MHP sədri 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib28 May – bu gün hər birimiz üçün xüsusi gündür. Çünki biz hamımız həm qədim tarixin daşıyıcıları, həm də 104 il bundan öncə yazılmış Cümhuriyyətçilik əsərinin qəhrəmanlarıyıq və hazırkı dövlətimiz - Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir.

Tarixən Azərbaycan ərazisində bir çox dövlətlər mövcud olub. Çünki biz dövlətçi, dövlət quran millətik. Son 500 illik tariximizdə isə ən parlaq iz buraxan dövlətlərimiz məhz Səfəvi imperiyası və Azərbaycan Xalq Cümhuriyyətidir. Cümhuriyyətin yaradılması bizim dövlətçilik tariximizdə mühüm mərhələ sayılır. Çünki bu bizim xalqımızı bütün Şərqdə ilk demokratik respublikanın qurucusu kimi önə çıxardı.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər qurucu liderlərin yorulmaz səyləri nəticəsində yeni dövlətçiliyimizin əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Ancaq əfsuslar olsun ki, Ancaq Xalq Cümhuriyyətimiz cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik-sovet Rusiyasının 11-ci Qırmızı ordusunun Azərbaycanı işğal etməsi nəticəsində gənc müstəqil Respublikamız süquta uğradı.

Lakin bir kərə yüksələn bayraq həqiqətən də bir daha enməz. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 28 May - Müstəqillik Günü də dövlət bayramı kimi qeyd olunmağa başladı.

Son iki ildə isə biz bu bayramı işğaldan azad edilmiş torpaqlarımızla birlikdə qeyd edirik. İndi üçrəngli bayrağımız digər ərazilərimizdə olduğu kimi Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə də dalğalanır.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsi yenidən öz tarixi torpaqlarımıza qovuşmağımıza imkan verdi. Ümid edirik ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmuş Qərbi Zəngəzura və digər tarixi torpaqlarımıza da yenidən sahiblənməyimiz üçün nə vaxtsa əlverişli şərait yaranacaq.

Bu baxımdan, dövlət başçımız İlham Əliyevin Zəngilana səfəri zamanı Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası məsələsindən danışarkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətini vurğulaması heç də təsadüfi deyildi.

Bu, eyni zamanda həm hazırda Ermənistanda baş qaldıran revanşizmə sərt xəbərdarlıq idi, həm də AXC dövründəki sərhədlərin bərpa edilməsinin bizim tarixi haqqımız olduğunu hər kəsin diqqətinə çatdırmaq məqsədini daşıyırdı. Çünki biz Cümhuriyyətin varisləriyik.

Bayramınınız mübarək olsun, əziz soydaşlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“İki qardaşı kim ayıra bilər?!” - Ərdoğan"Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik".

Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!", - Ərdoğan bildirib.
Eşq olsun Azərbaycana! - BayraqdarGecə-gündüz çalışan komandamız olmasa idi, bu qədər uğurlu “Teknofest” təşkil edə bilməzdik.

Avrasiya.net xəbər verir ki, bunu “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraqdar Teknofest Azərbaycan festivalında çıxışı zamanı deyib.

“Nobel mükafatı laureatı Əziz Səncərə də təşəkkür edirəm. Azərbaycanlı bacı və qardaşlarımıza "Teknofest"də iştirak etdiyinə görə minnətdaram. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Azərbaycanın Müstəqillik günü mübarək olsun. Eşq olsun Azərbaycana”, - o söyləyib.
"Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli faktordur.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq.

“Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.


Ərdoğan Azərbaycana gəldiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Müstəqillik Günü “İrəli” gəncləri tərəfindən silsilə tədbirlərlə qeyd olunub“İrəli” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü silsilə tədbirlərlə qeyd edib.

