"İran Zəngəzur dəhlizinə mane olmaq siyasəti yeridir"İran hər zaman bölgədə Azərbaycanın əleyhinə hərəkət edib. İran mollaları 30 ildir ki‚ Azərbaycan dövlətinin maraqlarının əksinə olan bütün addımları atıb.
Hazırda İran rejiminin Qafanda Konsulluq açması da‚ bu mənfur rejimin açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına mane olmaq və qarşı çıxmaq siyasətidir...

Bunu mətbuata açıqlamasında‚ İranın Qafanda Konsulluq açmasından və Zəngəzur dəhlizinə qarşı çıxmasından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov əlavə edib ki‚ İran 30 ildir ki‚ hər vəchlə işğalçı‚ terrorçu və mənfur Erməmənistanı himayə edir‚ var qüvvəsilə dəstəkləyir‚ silah sursat‚ texnika‚ yanacaq‚ ərzaq‚ qida yanacaq və geyəcəklə təmin edir. İran tərəfi 30 ildir ki‚ Ermənistanla olan bütün siyasi‚ iqtisadi‚ hərbi‚ infrastruktur və enerji layihələrinin hər iki tərəf maliyyələrini özü təmin edib və daim Ermənistanı maliyyələşdirərək Azərbaycana qarşı silahlandırıb. Məqsədi bölgədə məhz ermənilərin əlilə terror və qarışıqlıq yaradaraq Azərbaycana qarşı sünii problemlər törədərək zəiflətmək xarakteri daşıyır. İran bunun üçün 30 ildir ki‚ əlindən gələni edir və bu siyasətini həyata keçirtmək üçün ilan kimi dəridən qabıqdan çıxır. Zəngəzur dəhlizinin açılması isə İran rejiminin məkrli siyasətinin süqutu deməkdir. Çünki bu dəhlizin olması İranın ermənistana silah-sursat‚ hərbi texnika və qanunsuz yanacaq və mənşəyi bilinməyən yükdaşımalarının qarşısını almış olacaq. İran 30 ilə yaxın müddətdə terrorist ermənistanla birgə bizim işğal olunmuş torpaqlarımızda narkotik becərib qara bazarlara çıxarıb öz iqtisadiyyatını Qərbin sanksiyalarından qoruyub və inkişaf etdirib. Hazırda da İran molla rejimi erməni katolikosları ilə birgə ermənistanda narkotik becərir və qara bazara çıxarır. Beləliklə bu qanunsuz və cinayət mahiyyətli ticarətdən milyardlarla dollar həcmində qazanc əldə edir. İran molla rejimi narkotikdən əldə etdiyi bu milyardlar hesabına ermənistanı məhz Azərbaycana qarşı bəsləyib silahlandırır. Və bu da yalnız Zəngəzur vasitəsilə həyata keçirilir. Zəngəzur dəhlizinin açılması isə İran molla rejiminin bu qanunsuz narkotik ticarətinə‚ qanunsuz yükdaşımalarına və ermənistanı silahlandırmasına ölümcül zərbə vurnuş olur. Zəngəzur dəhlizi İranın cinayətlərinin qarşısını əhəmiyyətli şəkildə alacaq. Bu səbəbdən İran rejimi və bu rejimin ali dini rəhbəri şiddətlə Zəngəzur dəhlizinə qarşı çıxır.

İranın ali dini liderinin Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı İran ermənistan sərhədinə 1000 illərin kommunikasiya xətti deməsi və Xameneyinin öz rəsmi Tvitter səhifəsindən belə bir bəyanat səsləndirilməsi‚ isə çox ağır siyasi saxtakarlıqdır. Əvvəla İran ermənistan sərhədinin tarixi‚ minillər yox‚ cəmi 104 ildir. Çünki 1918-20-ci illər ruslar Zəngəzuru ermənilərə verməklə Azərbaycan adını xəritədən silməyə çalışdılar. Məhz 1918-ci ildən İranla ermənistanın Zəngəzur ərazisindən sərhədi yarandı. Amma sovet dövründə sərhədlərin bağlı olduğunu da nəzərə alsaq‚ İranla ermənistanın heçbir tarixi qonşuluğu olmayıb. 1991-ci ildə SSRİ dağıldıqdan sonra‚ ermənistan İranla qonşuluq əlaqələri və dostluq qurmağa başladı. Yəni İranla ermənistanın münasibətləri heç də min illər öncəyə yox‚ 1991-ci ildən‚ ermənistan müstəqilliyini elan edəndən sonraya‚ yəni cəmi 31 il öncədən başlayır. İran İslam Respublikasının ali dini rəhbərinin bu qədər saxta və yalan ifadələri birmənalı olaraq riyakarlıq və ermənilikdir. Özünü İslam dininin rəhbəri hesab edən bir şəxsin bu qədər yalan və riya dolu ifadə səsləndirməsi acınacaqlı və son dərəcə təzadlı haldır. Əli müsəlman qanına bulaşmış‚ İşğalçı və terrorçu dövlət olan qəsbkar Ermənistana bu qədər sevgi və rəğbət göstərilməsi İran rejiminin rəhbərinin də terrorist ermənilərlə eyni əqidəyə sahib olduğunu göstərir. Xameneyi bu açıqlaması ilə sübut etdi ki‚ İran qətiyyən İslam ölkəsi deyil və İslamla İranın heçbir əlaqəsi yoxdur. İran erməni mənşəli bir dövlətdir. Farslarla ermənilərin qan qohumluğu artıq DNT analizləri ilə sübut olunub.

