QHT Gədəbəydə tədbir keçiribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi "Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması" mövzusunda keçirilən layihənin icrasıyla bağlı 10-13 oktyabr 2022-ci il tarixlərində növbəti görüşü Gədəbəy şəhərində rayon bələdiyyələrinin iştirakıyla keçirilib.

Gədəbəy RİH-in təşkilatçılığı ilə keçirilən görüşü giriş sözüylə açan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda keçirilən layihənin icrası çərçivəsində ilk görüş Tovuz bələdiyyələrinin iştirakıyla keçirildiyini bildirib. Dörd günlük səfər çərçivəsində həm Tovuz RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fuad Rzayevlə, o cümlədən Tovuz bələdiyyəsində bələdiyyə qulluqçularının iştirakıyla mövzu ətrafında geniş müzakirələr aparılmışdır.

Növbəti görüş artıq Gədəbəy şəhərində keçirilir. Görüşdə Tovuz rayonunda formalaşan bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları, Gədəbəy RİH-in məsul əməkdaşı Emin Abdullayev, Şəmkir regional ədliyyə idarəsinin baş məsləhətçisi Qara Muradov və 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin məsul əməkdaşı Firdövsi Quliyev iştirak edib.

Görüşdə bildirilib ki, layihənin əsas məqsədi ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılmasına nail olmaq və sosial medianın yaratdığı imkanlardan istifadə edərək ətraf mühitin qorunmasına dair əhali arasında maarifləndirmə işlərini aparmaqdır.
Görüşdə qeyd edilib ki, bələdiyyələr tərəfindən mütəmadi olaraq ərazilərində ağacəkmə aksiyaları, iməciliklər, o cümlədən ətraf mühitin təmizliyi ilə bağlı ərazilərin zərərli tullantılarından, habelə çirkab kanalizasiya sularından təmizlənməsiylə bağlı ciddi layihələr icra edilməkdədir. Onu da etiraf etməliyik ki, bu gün 1606 bələdiyyənin ötən il əldə etdiyi 40 milyon manatlıq büdcə ilə irihəcmili layihələrin icrası mümkün deyildir.

Görüşdə Gədəbəy bələdiyyələrinin maliyyə durumuna da nəzər yetirilib. Bildirilib ki, 2021-ci ildə 20 Gədəbəy bələdiyyəsinin ümumi büdcə gəliri 243.800 manata bərabər olub. Bu vəsaitin 60.300 mantaı əmlak vergisindən, 49.000 manatı torpaq vergisindən, 79.700 manatı torpaq özəlləşdirməsindən və icarəsindən daxil olub. İl ərzində Gədəbəy bələdiyyələrinin 1400 manatlıq mehmanxana xidmətindən ödənişlərdən daxil olub. Ən maraqlı məqam ondadır, bir sıra bələdiyyələr, o cümlədən Gədəbəy şəhər bələdiyyəsi DSMF və digər qurumlara olan borcu öz fəaliyyətləriylə bağlayıblar. Bəzi bələdiyyələr, xüsusəndə Slavyanka bələdiyyəsi böyük həcmdə formalaşmış DSMF borcunu xeyli azaldaraq bu il bağlamaq niyyətindədir. Və bu gün bələdiyyə bütün qüvvəsini səfərbər edərək buna çalışır.
Görüşdə bildildi ki, Gədəbəy bələdiyyələri ətraf mühitinin mühazfizəsi üçün ciddi layihələir icra etmək niyyətindədir. Bunun üçün bir sıra layihələr hazırlansa da onun icrası maliyəsizlik ucbatından kerçəkləşdirmək mümkün olmayıb.

Ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun keyfiyyət və məzmun baxımından artırmaq üçün ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması və büdcə gəlirlərinin artırılmasına nail olmaq lazımdır. Bununla yanaşı Ekologiya və Təbii sərvətlər nazirliyi və Ədliyyə Nazirliyi ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaqla mövcud problemlərin həllinə vaxtında nail olmaq lazımdır.

Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Emin Abdullayev, Şəmkir regional ədliyyə idarəsinin baş məsləhətçisi Qara Muradov, 2 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşı Firdövsi Quliyev geniş məzmunlu məruzələrlə çıxış ediblər.

Müzakirələrdə Gədəbəy bələdiyyəsinin sədri Zülfüqar Yusubov, Slavyanka bələdiyyəsinn sədri Firudin Məmmədov, Qaraməmmədli bələdiyyəsinin sədri Mətləb Həsənov çıxış edərək mövzu ətrafında öz təkliflərini veriblər.

Görüş ciddi fikri fikir mübadiləsiylə başa çatıb.
Səfər çərçivəsində növbəti gün bələdiyyələrin fəaliyyətiylə daha yaxından tanış olmaq məqsədiylə Gədəbəy və Slavyanka bələdiyyələrində bələdiyyə qulluqçularının iştirakıyla görüş keçirilmişdir.
Belediyye.info
Istanbulda Zəfər Media medallarının təqdimatı keçirilibİstanbulda 44 günlük Vətən müharibəsinin ildönümü və “Şuşa İli”nə həsr olunan tədbir keçirilib. TurkicWorld xəbərinə görə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən təşkil olunan tədbirdə Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrinə “Zəfər Media” medalları təqdim olunub.

Azərbaycan və Türkiyə Dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldakı konsulu Zaur Allahverdizadə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı Zəfərə imza atdığını xatırladıb. Z.Allahverdizadə bildirib ki, bunun nəticəsində Azərbaycanın tarixi torpaqları azad edilib və bu torpaqlarda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır. Vətən müharibəsi dövründə Azərbaycan təkcə meydanda deyil, həm də erməni yalanlarına qarşı mediada mübarizə apardı. Türkiyə dövləti və xalqı kimi, mediası da bu dövr ərzində daim Azərbaycanın yanında oldu.

Tədbirdə çıxış edən İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyə Məmmədova və İSBAM-in sədri Samir Adıgözəlli torpaqlarımızın 30 il davam edən işğalı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində qazanılan şanlı Zəfərimiz barədə danışıblar.

Medala Türkiyənin “Anadolu Agentliyi”, “TRT Haber”, “Haber Global”, “ATV”, “DHA”, “NTV”, “CNN Türk”, “A Haber”, “Habertürk”, “TRT”, “TV100”, “Süperhaber TV”, “Bengü Türk”, “Al Araby Tv” kanalları və “Sabah” ilə “Hürriyət” qəzetlərinin əməkdaşları ilə yanaşı, Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyə Məmmədova da layiq görülüblər.

Mükafatçılardan “TV100” telekanalının əməkdaşı Ali Burak Ersemiz medalı şəhid jurnalistlər, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun adına aldığını bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə qardaş ölkənin aparıcı media nümayəndələri, ictimai xadimləri iştirak ediblər. Xatırladaq ki, İSBAM ötən ilin mart ayında İstanbulda Zəfər media mükafatının təqdimetmə mərasimi keçirmiş və Vətən müharibəsi dövründə Türkiyə mediasının Azərbaycana informasiya dəstəyi göstərən nümayəndələrini mükafatlandırmışdı.
"Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub11 oktyabr 2022-ci il tarixdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsinin açılış mərasimi baş tutub.

Respublika Velotrekində baş tutan və ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi açılış mərasimində 30-a yaxın əlilliyi olan gənc iştirak edərək para-velosiped idmanı haqqında ətraflı məlumat əldə ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan layihınin açılış mərasimində Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri və Para-velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev iştirakçıları və qonaqları salamlayaraq layihə haqqında məlumat verib, idmanın önəmindən, xüsusilə əlilliyi olan gənclərə faydalarından danışıb. Daha sonra Respublika Reabilitasiya Mərkəzinin direktoru Şaban Eyvazov, Para-olimpiya çempiyonu Elvin Astanov və s. öz çıxışlarında bu kimi layihələrin önəmindən danışıb, əlilliyi olan gənclərin özünə qapanmamalarını, əksinə aktiv fəaliyyətdə olaraq həm özlərində, həm də cəmiyyətə daha çox fayda verə biləcəklərini vurğulayıblar.

