İran etirazlarında SEPAH zabiti öldürüldüİranın Kirmanşah bölgəsində davam edən aksiyalar zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın "Irna" xəbər agentliyi məlumat yayıb.

SEPAH zabitinin soyuq silahla öldürüldüyü qeyd olunur.

Qətli törədən şəxslər həbs edilib.

Partiya sədri 2 nəfərin 160 min dollarını mənimsəyib - DİNDaxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, A.Əsədlinin barəsində tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdiyi şikayətdir.

Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib:

"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".

Qeyd edək ki, Anar Əsədli bu gün Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəldiyini, lakin ölkədən çıxışına qadağa qoyulduğu üçün səfər edə bilmədiyini açıqlamışdı.
Məmmədovun əmlakları: İkinci mənzili Aygün Kazımovadan alıb"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə Rasim Məmmədov və onun ailə üzvlərinə məxsus əmlakların qiymətləndirmə sənədləri araşdırılıb.

Rasim Məmmədov, onun ailə üzvləri, yaxın qohumlarının adına rəsmiləşdirimiş Xəzər rayonu, Mərdəkan qəsəbəsində 337.55 kvadrat metr yaşayış evi 331 min manat, Mərdakan qəsəbəsində daha bir evin 223 min manat qiymətləndirildiyi məlum olub.

Bundan başqa, elan olunan sənədlərdə qeyd olunub ki, Rasim Məmmədovun ailə üzvlərinə məxsus Parlament küçəsindəki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub.

Rasim Məmmədov deyib ki, bu hadisələr baş verəndən sonra ona və ailə üzvlərinə məxsus 22 milyon manatlıq əmlakı alqı-satqı yolu ilə satılıb. Onun sözlərinə görə, həmin əmlaklar bəzi borcların bağlanması üçün satılıb. Qeyd edib ki, bu gün üzərinə həbs qoyulan əmlakların bir çoxunun sahibləri başqa adamlardır.

Daha sonra səslənən sənədlərdə göstərilib ki, Ziya Bünyadov prospektində 2 min 600 kvadrat metr qeyri-yaşayış sahəsinin, Sabunçu qəsəbəsi, Maykoviski küçəsində yerləşən iki qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulub. Hakim deyib ki, Sabunçu qəsəbəsində olan əmlaklar 120 min manat məbləğində qiymətləndirilib.

Bundan başqa, Şüvəlan qəsəbəsində bağ sahəsinin, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında qeyri-yaşayış sahəsinin, Azadlıq prospekti, 54A ünvanında mənzilin üzərinə də həbs qoyulub.

Daha sonra sənədlərdən məlum olur ki, Rasim Məmdova məxsus olduğu iddia olunan Yasamal rayonu, Şərifzadə küsində qeyri-yaşayış sahəsi 2 milyon manat dəyərində qiymətləndirilib və üzərinə həbs qoyulub.

Daha sonra hakimlər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adına Abbasqulu Abbaszadə, 108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin də üzərinə həbs qoyulduğunu, məktəbin 22 milyon 487 min 150 manat qiymətləndirildiyini açıqlayıblar.

Rasim Məmmədov isə deyib ki, məktəbin 50 faizi onlara, digər 50 faizi isə başqa şəxsə məxsusdur. Rasim Məmmədovun vəkilləri isə deyiblər ki, ittiham aktında məktəbin 24 milyon manat qiymətləndirildiyi göstərilib.

Hakim həmçinin deyib ki, işdə "Baku Steel Company" MMC rəhbərinin 1-ci müavini olmuş Çingiz Həsənova məxsus əmlaklar var, həmin əmlakların hamısı Çingiz Həsənovun öz adına olub. Hakim deyib ki, Çingiz Həsənovun işi hazırda məhkəmədə baxılan işdən ayrılıb. Bu səbəbdən həmin əmlakların siyahısını açıqlamayıb.

Daha sonra iş materiallarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Rasim Məmmədova məxsus "No FE ROS" MMC-nin yerləşdirdiyi torpaq sahəsinin üzərinə həbs qoyulub. Bildirilib ki, həmin torpaq sahəsi 10 milyon manat, şirkətin avadanlıqları isə 25 milyon 800 min manat məbləğində qiymətləndirilib.