Xameneyinin İran ermənistan sərhədinin bağlanmasına İslam ölkəsi qarşı çıxacaq deməsi isə Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur koridorunun açılmasına kəskin etirazdır. Çünki‚ dəhliz İranla ermənistanın əlaqələrini kəsir. Daha İrandan ermənistana gizli şəkildə silahlar‚ hərbi avadanlıqlar və qanunsuz yükdaşımaları mümkün olmayacaq. Eyni zamanda İranın narkotik ticarətinə də zərbə vurulmuş olur. Bütün bunlar İran rejimi üçün ağır zərbədir. Xameneyi bütün bunlara etiraz əlaməti olaraq İran ermənistan sərhədini riyakarcasına min illərin kommunikasiya xətti adlandırıb. Bu danışıqla Zəngəzur dəhlizinin açılmasına etiraz edib. Bu o deməkdir ki‚ İran Azərbaycana qarşı öz düşmənçiliyini və məkrli siyasətini davam etdirəcək. Əslində İran rejiminin qorxduğu Azərbaycanın güclənməsi və inkişaf etməsidir. Azərbaycan gücləndikcə molla rejimi təlatümə düşür. Xameneyinin məlum bəyanatından görünür ki‚ Azərbaycanın öz yolunda irəliləməsi molla rejimini vahiməyə salır. Bu səbəbdən İranın dini rejimi erməni Katolikosları ilə eyni siyasi mövqedən çıxış edir və hər ikisinin dini etiqadı da eynidir. Hazırda İranın Qafanda Konsulluq açması Zəngəzur dəhlizinə qarşı çıxmaq cəhdidir. Zəngəzur dəhlizinə qarşı çıxmaq isə İranın məkrli siyasətini və kirli işlərini həyata keçirtmək məqsədi daşıyır.
İntim videolar yayan FHN polkovniki həbs edildiFövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə, qeyd edilib.

Qeyd olunub ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə FHN-in işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir
Azərbaycan bu ölkələrə yeni səfirlər təyin etdiAzərbaycan Argentina, Koreya və Braziliyaya yeni səfirlər təyin edib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.

Belə ki, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib.

Bundan başqa, Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib.

Eyni zamanda Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvaydakı səfiri vəzifəsindən geri çağırılıb.

***

Elxan Poluxov səfir və səlahiyyətli nümayəndə vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eləcə də Azərbaycan Respublikasının Karib Hövzəsi Ölkələri Birliyi yanında səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Un və çörək satışı ilə bağlı rəsmi açıqlamaİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır.

Bu barədə Avrasiya.net-ə qurumdan bildirilib.

"Hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.

Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətlərin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətlərində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.

Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir", - deyə məlumatda qeyd olunub.
Ersin Tatar Azərbaycana səfər edə bilərŞimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Azərbaycana səfər edə bilər.

O, bu barədə Türkiyənin “Ulusal” kanalına müsahibəsində deyib.

E.Tatar həmçinin Prezident İlham Əliyev ilə Türkiyədə keçirdiyi görüşdən də danışaraq müzakirələrin səmimi keçdiyini söyləyib.
Ərdoğan İsrail prezidenti ilə danışdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshaq Hersoq arasında telefon danışığı baş tutub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib. Ərdoğan qarşılıqlı olaraq səfir təyin edilməsi qərarını Türkiyə-İsrail münasibətlərinin müsbət inkişafı istiqamətində mühüm addım hesab etdiyini bildirib.
17 ölkə birgə hərbi təlimlərə BAŞLADIAvstraliyada 17 ölkənin hərbi hava qüvvələrinin iştirak etdiyi "Pitch Black" adlı təlimlər başlayıb.

Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin şimal və şimal-şərq regionlarında keçiriləcək üçhəftəlik təlimlərə Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, Sinqapur, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya silahlı qüvvələrinin 2,5 mindən çox hərbçisi, 100-dən artıq təyyarəsi cəlb olunacaq.

Təlim çərçivəsində hava hücumundan kollektiv müdafiə üzrə taktiki tapşırıqlar yerinə yetiriləcək.

Məlumatda qeyd olunub ki, bu il təlimlərə Almaniya, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri ilk dəfə qatılır. Kanada, Malayziya, Niderland, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Tailand və Filippindən isə yalnız yerüstü heyətlər iştirak edəcək.

Təlimlər sentyabrın 8-də başa çatacaq
“Azəriqaz”ın 20 əməkdaşı işdən çıxarılıbVəzifəsinə qarşı məsuliyyətsiz yanaşanlar töhmətlə işdən çıxarılıb.

Avrasiya.net xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, son 7-8 ay ərzində qurumun 20-yə yaxın əməkdaşı işdən çıxarılıb:

“Kim öz vəzifəsini məsuliyyətlə, vicdanla yerinə yetirirsə, problemimiz az olur. Əksini edən töhmət alır. Vətəndaşlarla daim təmasdayıq, həssas yanaşmalıyıq”.
Deputat oğlunun Londondakı aktivləri 4,8 milyona çatdıMillət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barıdə Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər yayıb.

Bildirilib ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi "Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə "Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.

Məlumat üçün bildirək ki, Londonda "11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan "Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.
Estoniya Ukraynaya növbəti hərbi yardım göndərirEstoniya Ukraynaya minaatan və tank əleyhinə silahlardan ibarət növbəti hərbi yardım paketi təqdim edəcək.

Bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Qeyd edək ki, Estoniya Ukraynaya indiyədək 250 milyon avro məbləğində hərbi yardım göstərib ki, bura “Javelin” tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, müxtəlif yüngül silahlar, döyüş sursatı, nəqliyyat vasitələri, rabitə vasitələri daxildir.