qızğın döyüşlərin olacağı gözlənilir:

"Bizim məqsədimiz Ukraynanın 1991-ci ildəki sərhədlərinə qayıtmaqdır və biz buna nail olacağıq. Bu ərazilər beynəlxalq hüququn bütün subyektləri tərəfindən tanınır”.
2022-ci ilin ən yaxşı futbolçusu məlum olduBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Avrasiya.net xəbər verir ki, bu ada Argentina millisinin və Fransa PSJ-sinin hücumçusu Lionel Messi layiq görülüb. 36 yaşlı forvard 275 xalla bütün rəqiblərini geridə qoyub.

İkinci yeri Messinin Paris təmsilçisindən komanda yoldaşı olan Kilian Mbappe (35 xal) tutub. İlk üçlüyü 30 xalla "Real Madrid"in hücumçusu Kərim Benzema tamamlayıb.

Onun "kral klubu"ndan komanda yoldaşı olan xorvatiyalı Luka Modriç (15 xal) 4-cü, İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holan (5 xal) isə 5-ci olub.

Qeyd edək ki, Lionel Messi ötən il millinin heyətində dünya çempionluğunu qazanıb.
Tehranda tanınmış vəkil öldürüldü - FOTOİranın paytaxtı Tehranda tanınmış vəkil molla rejimi tərəfindən öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Nərgiz Xurrəmifərd etiraz aksiyalarında saxlanılanları müdafiə edən vəkillərdən biri olub. Onun hansı şəraitdə öldürüldüyü barədə əlavə məlumat yoxdur.

Qeyd edək ki, İranda üç aydan çoxdur davam edən etiraz aksiyalarında 37 vəkil həbs edilib. Onlardan bir neçəsi girov qarşılığında müvəqqəti azad edilsə də, hazırda əksəriyyəti zindanlarda saxlanılır.
İranın Bakı səfiri erməni kilsəsində - Fotoİranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Tehranda erməni kilsəsində bayram tədbirinə qatılması ilə bağlı görüntülər yayılıb.

Axar.az xəbər verir ki, fotoda Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Qeyd edək ki, Seyid Abbas Musəvi məsləhətləşmələr üçün hazırda Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.

Görüntülərin yayılmasının səbəbi isə İranın və onun səfirinin Ermənistana münasibətini göstərməkdir.
Naftalanda 64 yaşlı kişi güllələnərək öldürüldüNaftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
İranda 18 yaşlı etirazçıya edam cəzası verildiNouşəhrdə ümumxalq etirazlar zamanı həbs olunan 18 yaşlı Arşia Tek Dəstan Sari İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Hrana” məlumat yayıb.

“Yer üzərində fəsad və müharib” ittihamı ilə barəsində edam qərarı çıxarılan gənc, üstəlik, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları bir-birini öldürməyə və döyüşməyə sövq etmək”, “rejim əleyhinə təbliğat fəaliyyəti” kimi ittihamlarla 5 il, “Rəhbəri təhqir etmək” ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə ilə də cəzalandırılıb.
Sabahdan hava dəyişəcək - Külək əsəcək, qar yağacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir.

Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
"İrəvan Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı"Fransa və Ermənistanın 2022-ci ilin lap sonunda bizim ekofəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək ölkəmizə qarşı başlatdıqları növbəti anti-Azərbaycan kampaniyasının iflasa uğraması sıradan bir hadisə deyil. Onlar dünya ictimaiyyətini çaşdırmağa çalışaraq məlum aksiyanı Xankəndidəki ermənilərin “blokada”ya alınması və “humanitar fəlakət” kimi təqdim etməyə çalışırdılar. Buna görə də xüsusi canfəşanlıqla BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırdılar.