Rasim Məmmədov deyib ki, sənədlərdən həm torpaq sahəsinin, həm də şirkətin avadanlıqlarının üzərinə həbs qoyulduğu məlum olur. Rasim Məmmədov bildirib ki, həmin torpağın üzərinə həbs qoyulması qanunsuzdur, çünki həmin torpaq sahəsi dövlətə məxsusdur.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi Dövlət Əmlakının İdarə edilməsi Xidmətindən əmalaklarla bağlı verilən sənəd elan olunub. Sənəddə əmlakların alınma tarixi və sahiblərinin adları qeyd olunub.

Sənəddə qeyd olunub ki, Xətai rayonu, Tağıyev küçəsində 2 min 600 kvadrat metr əmlak kompleksinin üzərinə həbs qoyulub, həmin əmlak Rasim Məmmədovun atası Hikmət Məmmədovun adınadır.

Bundan başqa, Yasamal rayonu, İsmayıl Bəy Qutqaşınlı küçəsində bir neçə mənzilin üzərinə həbs qoyulduğu qeyd olunub, həmin mənzillər Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova məxsus olduğu qeyd olunub.

Rasim Məmmədov deyib ki, İsmayıl Bəy Qutqaşınlı küçəsində yerləşən mənzil həyat yoldaşına atasından miras qalıb.

Xatırladaq ki, Rasim Məmmədov, onun ailə üzvləri və yaxın qohumlarının məxsus olan üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 70 milyon manatdır.

İş materiallarında Sulutəpə qəsəbəsində də Rasim Məmmədova məxsus əmlakın üzərinə həbs qoyulduğu gösrəilsə də, o, həmin ərazidə ümumiyyətlə əmlakı olmadığını bildirib. O, özünün, atasının və qayınatasının bağ evləri olduğunu və həmin bağ evlərinin hamısının “Baku Steel Company”dən öncə alındığını deyib.

Üzərinə həbs qoyulan əmlaklar arasında Rasim Məmmədovun özü, həyat yoldaşı Mehriban Məmmədova, qayınatasına məxsus əmlaklar var. Vəkili Zibeydə Sadıqova bildirib ki, istintaq orqanının təqdimatı əsasında məhkəmənin qərarı ilə Rasim Məmmədovla yanaşı, bir sıra başqa şəxslərin adlarına olan əmlakların da üzərinə həbs qoyulub.

Lakin həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut ortaya qoyulmayıb:

“Baxmayaraq ki, həmin əmlaklar əvvəl əldə olunub, iş materiallarında onların əldə olunması sonrakı dövrə rəsmiləşdirilib. Bütün bu hallarla bağlı şikayət vermişik, təəssüf ki, təmin olunmayıb. Apellyasiya şikayəti versək də, həmin şikayətimiz də təmin edilməyib”.

Rasim Məmmədov da üzərinə həbs qoyulan əmlaklarla bağlı narazılığını bildirib. O deyib ki, həyat yoldaşına atasının bağışladığı əmlakların üzərinə belə həbs qoyulub: “Atasının bağışladığı əmlakın da üzərinə həbs qoyulub, bu nə deməkdir? Yaxud yoldaşımgil üç bacıdılar, bir bacıya görə atanın bütün əmlakına həbs qoyulub, bundan digər iki bacı da əziyyət çəkir".

Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Səməd Vurğun küçəsində yerləşən binada iki mənzilinin üzərində həbs var. O bildirib ki, həmin mənzillərdən birini 2003-cü ildə alıb, ikinci mənzili isə 2009-cu ildə müğənni Aygün Kazımovadan alıb. Bildirib ki, həmin binada nazirdən tutmuş, müənniyə qədər çox adam yaşayırdı.

Növbəti proses noyabrın 21-də davam edəcək.

MHP İsraildə səfirliyimizin açılmasının tərəfdarıdırÖlkəmizin dost və müttəfiq İsraildə səfirlik açmaq təşəbbüsü doğrudan da tarixi hadisədir. Biz Milli Həmrəylik Partiyası olaraq Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinin qəbul olunmasını dəstəkləyir və alqışlayırıq.

Heç kimə sirr deyil ki, İsrail Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Qonşumuz və dindaşımız İrandan fərqli olaraq bu ölkə hər zaman Azərbaycanın haqq işinə dəstək verib, ərazi bütövlüyümüzü dəstəkləyib, 44 günlük müharibə zamanı öz siyasi dəstəyini bizdən əsirgəməyib.

Səfirlik açmaq qərarı sıradan bir hadisə deyil. Hesab edirik ki, bu addım ölkələrimizi daha da yaxınlaşdıracaq. İki ölkə arasında münasibətlər daha da dərinləşəcək, eyni zamanda xalqlarımız, insanlarımız arasında da əlaqələr genişlənəcək. Ölkəmizin beynəlxalq nüfuzu və siyasi çəkisi daha da artacaq. Azərbaycan İsrail ilə müsəlman ölkələri arasında siyasi-diplomatik körpülərin qurulmasında açar ölkə rolunu oynayacaq.