Tədbirlər çərçivəsində iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərinə səfər edərək Şəhidlər xiyabanı və Gəncə Şəhər Memorial Kompleksini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına təsiri, cümhuriyyətin qurulmasında tarixin hansı keşməkeşli yollarından keçildiyini gənclərimizə aşılamaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti parlament binası və AXC muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar muzeyin eksponatları və parlament binasının tarixi haqqında yeni məlumatlar əldə ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hadisələri dərindən öyrənmək məqsədi ilə səfər çərçivəsində “Müstəqillik Günü: Müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə keçirilib. Gənc tarixçi Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən mühazirədə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi geniş təqdimatla çıxış edib.

Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunların milli müstəqilliyin möhkəmlənməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında böyük rolu olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbə nəticəsində Cümhuriyyət dövründə tamamlanması mümkün olmayan işlərin yekunlaşdırıldığı, Azərbaycan gənclərinin qalib xalqın nümayəndələri olaraq onlara miras qoyulan ənənələri qürurla davam etdirəcəkləri mühazirənin gedişində xüsusilə vurğulanıb. Mühazirənin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirlər çərçivəsində Gəncə şəhərində 100-dən çox gəncin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş turnirdə iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclərimizin AXC dövrü ilə bağlı məlumatlılığını, o cümlədən intellektual bilik və bacarıqlarının artırılmasına nail olmaq olub.
Seymur Nəsirovun Ərəb KİV-də Respublika Gününə həsr olunmuş məqalə dərc olunubMisir, Səudiyyə Ərəbistanı, İordaniya, Yəmən, Livan, Suban və İraqın 50 dən çox qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

Məqalədə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun həyata keçirdiyi islahatlardan ətraflı bəhs olunur. Müəllif qeyd edib ki, cəmi iki il ərzində müstəqil dövlətin ordusu, mərkəzi bankı yaradılıb, pul vahidi dövriyyəyə buraxılıb. 1920-ci ilin aprelində bolşevik qoşunlarının müdaxiləsi, o cümlədən onlara yardım edərək Azərbaycanda qırğınlar törədən erməni daşnak quldur dəstələrinin vəhşilikləri böyük faciələrlə səbəb olub. Həmin dövrdə xalqımız düşmən işğalına qarşı mübarizə aparıb. Azərbaycanın cənub bölgəsində bolşeviklərə qarşı müqavimət hərəkatına başçılıq etmiş Şeyx Şüeyb Xəlifə Nəsir oğlundan bəhs etmişdir. İşğaıçı düşmənlərə baş əyməyən Şeyx Şüeyb 1921-ci ilin fevralın 21-22-də Xəzər dənizi sahilində şiddətli döyüşlərdə şəhid edilir. Bütün bu məlumatlar və xalqın işğalçılara qarşı boyun əyməyəcəyi barədə çağırışları arxivdə saxlanılan məktublarda öz əksini tapıb.

Məqalədə tarixi faktlar əsasında işğalçı ingilis qüvvələrinin əlində alət olan ermənilərin 1919-cu ildə Misirdə törətdikləri vəhşiliklər, misirli inqilabçı vətənpərvərləri qətlə yetirmələri barədə məlumat da təqdim olunub. Müəllif qeyd edib ki, Şeyx Əbdül Vahab Əl Nəccarın xatirələrində “Qırmızı günlər” adlanan həmin qanlı hadisələr öz əksini tapıb.

Ərəb tədqiqatçılarının həmin dövrə aid olan Azərbaycan haqqında fikirlərini də sitat gətirən müəllif ölkəmizin Misir və digər ərəb ölkələri ilə əlaqələrindən də bəhs edib.

Məqalədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğalı olunması, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və qırğınlar, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi barədə də məlumat verilib. Müəllif vurğulayıb ki, barbar ermənilər Azərbaycan şəhərlərini viran qoyduqlarına şəxsən şahidi olmuşdur. Onların bir çoxu atom bombası zərbəsində məruz qalmış Xirosima və Naqasakini xatırladır. Yazıda diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin nəzarəti altında bu şəhərlərin bərpası və yenidən qurulması işləri uğurla davam edir, tarixi irs abidələri əvvəlki görkəminə qaytarılır. Eyni zamanda, qüdrətli və qalib dövlət olan Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.

