Mingəçevirdə “Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində əməkdar rəssam, metalişləmə üzrə mütəxəssis Əkbərov Mübariz Səməd oğlunun, Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rüstəmov Cəmaləddin Hamlet oğlunun və əməkdar rəssam, dekorativ tətbiqi sənət ustası Məhərrəmov Saləddin Şurəddin oğlunun “Ulu Gəncənin inciləri” adlı yaradıcılıq sərgisi keçirilib.

Sərgidə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, şəhər ziyalıları və media nümayəndələri iştirak edib.

Çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq rəssamlara yaradıcılıqlarında uğurları arzulayıb. Bildiriblər ki, sərgidən də göründüyü kimi, rəssamların yaradıcılığı geniş və çoxşaxəlidir. Onlar müşahidə etdiklərini, gördüklərini özünəməxsus şəkildə işləyərək gözəl əsərlər ərsəyə gətiriblər.

Vurğulanıb ki, bədii oyma dekorativ - tətbiqi sənətin ən qədim və geniş yayılmış növlərindən biridir. Ölkəmizdə oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub.

Əcdadlarımızın hələ qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Qeyd olunub ki, bədii oyma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Bu sənəti mənimsəmək üçün insan xəttatlıqdan, nəqqaşlıqdan, xarratlıqdan, rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir. Məsələn, ağac üzərinə yaxşı bir oyma naxış salmaq istəyirsənsə, onun eskizlərini də hazırlamalı, ölçülərini yaxşı bilməlisən.

Daha sonra çıxış edən rəssamlar öz yaradıcılıqları haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatıbİranda sərnişin qatarının Tebes şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə Tebes şəhərinin fərmandarı Əli Əkbər Rəhimi jurnalistlərə bildirib.

O qeyd edib ki, hadisə yaşayış məntəqəsindən uzaqda baş verdiyi üçün yaralılar təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.

İran Dövlət Dəmir Yolları İdarəsinin açıqlamasına görə, qəzanın səbəbini aydınlaşdırmaq üçün 6 nəfər mütəxəssisdən ibarət komissiya yaradılıb. Hazırda komissiya üzvləri hadisə yerində araşdırma aparırlar. İlkin məlumata görə, qatar ekskavator ilə toqquşub. Qatarın hərəkəti vaxtı ekskavatorun dəmir yolunda olması təəccüb doğurur. Bu məsələlərlə hüquq-mühafizə orqanları məşğul olur. Artıq İranın Baş Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıldığını bəyan edib.

İstintaq təqsirkarları müəyyən etməyə çalışır.
İctimai iştirakçılıq, ictimai nəzarətlə bağlı çətinliklər müzakirə edilibAzərbaycanda ictimai iştirakçılıq, ictimai nəzarətlə bağlı mövcud vəziyyət, naliyyətlər, müşahidə olunan çətinliklər, bu sahədə təcrübənin yaxşılaşdırılması üçün irəli sürülən təkliflər QHT-lər, ə dövlət orqanlarının, Milli Məclis təmsilçiləri, Nazirlər Kabinet və Ombudsman nümayəndələrinin iştirakı ilə müzakirə edilib

06 iyun tarixində Holiday İnn mehmanxansında Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən həyata keçirilən layihələr çərçivəsində “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib.

Tədbirdə dövlət orqanları, publik hüquqi şəxslər yanında yaradılmış İctimai Şura sədrləri, üzvləri daxil olmaqla əllidən çox QHT təmsilçisi, Milli Məclis, Nazirlər Kabineti, Ombudsman, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası üzvləri, Ədliyyə Nazirliyi, Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın nümayəndələri iştirak ediblər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “İctimai iştirakçılıq haqqında qanunvericiliyə əlavə və dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib. Ə.Nuriyev ictimai iştirakçılıq haqqında qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərin mövcud təcrübəni, vətəndaş cəmiyyəti institutlarının rəyini, onların rastlaşdıqları problemlərin həlli ilə bağlı baxış və ideyaları nəzərə aldığını bildirib. Təkliflərin İctimai Şuraların daha səmərli işləməsi, müstəqilliyinin əsaslarının möhkəmləndirilməsi, Şuralara seçkilərdə müşahidə olunan nöqsanların aradan qaldırılması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərini əhatə etdiyini diqqətə çatdıran Ə.Nuriyev bu təkliflərin müəllifinin məhz bütövlükdə vətəndaş cəmiyyəti olduğunu xüsusi vurğulayıb.