İsraildə açılacaq Azərbaycan səfirliyinin fəaliyyəti xalqlarımız üçün xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Mənə iş adamını oğurlamağı tapşırmışdı" - "Lotu Quli"nin QATİLİ (FOTO)Antalyada qətlə yetirilən kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən şəxslərin məhkəməsi keçirilib.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Nəzir Əzizoğlu”nun kimliyindən istifadə edən “Lotu Quli”ləqəbli Nadir Səlifov 20 Avqust 2020-ci ildə Serik rayonunda 5 ulduzlu hotelin restoranında yaxın adamlarından biri Xəqan Zeynalov tərəfindən başından tapança ilə vurularaq öldürülüb.

Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin idarə etdiyi kirayə maşını ilə oteldən qaçıb. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Antalya İl Təhlükəsizlik Müdirliyi qruplarının araşdırmasında, qısa zamanda Xaqan Zeynalov və Əmir Həmidli yaxalanıb.Antalya Polis Şöbəsinə gətirilən şübhəlilər "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunub.

Azeri mafya babası Salifov cinayeti sanığı: 'Öldürmem için 4 milyon dolar aldığım iddiası iftira'

Onların işi Bakırköy Respublika Prokurorluğunun göstərişi ilə İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmada hadisənin "Lənkəranski" ləqəbli Rövşən Canıyevin qətlinin qisasını almaq məqsədilə törədildiyi müəyyən edilib.

Qətldə Azərbaycan vətəndaşları Xaqan Zeynalov və Əmir Həmidli və Əli Mövlamlı (29), Camal Həsənov (30), Cəfər Əlizadə (40), Xanımnisə Məmmədova (33), Namiq Canıyev (51), Rəsul Həsənov (30), Ümid Nəcəfov (33), Cəmil Keleş (46), Erkan Aşan (36) və vəkil Nürsen Arasoğlunun (53) əli olduğu müəyyən edildikdən sonra İstanbul və Ərzurumda əməliyyatlar aparılıb.

Əməliyyatlar zamanı Əli Mövlamlı, Resul Həsənov, Ümid Nəcəfov və Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlu saxlanılıb. Vəkil Nürsen Arasoğlu məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakırköy Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittihamnamədə 2016-cı il avqustun 18-də Beşiktaşda öldürülən "Lənkəranski" ləqəbli azərbaycanlı Rövşən Canıyevin ölümündə “Lotu Quli”nin əli olduğu bildirilir. Hadisədən sonra Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərliyi ilə Camal Həsənov, Cəfər Əlizadənin və digər şəxslərdən ibarət təşkilat yaradılıb.

Bu məqsədlə Nadir Səlifova və qardaşına qarşı bir çox sui-qəsd cəhdlərinin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alındığı bildirilən ittiham aktında qeyd olunub ki, Cəfər Əlizadənin göstərişi əsasında Nadiri öldürmək üçün Xaqan Zeynalova tapşırıq verib. Və bu məqsədlə ona 4 milyon dollar veriləcəyi bildirilib.

"Nadir Səlifov yaxşı müdafiə olunduğuna görə, Xaqan Zeynalov onun yanına yerləşdirilib. Xaqan illər əzrində Nadir Səlifovun etimadını qazanıb. Nadir Səlifovun qətli ilə bağlı məsələdə də Əmir Həmidlinin mütəşəkkil cinayətkar təşkilatda hər iki təşkilatın rəhbərliyi altında fəaliyyət göstərdiyi, sözügedən qətldə sürücülük tapşırığını ona təşkilatın əməkdaşı Cəfər tərəfindən həvalə edildiyi bildirilib. Hadisədən 2 gün əvvəl Nadir Səlifovun hoteldə olması barədə Camal Həsənova məlumat verilməsi, Xanımnisə Məmmədova ilə sevgili kimi davranması diqqəti cəlb edib., İttiham aktında təşkilatın digər üzvlərinin də onlara tapşırılan vəzifələri yerinə yetirdiyi ətraflı izah edilib. Bakırköy Ağır Cəza Məhkəməsinə təqdim edilən iddianamədə, araşdırmadan sonra qətlin Antalyanın Serik rayonunda törədildiyi ifadə edilərək, iş Manavgat Ağır Cəza Məhkəməsinə göndərilib".