Ən çox canfəşanlıq göstərən də məhz Fransa idi. Hazırda BMT TŞ-na sədrlik edən Fransa bu səlahiyyətindən sui-istifadə edərək Azərbaycanı ermənilərə qarşı "humanitar böhran” yaratmaqda ittiham etmək mövqeyi tutdu. Fransa istəyirdi ki, BMT xətti ilə Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və “beynəlxalq sülhməramlı qüvvələr” adı altında bölgəyə Fransa hərbi kontingentini gətirsin və bununla da Cənubi Qafqazda Fransanın hərbi-siyasi varlığını təmin etsin. Fransa prezidenti Emmanuel Makron bu cür məkrli geosiyasi məqsədlərinə nail olmaq üçün ənənəvi “erməni məsələsi”ndən, “blokada” və “humanitar böhran” kimi siyasi-psixoloji təzyiq “kart”larından istifadə etmək yolunu tutdu, lakin fiasko ilə üzləşdi.

Fransanın BMT TŞ-da Azərbaycan əleyhinə qətnaməni qəbul etdirə bilməməsi ədalətin qələbəsi sayılmalıdır. Bu həm də Makronun özünün bilavasitə məğlubiyyətidir. Daha doğrusu, rüsvayçı məğlubiyyətidir. Makron belə bir nəticəni bəlkə də heç gözləmirdi. Çünki o, özünə çox arxayın idi və Fransanın beynəlxalq nüfuzuna güvənirdi. BMT TŞ-nın rıçaqlarından istifadə etməklə Azərbaycana qarşı təşkil edilən bu proses birbaşa Fransa prezident administrasiyası və Makronun xarici siyasət üzrə müşavirləri tərəfindən yönləndirilirdi. Yəni ki, Makron öz komandasının bütün diplomatik gücünü bu kampaniyaya həsr etmişdi. Təkəbbürlü Fransa lideri BMT TŞ-da məlum bəyannaməni qəbul etdirəcəyinə və növbəti mərhələdə isə onu qətnaməyə çevirə biləcəyinə nədənsə, çox əmin idi.

Ancaq sonda Azərbaycanın mövqeyi, Azərbaycanı dəstəkləyən ölkələrin qətiyyəti qalib gəldi. İngiltərə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Albaniya birmənalı surətdə Fransanın təşəbbüsünə qarşı çıxdı. ABŞ və Çin kimi dünya gücləri isə neytral mövqe tutdular ki, bu da Makron üçün arzuolunmaz hal idi. Özünü bütün Avropanın lideri hesab edən Makron rüsvayçı vəziyyətə düşdü və nəhayət anladı ki, artıq Fransanın mövqeyi heç kim üçün önəmli deyil. Bu hadisə Makron üçün əsl “soyuq duş” oldu.

Rəsmi İrəvan isə bu cür ağır diplomatik məğlubiyyət nəticəsində növbəti dəfə əzik duruma düşdü və Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Makronun geosiyasi oyunları, hiyləgər gedişləri ermənilərin yox, Fransanın öz maraqlarına xidmət edir. Ermənilər gah bu, gah da digər havadara bel bağlayıb revanşa can atmaqdansa, real sülhə can atmalıdırlar. Onların xilası yalnız bundadır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“İsrail Azərbaycana “ağıllı şəhərlər”in yaradılması üzrə əməkdaşlıq təklif edib”“İsrail Azərbaycana işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in yaradılması sahəsində əməkdaşlıq təklif edib”.

Bunu “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O söyləyib ki, İsrail əvvəllər öz şirkətlərinin Qarabağda infrastrukturun bərpası prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb və indi də bunu edir.

“Bir İsrail şirkəti Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikib. İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su idarəçiliyi, bərpa olunan enerji mənbələri və kənd təsərrüfatı ilə bağlıdır. Biz həmçinin “ağıllı şəhərlər” sahəsində əməkdaşlıq üçün bəzi imkanlar təqdim etmişik və cavab gözləyirik”, - səfir bildirib.

Müsahibənin tam versiyası yanvarın 5-də dərc olunacaq.