Ə.Nuriyev qeyd edib ki, müşahidə olunan nöqsanlarla yanaşı vətəndaş cəmiyyəti ictimai iştirakçılıq və ictimai nəzarətin həyata keçirilməsində fəal olmağa çalışır, bu sahədə mövcud imkanlardan daha dolğun və səmərəli istifadə edilməsi üçün əlverişli hüquqi mühit yaradılması əsas şərtlərdən biridir, eyni zamanda bu sahədə fəaliyyətin əlaqələndirilməsinə ehtiyac var və müvafiq koordinasiya mexanizmi yaradılması nəzərdən keçirilməlidir.

Dövlət orqanları daha məsuliyyətlə yanaşmalıdırlar, QHT-lər də öz növbəsində peşəkarlıq, maraqlar toqquşmasının yol verilməzliyi prinsiplərini rəhbər tutmalıdırlar. Qanunvericliyə təklif olunan dəyişikliklər hər iki istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə çətinlikləri dəf etməyi hədəfləyib.

Ə.Nuriyev dövlət başçısının ictimai nəzarətin vacibliyi barədə fikrilərini, çağırışlarını xatırladaraq, mövcud vəziyyətin qarşıya qoyulan vəzifələrin həllinə imkan vermədiyini, bu sahədə çətinliklərin aradan qaldırılması üçün əlavə səylərə ehtiyac olduğunu qeyd edib.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbarhimov “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyət: naliyyətlər və çətinliklər” mövzusunda təqdimatla çıxış edib. İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin qiymətləndirilməsi məqsədilə aparılmış təqdiqatın nəticələrini açıqlayıb.

Statistik təhlil göstərib ki, İctimai Şuralarda qadınların və gənclərin təmsilçiliyi aşağı səviyyədədir. Qadınların səlahiyyətləndirilməsi, regionlarda İctimai Şuraların yaradılması prosesində qanunverciliyin tələblərinə əməl olunmasında çətinliklər müşahidə olunur. QHT-lər arasında keçirilən sorğuda QHT-lərin əksəriyyəti qeyd edib ki, dövlət orqanları ictimai iştirakçılıq və nəzarət məsələlərinə kifayət qədər diqqət göstərmirlər, həmçinin ictimai iştirakçılığın digər formalarından istifadə olunması aşağı səviyyədədir.

Sorğunun nəticələrinə əsasən QHT-lər bunu bilik və bacarıqların, maliyyə dayanıqlığının yetərli səviyyədə olmaması, dövlət orqanlarının formal yanaşması ilə izah ediblər. Sorğunun nəticələri QHT-lərin ictimai iştirakçılıq və nəzarətin həyata keçirilməsi ilə bağlı vəziyyəti əsasən qeyri-qənaətbəxş qiymətləndirdiyini göstərib. Həmçinin, QHT-lər vətəndaşların ictimai iştirakçılıq və nəzarətlə bağlı məlumatlılıq səviyyəsinin aşağı olmasını qeyd ediblər. QHT-lər müsbət məqamlar kimi dövlət orqanlarının keçirilən tədbirlərdə iştirakını, əməkdaşlığını, informasiya sorğularının cavablandırılması vəziyyətinin yaxşılaşmasını qeyd ediblər.