Qətllə bağlı ilk məhkəmə prosesi Manavgat 2-ci Ağır Cəza Məhkəməsində keçirilib. Manavgat Ədliyyəsində geniş təhlükəsizlik tədbirləri görülərkən, saxlanılaraq məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan müttəhimlər İzmir, Tekirdağ, Maltəpə və Ərzurum həbsxanalarından Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə məhkəməyə qatılıblar.

İclasda təqsirləndirilən şəxslərin bəzi vəkilləri zalda, bəziləri isə müttəhimlərlə birlikdə SEGBİS platformasında iştirak edib.

İddianamənin tanınması və oxunması zamanı İzmir F Tipi Həbsxanasından məhkəmə iclasına qatılan həbs edilən müttəhim Xaqan Zeynalov təhlükəsizlik səbəbi ilə özünün və ailəsinin ünvan və telefon məlumatlarını paylaşmayıb.

"Lotu Quli" ləqəbli Nadir Səlifovu öldürmədiyini iddia edən Xaqan Zeynalov "Nadir Səlifov mənim yaxın dostum olub. Məni Türkiyəyə özü dəvət etmişdi. Oteldə onun qonağı idim. Artıq İstanbula yola düşürdüm. Onunla aramda bəzi problem yaşandı. Bu, Nadirin Moskvada olan bir iş adamını oğurlamamı istəməsi idi. Razı olmadım. Ona görə mübahisə etdik.O məni yumruqladı. Otaqda onun 8 nəfər silahlı adamı var idi. Mübahisə edəndə mənə atəş açdılar, özümü qorumağa çalışdım. Silahımı çıxarıb soldan atəş açdım. Nadir sağda idi” .

Xaqan Zeynalov Əmir Həmidli ilə hadisədən əvvəl hoteldə tanış olduqlarını, avqustun 19-da birlikdə İstanbula getməyə razılaşdıqlarını və silahlı münaqişə səbəbindən hoteldən qaçaraq Əmirin maşınına mindiyini bildirib.

Xaqan Zeynalov "Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm. Polis məni hədələyir. Mənim yanımda vəklilim yox idi. Ona görə də ilkin ifadəni qəbul etməli oldum",- deyib.

Xaqan Zeynalov avtomobillə hotelin qarşısından qaçırdığı iddia edilən saxlanılan təqsirləndirilən şəxslərdən Əmir Həmidli də ona qarşı irəli sürülən ittihamları rədd edib.

Hadisədən əvvəl Əli Mövlamlı, Rəsul Həsənov və Xanımnisə Məmmədova ilə Türkiyəyə istirahətə gəldiklərini açıqlayan Əmir Həmidli deyib:

"Xanimnisə Məmmədova eskort qadındır. Onun Camal Həsənovla əvvəllər münasibətindən xəbərim yoxdur. Türkiyədə birlikdə istirahət etmək üçün 500 dollara razılaşdım. Əvvəlcə İstanbulda bir dostumuzun evində qaldıq. Sonra Antalyaya gəldik. Xaqan avqustun 19-da İstanbula gedəcəyimi bildirdi və bizə birlikdə getməyi təklif etdi.Qəbul etdim. Yeri gəlmişkən, Xanmnisə Məmmədova mənim bəzi davranışlarıma qarışdığından onunla mübahisə edib, pulunu verib göndərmişəm. Bu hadisə baş verən gecə mən Xaqanı götürməyə gəldim, Xaqan qaçaraq gəldi ki, "Nadirlə mübahisə etdik. Sür, məni öldürəcəklər” dedi. Antalyanın çıxışında yanacaqdoldurma məntəqəsində saxladıq, yaralı idi, kürəyindən qan axırdı. Xəstəxanaya gedək dedim, rədd etdi. Polis bizi Dənizlidə yaxaladı".

Prosesdə digər təqsirləndirilən şəxslər də ittihamları rədd ediblər. Təqsirləndirilən şəxslərin vəkillərinin müdafiəsindən sonra məhkəmə kollegiyası saxlanılan müttəhimlərdən biri Cəmil Keleşin azadlığa buraxılması, digərlərinin isə həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.





"
DTX Fərhad Əhmədovun obyektlərində əməliyyat keçirirHazırda Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə "AZfront" məlumat yayıb.

