QHT sədrindın nəcib addım“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva tərəfindən 15 sentyabr “Bilik günü” münasibətilə Gədəbəy rayon və kənd məktəblərinin 1-ci sinif şagirdlərinə məktəbli geyimi, çanta və s. məktəb ləvazimatları hədiyyə edilib.

Avrasiya.net xəbər verir ki, cəmiyyət sədri adından yeni dərs ilində şagird adı qazanmış uşaqlar təbrik edilib. Bu qayğıya görə müəllim və şagird heyəti, eləcə də valideynlər ictimai birliyin sədrinə minnətdarlıqlarını ifadə ediblər
Rusiya mediası Ermənistanın təxribatından yazıbTanınmış jurnalist, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev Rusiyanın nüfuzlu PolitRus.com ekspert-analitik portalında ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat barədə bəhs edib.

C.Şahverdiyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı və düşmənə növbəti dəfə ağır, sarsıdıcı elə bir zərbə vurdu ki, bu gün Paşinyan hökuməti hələ də təşviş içindədir. İşğalçı ölkənin yüzlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib.

Yazıda müəllif onu da qeyd edib ki, beynəlxalq hüquq normalarına, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyannamənin şərtlərinə əməl etməyərək atəşkəs rejimini dəfələrlə pozan, təxribatlara əl atan Ermənistan satqınlıq keyfiyyətlərinə sadiq qalaraq hərbi cinayətlər törətməkdə davam edir. Görünür, Ermənistan 2020-ci il sentyabrın 27-də şanlı Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən Müharibəsində dəmir yumruqun sarsıdıcı zərbələrindən heç bir nəticə çıxarmır.

C.Şahverdiyev onu da vurğulayıb ki, İrəvan rəsmilərinin baş verənlər, çıxışları, bəyanatları və əsaslandırmaları Ermənistanın regionda və dünyada təhlükəsizlik, sabitlik və əməkdaşlığa qarşı olduğunu təsdiqləyir. Onları buna yalnız Ermənistana qarşı sanksiyalar tətbiq etməklə məcbur etmək olar.

Ona görə də güman etmək olar ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanı sığallamaq dövrü başa çatıb.

Beynəlxalq birlik Ermənistana qarşı sanksiyalar tətbiq etməyənə qədər, o, regiondakı təxribatçı fəaliyyətlərini dayandırmayacaq.

Yazının tam mətni aşağıdakı linkdə:
https://www.politrus.com/2022/09/16/azerbaycan-armenia-48/
Nazirlik təkzib etdi: İnternet kəsilməyəcəkRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ölkə ərazisində internetin verilməsinə hansısa məhdudiyyət tətbiq olunmayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Nazirlik, həmçinin, VPN tətbiqlərindən istifadə edilməsinin kiber mühitdə vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyini qeyd edib:

“Belə ki, VPN xidmətini təqdim edən tərəf istifadəçilərin məlumatlarına nəzarət edə və onları ələ keçirə bilər. Bu riskləri nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara VPN tətbiqlərindən istifadə etməməyi tövsiyə edir”.

Qeyd edək ki, ötən gün Azərbaycanda internetin kəsiləcəyi ilə bağlı məlumat yayılmışdı.
İctimai TV-də kadr və struktur dəyişikliyi olubSentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. İclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər.

Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər.
Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.
Səmərqənd Bəyannaməsi qəbul edildiŞanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib.

Avrasiya.net xəbər verir ki, sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir.

Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb.
Azərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilirAzərbaycanın Ermənistanla sərhədində təhlükəsiz zona yaradılması təklif edilir.

"Report"un xəbərinə görə, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyafət Əsgərov çıxış edib.

Onun sözlərinə görə, həmin ərazilərə köçürüləcək insanlar rahat yaşamalıdır: “Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır: “Paşinyan Brüsseldə başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir”.
Daha 6 şəhidimizin adı açıqlandı - SİYAHIMüdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan daha 6 hərbçinin adını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, bununla da şəhid hərbi qulluqçuların sayı 77-yə çatıb. Daha əvvəl bu rəqəm 71 idi.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Köçəryan: Ölən erməni hərbçilərin sayı artacaqÖlən erməni hərbçilərinin sayı dəyişə bilər, çünki itkin düşənlər barədə məlumatlar var.

Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

“Baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, sərhəddə vəziyyətin gərginləşməsi zamanı təsdiqlənmiş məlumatlara görə, 135 erməni hərbçisi ölüb. Çoxlu sayda yaralı da var. Yalnız onların taleyini biləndən sonra nə qədər ölü və əsirin olduğu məlum olacaq”, - o bildirib.

O qeyd edib ki, itkin düşənlərin ümumi sayı açıqlanmır:

“Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir”.

Deputat ölən hərbçilərin siyahısının niyə hələ də açıqlanmaması sualına cavab verməkdən imtina edib.
Ukrayna daha bir Ka-52 helikopterini məhv etdiDünən şərq istiqamətində rusların daha bir Ka-52 helikopteri məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Sentyabrın 15-də Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri şərq istiqamətində daha bir Ka-52 helikopterini və operativ-taktiki PUA-nı məhv edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, müharibə ərzində Ukrayna Silahlı Qüvvələri 216 rus helikopterini məhv edib.
Çin Bakı və İrəvanı dialoqa çağırdıÇin ümid edir ki, Azərbaycan və Ermənistan fikir ayrılıqlarını siyasi dialoq yolu ilə həll edəcəklər.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

“Azərbaycan və Ermənistan Çinin mehriban əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf əldə olunmuş atəşkəs razılaşmalarına əməl edəcək və vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək, həmçinin siyasi dialoq vasitəsilə ziddiyyətləri və fikir ayrılıqlarını aradan qaldıra biləcək”, - diplomat bildirib.