Layihənin rəsmi hissəsindən sonra öncədən qeydiyyatdan keçmiş əlilliyi olan gənclər və vətən müharibəsi qaziləri təlim otağına dəvət edilərək para-velosiped üzrə nəzəri təlim həyata keçirilib.
Azərbaycan Para-Velosiped idmanı növü üzrə baş məşqçi Amid Həsənquliyev və para-velosiped növü üzrə atleti, birinci qrup vətən müharibəsi qazisi Bəhlul Əliyev tərəfindən həyata keçirilən nəzəri təlimdən sonra para-velosiped növü üzrə peşəkar idmançısı Mehman Ramazanzadə tərəfindən əl velosipedlərindən istifadənin praktiki təlimi baş tutub.

Təlimdən sonra iştirakçılar Red Bullun təşkil etdiyi musiqili əyləncə zonasına dəvət edilib.
Texniki işçilər Media Reyestrinə salınmayacaqTexniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb

Avrasiya.net xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bu gün MEDİA-nın rəsmi səhifəsində Feysbukda canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, "Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb. Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq.

"Fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər. Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.
"Avropa İttifaqı olduğu kimi Türk İttifaqı, Türk Birliyi də olmalıdır"Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmiz üçün necə xüsusi önəm daşıdığı Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana son səfərləri ilə bir daha əyani nümayiş olundu. Bu baxımdan, dövlət başçımızın ardıcıl olaraq hər iki türk dövlətinə səfəri həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. Astanaya səfəri Bişkekə səfərin davamı kimi qiymətləndirmək lazımdır. Hər iki türk paytaxtında Azərbaycan Prezidenti olduqca isti və səmimi qarşılandı. Bu ölkələrin istər liderləri, istərsə də sıravi insanları tərəfindən Azərbaycana münasibətdə əsl qardaşlıq ovqatı hiss olunurdu. Çünki Azərbaycanla bu ölkələri tarixi köklər, ortaq mövqelər birləşdirir.

Cənab Prezidentin bu səfərləri zamanı aparılan görüşlərdə imzalanan sazişlər və verilən bəyanatlar bütövlükdə türk dünyasının birliyinə böyük töhfə verəcək. Bundan əvvəl Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri və Bişkekdə, Astanada keçirilən son görüşlər türk xalqları və dövlətləri arasında inteqrasiya prosesini daha da gücləndirəcək. Mərkəzi Asiyada yerləşən türk cümhuriyyətlərinin Azərbaycan və Türkiyəyə inteqrasiya olunması, Türk birliyinin nəhəng siyasi və iqtisadi birlik kimi, yeni güc mərkəzi kimi, geosiyasi aktor kimi ortaya çıxması artıq günümüzün zərurətinə çevrilməkdədir.

Bəli, Avropa İttifaqı olduğu kimi Türk İttifaqı, Türk Birliyi də olmalıdır. Və gələcəkdə ehtiyac duyularsa, bu birliyi hətta hərbi-siyasi birliyə də çevirmək olar. Görünən budur ki, Azərbaycan və Türkiyə liderləri Türk dünyasının gələcəyi ilə bağlı uzunmüddətli perspektivlərə hesablanmış vizyondan çıxış edirlər. Bu mənada, son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi ilk növbədə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi səylərin nəticəsi kimi gözdən keçirilməlidir. Əliyev və Ərdoğan digər türk dövlətlərinin liderlərini gələcək böyük hədəflərə doğru istiqamətləndirirlər.

İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə ölkələrimizin müttəfiqliyi, strateji tərəfdaşlığı məsələsini xüsusilə vurğulaması heç də təsadüfi deyildi. Bəli, bizim ölkələr müttəfiqdir və bu müttəfiqlik ortaq köklərə, ümumi maraqlara, gələcək böyük hədəflərə əsaslanır. Strateji müttəfiqlik münasibətləri Qazaxıstan və Azərbaycan üçün həm yeni imkanlar açır, həm də qarşılıqlı öhdəliklərin məsuliyyət yükünü artırır. Strateji müttəfiqlər bir-birilərinin maraq və mənafelərini hər bir məqamda müdafiə etməlidirlər. Bir-biriləri ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdıran türk dövlətlərinin gücü qarşıdakı illərdə qat-qat artacaq.

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri həm də ölkəmizin hazırkı beynəlxalq proseslərdə yeri və rolunu qiymətləndirmək baxımından da olduqca əhəmiyyətlidir. Belə ki, dövlət başçımızın oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxış, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi nüfuzunu göstərir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
QHT şəhid anaları ilə görüş keçirdiMəlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirir.

Layihə zamanı vaxtı ilə Bakı şəhərinin Nizami rayonunda, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsindən əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunur.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında layihə çərçivəsində nəşr olunmuş “And yerimiz-Şəhidlər”! adlı kitabın təqdimatı keçirildi.
Tədbir bütün şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sədr və layihə rəhbəri Tahir Xudiyev çıxış edərək layihə barədə və nəşr olunmuş kitab barədə məlumat verdi.
Çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, təqaüddə olan hərbçi-polkovnik, Qarabağ müharibəsi veteranı Ağalar Əliyev, AYB sədrinin müşaviri, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, BƏC İB-in Hərbi işlər üzrə şöbəsinin rəhbəri, ehtiyatda olan polkovnik, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov, Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, BƏC İB-in Mətbuat xidmətinin rəhbəri Saleh Əzizli, BƏC İB Ağsaqqallar Şurasının üzvü, şair Seyidağa Seyid Sadıq, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Elmira Behbudova, AYB-nın əməkdaşı, şair Giləmail Murad, jurnalist Minəxanım Əkrəmqızı Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad edilməsindən, Ali Baş Komandan İlham Əliyev cənablarının şəhidlərimizə və qazilərimizə diqqət və qayğısından, bu istiqamətdə dövlətin çıxardığı qanunlardan danışdılar.
Şəhid ailələrinin üzvləri çıxış edərək öz problemlərindən danışdılar və İB-dən bu problemlərinin həlli üçün köməklik istədilər. Tahir Xudiyev aidiyyəti dövlət təşkilatlarına bu problemlərin müsbət həlli üçün müraciət ediləcəyini bildirdi.

Tədbirdə Kipr səfirilyi, Fövqəladə Hallar Hazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və AMEA-nın əməkdaşları, Qarabağ müharibəsi veteranları, QHT, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Tədbirin sonunda şəhid anaları və digər tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.

Qarabağ ermənilərinin təhlükəsizliyi təmin ediləcək - PrezidentQarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan konstitusiyasına uyğun olaraq təmin ediləcək.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlət başçıları şurasının iclasında çıxışı zamanı deyib.

"Praqada keçirilən görüşdə biz də bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Bizim mövqeyimiz sadə və aydındır. Qarabağ Azərbaycandır. Biz heç bir tərəflə daxili məsələlərimizi müzakirə etmək fikrində deyilik. Praqa görüşünün nəticələrindən başa düşdüyümə görə, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında heç bir ziddiyyət yaratmayıb", - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin, Fransa prezidentinin və Avropa İttifaqı Şurasının prezidentinin dördtərəfli görüşü keçirilib.
Qismən səfərbərlik demək olar, başa çatıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, proses 2 həftəyə tamamilə bitəcək.

Putin həmçinin bu qərara görə peşman olmadığını vurğulayıb:

“Artıq 222 min nəfər səfərbərliyə cəlb olunub”.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan olunmuşdu.
Paşinyan sentyabrdakı itkilərinin sayını açıqlayıbAzərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı açılanıb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin toplantısında danışıb.

Onun sözlərinə görə, ölən və itkin düşən hərbçilərin sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb.