“Azərlotoreya” YENİ OLİQARXI YETİŞDİRİR… – Onun da adı Cahangirdir…

Ölkədə “Azərlotoreya” MÜƏMMASI davam edir. Bu faktdır və hələ də dövlətin müvafiq qurumları bu RƏSMİ QUMARBAZLIĞI “suyun üzünə çıxarmaqda” ya maraqlı görünmürlər, ya da buna cəsarətli deyillər. Hər halda aşağıda Dia.az olaraq təqdim edəcəyimiz fakt ikinci versiyanı daha da möhkəmləndirir.

Dia.az xəbər verir ki, ümumiyyətlə, “Azərlotoreya” tərəfindən satılan biletlər üzrə uduş fondunun nə qədər olması barədə heç bir maliyyə hesabatı verilmir. Hansı ki, əksər ölkələrdə satılmış biletlər üzrə keçirilən lotoreya oyunlarının tirajı haqqında istehlakçılara şəffaf bilgilər verilir. Çox maraqlıdır ki, belə bilgilər Azərbaycanda nəinki “Azərlotoreya” tərəfindən verilir, ümumiyyətlə, heç bir dövlət qurumundan bu barədə bilgi almaq mümkün deyil. Bu da ilk növbədə uduş fondları ilə bağlı ciddi şübhələrin yayılmasına səbəb olub.

Yeri gəlmişkən, “Azerlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbərliyində baş verən dəyişiklilərdən sonra, müəyyən şəxslər bu sahəni tamamilə öz monopoliyalarına almağa çalışırlar. Bu haqda məlumat verən mənbənin Dia.az-a bildirdiyinə görə, hazırda ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevdir. İddia olunur ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın dostu və onun kadrı kimi tanınan C.Fərəcullayev qeyri-rəsmi olaraq “Azerlotereya”ya nəzarət etməyə və bu sahəni tamamilə öz inhisarına almağa çalışır. Qeyd edək ki, bu barədə məlumatı keçən yazıda diqqətinizə təqdim etmişdik.

Bunu xatırladan mənbə bəyan edir ki, belə olan təqdirdə hansısa dövlət qurumunun Mikayıl Cabbarov kimi FÖVQƏLNAZİRƏ cəbhə açacağı ağlabatan görünmür.

Amma burada bir başqa məqam var. Məlumatı dia.az-a ötürən mənbə bildirir ki, əslində cənab Fərəcullayev məlum qanun pozuntuları ilə özündən daha çox məhz Mikayıl Cabbarovu hədəfə gətirdiyinə görə, müvafiq qaydada cəzalandırıla bilər: “Yəni Mikayıl Cabbarov hansısa Fərəcullayevin korrupsiya fəaliyyətinin nazını çəkə bilməz. Bu işlər təbii ki Cabbarovdan xəbərsiz baş verdiyindən məhz burada Fərəcullayevin cəzalandırılması üçün əsas maraqlı tərəf də elə Cabbarovun özü olacaq”.

Əlavə bilgilərimiz var. Bizi izləməkdə davam edin…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq… DİA.AZ
Rusiyada təyyarə qəzası: ölənlər varRusiyanın Komi Respublikasında yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Avrasiya.net xəbər verir ki, “Avialesoxrana” müəssisəsinə məxsus “Cessna 177” təyyarəsi Uxta şəhəri yaxınlığında qəza enişi edib. Eniş zamanı təyyarədə yanğın baş verib, göyərtədə olan 3 nəfər həlak olub.

Azərbaycanda bir neçə sahibkara cinayət işi açıldıAzərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılmışdır.

Ağdam rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində “Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - “Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edlmişdir.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmişdir.
Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlakının SİYAHISISabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub.

S.Müslümova məxsus əmlaklar bunlardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38

2. Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3

3. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi

4. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108

5. Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71

6. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51

7. Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri

8. Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Aparılan yoxlamalar zamanı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Yol polisi Səfər Mehdiyevi saxladı - VİDEOYol polisinin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxladığı anın görüntüləri yayılıb.

Avrasiya.net xəbər verir ki, hadisə vaxtı Səfər Mehdiyev idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib. Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünür.

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verir.

Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşır.

Qeyd edək ki, görüntülər Səfər Mehdiyev DGK sədri olarkən çəkilsə də, bu gün ictimailəşib.
Abşeronda kişi kişini qısqanclıq zəminində bıçaqladıAbşeron rayon sakini qonşusunu bıçaqlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsi, "Gənclər şəhərciyi" yaşayış kompleksinin qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Fuad Nadir oğlu Əhmədov Elnur Möhlət oğlu Əliyevə qısqanclıq zəminində bıçaq ilə ağır xəsarət yetirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Rus xüsusi təyinatlılarının anbarı məhv edildiXarkov vilayətinin şimalında Ukrayna ordusunun aviasiya kəşfiyyatı və artilleriyası tankların dəstəyi ilə Rusiya xüsusi təyinatlılarının sursat anbarını məhv edib.

Bu barədə Ukrayna Şərq Əməliyyat-Ərazi Birliyi məlumat yayıb.

“Müdafiə Qüvvələrinin müxtəlif bölmələri arasında effektiv qarşılıqlı fəaliyyətin tarixi açıqlanmır. Kəşfiyyatçılar Rusiya işğalçı qüvvələrinin bölməsinin yerini aşkarlayıb. Daha sonra koordinatlar topçulara verilib və hədəf məhv edilib”,- məlumatda deyilib.
"Bakı İrəvana sərt xəbərdarlıq etdi"“Erməni təxribatı nəticəsində əsgərimiz Anar Kəzımov şəhid oldu. Azərbaycan Ordusu “Qisas” adlı hərbi əməliyyata başlayaraq, düşməni darmadağın etdi. “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəklikləri nəzarətə götürüb. Bununla da şəhidimizin qanı yerdə qalmadı”.

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Fuad Əliyev qeyd edib ki, rəsmi Bakının bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, ermənilər və onların havadarları bizi eşitmədilər: "Bu təxribatlar davamlı şəkildə davam etdi. Azərbaycan tərəfi bunu cavabsız qoya bilməzdi. Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə yaxın zamanda bizim qayıdışımız baş verəcək. Bu təxribatlarla ermənilər həmin günü daha da tezləşdirirlər”.

“Ermənilərin hər dəfə əldə olunan razılaşmaları pozular. Bu gün razılaşıb, sabah başqa cür hərəkət etmək siyasətin axırı pis olur. BMT qətnamələrin nəticəsini necə olduğunu, gec də olsa, gördülər. Bu dəfə isə çox çəkmiyəcək. Nəyəsə və kiməsə ümid etməsinlər" - ALDP sədri qeyd edib.
Girovluqdan xilas olan azərbaycanlı Bakıda intihar etdiBakıda intihar hadisəsi baş verib.

Avrasiya.net lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.

Digər bir məlumata görə, Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.

O, iki il əvvəl Liviyada girov götürülüb. Bir neçə gün əvvəl girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb.

Fərid Əliyevin psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırılma aparılır.
DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, “Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.

Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.

Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.