Bir neçə istiqamətdə təkliflər irəli sürülüb, QHT-lər dövlət orqanları və QHT-lərə bu sahədə təlim dəstəyinin verilməsini, ali və yuxarı hakmiyyət orqanlarının ictimai iştirakçılıqla bağlı müvafiq təlimatlar verməsini, dövlət orqanları, publik hüquqi şəxslər və dövlət şirkətlərinin ictimai iştirakçılıqla bağlı hesabatlar verməsini İctimai Şuraların institusional inkişafı üçün tədbirlər görülməsini təklif ediblər.

Müzakirələr zamanı dövlət orqanları QHT-lər tərəfindən qaldırılan problemləri, təkliflərləri dinləyiblər, nöqsanlara münasibət bildiriblər və sualları cavablandırıblar.

Milli Məclisin dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə təkliflərə münasibət bildiriblər, qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya” Araşdırmalar Fondu “Azərbaycanda ictimai iştirakçılıq praktikasının təkmilləşdirilməsi”, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB isə “İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində vəziyyətin monitoriniqi və qiymətləndirilməsi” layihəsini həyata keçirirlər. Hər iki layihə çərçivəsində hazırlanmış təkliflər və tədqiqat hesabatı müvafiq dövlət qurumlarına təqdim ediləcək.
Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.

Bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub.

“Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, - qurum vurğulayıb.
Putin Rəisiyə başsağlığı verdiRusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Prezidentlər ikitərəfli münasibətlərin gələcək inkişafına dair məsələləri müzakirə ediblər.

Bundan başqa, İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin danışıqlar yolu ilə həllinin vacibliyinə dair fikir mübadiləsi aparılıb.

V. Putin Rəisiyə iyunun 8-də baş verən qatar qəzası ilə bağlı baş sağlığı verib.
Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 706, bu günə qədər isə ümumilikdə 6 914 600 test icra olunub.
Türkiyənin bu addımını yüksək qiymətləndiririkMontrö Konvensiyasına ciddi əməl etməliyik. Türkiyənin bu məsələyə verdiyi töhfəni yüksək qiymətləndiririk.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra mediaya deyib.

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 30 illik yubileyini qeyd edir. Biz konstruktiv işləməyin tərəfdarıyıq”, - Lavrov bildirib.
Hərbi Həkim Komissiyasının sabiq sədri həbs edildiMüdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sabiq sədri həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Rusiya Ukraynanın 2 qırıcısını məhv etdiRusiya hava hücumundan müdafiə vasitələri son sutkada Ukraynanın 2 MiQ-29 təyyarəsinini vurub.

Bunu Rusiya Müdafiə Nazirıiyinin rəsmisi, general-leytenant İqor Konaşenkov deyib.

“Bundan başqa Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın Donetsk, Xarkov və Xerson vilayətlərində 11 dron, 3 ədəd “Toçka-U” və “Smerç” reaktiv yaylım atəş sistemlərinin 5 raketini məhv edib”, - məlumatda qeyd olunub.
Hüquqşünas Elnur Rəhimov Fəxri Diplomla təltif edilibBu məlumatı Avrasiya.net-ə Müvəkkil Hüquq Mərkəzi, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

O, bildirib ki, QHT-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi Azərbaycanın bir neçə rayonunu əhatə edib:

"Layihə çərçivəsində hüquqşünas Elnur Rəhimovun Şabran və Siyəzən rayonlarında şəhid ailələri və müharibə əlillərinin hüquqlarının təmin olunması istiqamətində səmərəli fəaliyyətinin şahidi olduq. Bunu nəzərə alaraq, fəaliyyətini qiymətləndirmək məqsədilə Müvəkkil Hüquq Mərkəzinin İdarə Heyətinin 04 iyun 2022-ci il tarixli qərarı ilə “İnsan hüquqlarının təmin olunmasında” səmərəli fəaliyyətinə görə hüquqşünas Elnur Rəhimovu Müvəkkil Hüquq Mərkəzinin Fəxri Diplomu ilə təltif etdik".