Şabranda meşə yanğını evə keçdi: 3 ev yanırŞabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

Avrasiya.net Report-a istinadən xəbər verirki, rayonun Dağ Bilici kəndində güclü meşə və otlaq ərazilərdə yanğın başlayıb, yanğının miqyası genişlənərək ərazidəki evlərədə keçib.

İlkin məlumata görə kənd ərazisində 3 evə zərər dəyib.

Meşə massivinə düşən yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
Səlim Müslümov dövlətə vurduğu ziyanın 20 milyonunu ödədiBakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının bir hissəsi elan olunub.

İttihama əsasən, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verilib.

Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

İttihamda qeyd edilib ki, S.Müslümov ümumilikdə dövlətə 27 milyon manat ziyan vurub. O, həmin ziyandan 20 milyon manatı ödəyib.

Bundan başqa, sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Məhkəmənin növbəti iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
"Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin qarantıdır"«Dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu, təhdidləri yaradan bir sıra amillər var. Son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədən də yan ötüşməyib. Həm məhsulun istehsalında, daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar. Digər tsəbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır.»

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mətbuata açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ərzaq və qida təhlükəsizliyi mövzusunda bir sıra məsələlərə aydınlıq gətirdi: «Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.»

Deputat diqqətə çatdırıb ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsinə kömək edəcək. Qeyd edək ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Ölkəmizdə taxıl istehsalı tələbatın 62 faizini təşkil edir. Bu rəqəmin ən azı 80 faizə çatdırılması qarşıya məqsəd qoyulub. Aparılan qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə taxılçılığın və heyvandarlığın inkişaf etdirilməsi ilə bu göstəricilər artacaq.

Elnur
"Vətənimizdən, suverenliyimizdən, dövlətimizdən əsla vaz keçməyəcək"Ana Vətən Türkiyə beynəlxalq anlaşmalardan qaynaqlanan qarantörülük hüququndan istifadə edərər, 20 iyul 1974-cü ildə başlatdığı Milli Barış Hərəkatının ikinci səhifəsini 14 avqsut günü gerçəkləşdirərək, Kıbrıs Türkünün illər boyu sürən sürən əsarətini sona çatdırmış, Kıbrısda sərhədlər yenidən cızılaraq, xaqlımız azadlığına qovuşmuşdur.

Bunu Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Barış Hərəkatının ikinci mərhələsinin 48-ci ildönümü münasibətilə yaydığı mesajında bildirib.

"Türkiyənin o zamankı baş naziri Karaoğlan ləqəbli, rəhmətlik Bülent Ecevitin 20 iyul günü ifadə etdiyi kimi, Barış Hərəkatı təkcə adadakı türklərə deyil, rumlarda da barış və hüzur gətirmişdir. Özgür, suveren dövlətimizə qovuşana qədər yaşadığımız dönəmin hər səhifəsində xalqımızın fədakarlığı və dirənişi var. Mücahidlərimiz ilə Mehmetçiklərimiz qucaq-qucağa bu torpaqlarda uyumaqdadır. Vətənimiz və dövlətimiz bizə əziz şəhidlərimizin əmanətidir. Bu əmanəti əsla ayaqlar altında tapdatmayacaq, qoruyub daha da ucaldacağıq. Vətənimizdən, suverenliyimizdən, dövlətimizdən əsla vaz keçməyəcəyik. Bu, gələcək nəsillərə, övladlarımıza qarşı ən böyük sorumluluğumuzdur. Bütün şəhidləri rəhmətlə anarkən, qazilərimizə ən içdən şükranlarımı bildirirəm", - deyə mesajda deyilir.
"Böyük Qayıdışın reallığa çevrilməsi məqsədilə infrastruktur layihələri icra edilməkdədir"Samir Baxşiyev
YAP Siyəzən Rayon təşkilatının sədri

Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərdən iki ilə yaxın bir müddətin keçməsinə baxmayaraq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlər həyata keçirilir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmalarını nəzərdə tutan Böyük Qayıdışın reallığa çevrilməsi məqsədilə infrastruktur layihələri icra edilməkdədir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyir.

Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb. Belə ki, Azərbaycan dövləti tərəfindən avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edilir, elektrik, qaz və su xətləri çəkilir, yeni hava limanları tikilir. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmiş ərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Belə ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndləri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması istiqamətində işlər aparılır. “Ağıllı kənd” layihəsi çərçivəsində yeni texnologiyaların tətbiqi nəticəsində həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılacaq və Qarabağ regionu texnoloji mərkəz kimi cəlbediciliyini artıracaqdır.

Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Sevindirici haldır ki, artıq Qarabağda birinci pilot layihə olan Zəngilan rayonunun 3 kəndini birləşdirən Ağıllı kənd layihəsi uğurla başa çatdırılmış və soydaşlarımızın buraya köçürülməsi ilə qayıdışın ilk addımları atılmışdır.

Qeyd etməliyik ki, düşməndən təmizlənən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların eyni səviyyədə dirçəldilməsi nəzərdə tutulur. Bunun üçün bütün işlərin vahid proqram əsasında gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır. Avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı işlərdən söhbət açaraq bildirmişdir ki, bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır və bu işlərin aparılması dövlətimizin qarşısında duran ən əsas vəzifələrdən biridir. Cənab Prezident xüsusilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə inşa edilmiş və Laçın şəhərindən keçən yola alternativ olacaq 32 kilometrlik müasir tələblər səviyyəsində çəkilmiş yeni yolun əhəmiyyətindən də bəhs edərək bildirmişdir ki, məhz bu yolun istifadəyə verilməsindən sonra üçtərəfli Bəyanata uyğun olaraq Laçın şəhəri Rusiya sülhməramlıları tərəfindən boşaldılacaq və Azərbaycana təhvil veriləcəkdir.

İnanırıq ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkəmizin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün də yeni imkanlar yaranacaqdır.
29 siyasi partiya Milli Məclisə təkliflər GÖNDƏRİBXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Avrasiya.net xəbər verir ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.

Azərbaycanda dövlət qeydiyyatına alınmış bir çox siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər.

Həmin partiyaların siyahısını təqdim edirik:

Vətəndaş Həmrəyliyi Partiyası
Ana Vətən Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Böyük Quruluş Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Demokratik İslahatlar Partiyası
Vətəndaş Birliyi Partiyası
Milli Cəbhə Partiyası
REAL Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Ədalət Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
Milli Vəhdət Partiyası
Aydınlar Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Cümhuriyyət Xalq Partiyası
Müstəqil Xalq Partiyası
Milli Həmrəylik Partiyası
Azərbaycan Respublikaçılar Partiyası
Azərbaycan Təkamül Partiyası
Milli Demokrat İdrak Partiyası
Gələcək Azərbaycan Partiyası
Haqq Ədalət Partiyası
Azərbaycan Yüksəliş Partiyası
Sağ adam ölmüş elan edildi, araşdırma başladıQuba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində Rusiyada yaşayan Abil Hacıbaba oğlu Zeynalovun sağ olmasına baxmayaraq ölüm haqqında şəhadətnamə verilməsinə görə Azərbaycana gələ bilməməsi ilə bağlı məlumatlar yayılıb.

Məlum olub ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba Rayon Məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixdə qətnamə qəbul edilmiş və bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib edilib.

Qəbul edilmiş məhkəmə qətnaməsi üçün əsas olmuş arxiv və digər zəruri sənədlərin həqiqiliyini və qanuniliyini müəyyən etmək məqsədi ilə hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Ukraynada rusiyalı iki kriminal avtoritet saxlanılıbUkraynanın paytaxtı Kiyevdə könüllü batalyonlara qoşulmağa cəhd edən Rusiyadan olan iki kriminal avtoritet saxlanılıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Hər iki şəxs ölkədən deportasiya olunub.

Qeyd edək ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova susi-qəsd hazırlamaq istəyən şəxslər saxlanılmışdı.
Kişini döyüb 11 min manatını əlində aldıSabunçu rayonunda cinayət törədilib.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.

Şübhəli Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.