"Əhmədovun əsas sərvəti Göyçaydakı “Aznar” şirə zavodudur. Onun özü 2022-ci il üçün Rusiyanın siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

2004-2010-cu illərdə Əhmədov Rusiya Federasiyası Şurasının üzvü idi. 2022-ci ilin aprelində ona qarşı sanksiyalar Aİ və Britaniya tərəfindən tətbiq edilib", - deyə məlumatda qeyd olunub.
Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduAzərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.

Partiya başqanı məlumatı təsdiqləyib.

"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, - deyə Anar Əsədli bildirib.

Qeyd edək ki, Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən külli miqdarda dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.
Bakıda özünü asan tələbənin atasından şok iddia: “Ola bilər ki, sifarişlə aradan götürüblər” - FOTOBakıda yüksək balla universitetə qəbul olan Şəhriyar Səmədovun intihar etməsi ilə bəzi iddialar yayılıb.

Məlumata görə, mərhum tələbənin atası Şahin Səmədli oğlunun intihar etmədiyini və onun sifarişlə öldürüldüyünü iddia edib. O bildirib ki, oğlu xaricdə magistratura təhsili almağa hazırlaşırmış:

“Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olub. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplayıb. Yaşının az olmasına baxmayaraq, öz istedadı və savadı ilə tanınırdı.

Onun oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapıldı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni, onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? İntihar etdiyi gün fakültənin dekanlığından praktika üçün arayış alıb.

Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçdi. İkincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportunu götürmək üçün “Asan xidmət”ə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?”

Şahin Səmədli qeyd edib ki, oğlunun intihar etməsinə inanmır:

“Övladımın intihar etməsi çox şübhəlidir. Ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər”.

Tələbənin atası istintaq orqanlarına üz tutaraq, oğlunun ölümünün obyektiv və düzgün araşdırılmasını xahiş edib.

Qeyd edək ki, 19 yaşlı Masallı rayon sakini Şəhriyar Səmədli oktyabrın 6-da gecə saatlarında Nizami rayonunda kirayə yaşadığı evdə özünü asıb. O, 685 balla İqtisad Universitetinə qəbul olmuşdu.

Azmedia.az
BƏƏ Səfirliyi İnsan Qardaşlığı Sənədi mövzusunda görüş keçirib18 noyabr tarixdə BƏƏ səfirliyi Bakı Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində İnsan Qardaşlığı Sənədi mövzusunda onlayn görüş keçirib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tələbələri salamlayaraq, əlahəzrət səfir Mohammed AlBlooshi qeyd etdi ki, Birləşmiş Ərəb Əmirlikləri, onun rəhbərliyi və xalqı tolerantlığın, harmoniyanın, hörmətin birliyini təmsil edir.

“Əmirliklər sülh və dini tolerantlıq ölkəsidir - burada hər kəs müxtəlif dinlərə və inanclara baxmayaraq, bir-biri ilə harmoniya və dinc yanaşı yaşamaq şəraitində yaşayır,” deyə səfir bildirdi. Səfir vurğuladı ki, gənc nəsil İnsan Qardaşlığı Sənədinin müddəalarını bilməlidir.

4 fevral 2019-cu il tarixdə Əbu-Dabidə Əl-Əzhər Əl-Şərif Şeyxi Böyük İmam Dr. Əhməd Əl-Tayib və Katolik Kilsəsinin Papası Papa Fransisk arasında keçirilən tarixi görüşü xatırladan səfir, BMT səviyyəsində 4 fevral gününün Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd edildiyini diqqətə çatdırdı. Səfir bildirdi ki, məhz həmin tarixdə bu sənəd imzalanmışdır.

Görüşdə filologiya üzrə fəlsəfə doktoru Hüseynova Ülviyyə və tələbələri ərəb dilində mövzuya dair fikirlərini bölüşdülər, şeir oxudular.
Zahidanda “Xameneyə ölüm” şüarı səsləndirildiİranın Zahidan şəhərində cümə namazından sonra dini lider Seyid Əli Xameneiyə qarşı çıxışlar baş verib.

Axar.az xəbər verir ki, Zahidan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdül Həmid cümə xütbəsi zamanı 2018-ci ilin noyabrında baş verən etirazları xatırladıb:

“2018-ci ilin noyabrında ölkədə davam edən etirazların əsas səbəbi insanların narazılığı, cəmiyyətdə azadlığın və ədalətin olmamasıdır”.

Namazdan sonra insanlar “Xameneiyə ölüm” şüarları səsləndiriblər.

Qeyd edək ki, Mövləvi Əbdül Həmid son bir neçə həftədə Zahidan əhalisinin polis tərəfindən güllələnməsindən sonra İranın siyasətini açıq şəkildə tənqid edir.