Ölkəmizin ərəb dünyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edən müəllif bu il dost ölkə olan Misirlə diplomatik münasibətlərin 30 ilinin tamam olduğunu xatırladır.

Bəzi linklər
https://www.elfagr.org/4441619
https://elmasryia.com/?p=3235
https://www.almasryalyoum.com/news/details/2608199
https://www.asiaelyoum.com/95357/2022/05/26/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/
http://www.hnamser.com/2022/05/blog-post_83.html
https://embassies.news/?p=11202
https://worldnewnews.com/يوم-الجمهورية-في-أذربيجان/
https://elalmelarby.com/?p=38216
https://www.akhbarelnaselyoum.com/?p=32779
https://alqraralaraby.com/%D8%AE%D8%A8%D8%B1/%D9%8A%D9%88%D9%85-%D8%A7%D9%84%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86/181638
https://kalemeh.net/?p=29964
https://jedar1.com.iq/?p=735
https://blawi-news.com/?p=14544
https://habzboz-news.com/archives/14386
http://anbaaiq.net/archives/32662
https://elamin-news.blogspot.com/2022/05/blog-post_961.html
https://www.wrkaanews.com/archives/37591
https://nayrouz.com/article/276344#.Yo-fGkVwHRQ.whatsapp
http://mustaqbl.net/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/
http://wbaad.com/index.php?name=News&file=article&sid=11873
https://almawrid.news/articles/view/details?id=5425
https://rayetmisr.com/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d9%82%d9%84%d9%85-%d8%a7%d9%84%d8%af%d9%83%d8%aa%d9%88/
https://alharir.info/%D9%8A%D9%88%D9%85-%D8%A7%D9%84%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D9%81%
https://www.agnaden.net/?p=15900
https://garbnews.net/news/s/208969
https://www.aldawlanews.com/952441
https://almadaeennews.blogspot.com/2022/05/blog-post_29.html
https://wp.me/p8Sxmy-WtY
https://telescopejo.com/68849
https://al-omma.com/ar/2022/05/27/%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%ac%d9%85%d9%87%d9%88%d8%b1%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d9%82%d9%84%d9%85-%d8%a7%d9%84%d8%af%d9%83%d8%aa%d9%88/
https://sama-alfayhaa.blogspot.com/2022/05/blog-post_27.html
https://mirsadenergy.com/ar/archives/1450
https://sinopanorama.net/2022/05/27/%d8%a7%d9%84%d8%af%d9%83%d8%aa%d9%88%d8%b1-%d8%b3%d9%8a%d9%85%d9%88%d8%b1-%d9%86%d8%b5%d9%8a%d8%b1%d9%88%d9%81-%d9%8a%d9%83%d8%aa%d8%a8-%d8%b9%d9%86-%d9%8a%d9%88%d9%85-%d8%a7%d9%84%d8%ac%d9%85%d9%87/
https://www.3aagell.com/%D9%8A%D9%88%D9%85-%D8%A7%D9%84%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86/
https://www.elamwal.com/204791
https://altnmiapress.net/articles/61839
https://mirsadenergy.com/archives/1450?fbclid=IwAR0rSrFhuzFQaXpok7dbrCQwy0Y9cHr-0LG1PzCBa4YmDUCxa116lXhRsi8
Vilayət Eyvazov generalı təqaüdə GÖNDƏRDİAzərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Bu münasibətlə Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib, bundan sonrakı həyatında uğurlar arzulayıb.
İranda daha bir zabit öldürüldüİranın Sistan-Bəlucistan əyalətində yüksək rütbəli zabitə sui-qəsd edilib.

Axar.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan əyalətinin polis rəisi Əhməd Tahiri məlumat yayıb.

“Ötən gecə mayor Abbas Rah Encam avtomobili ilə hərəkətdə olarkən silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində Abbas Rah Encam həyatını itirib, avtomobildə olan həyat yoldaşı isə ağır yaralanıb. Sui-qəsdi təşkil edən şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır”, - Ə.Tahiri bildirib.

Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın polkovniki Səyyad Xudayari evinin qarşısında güllələnərək qətlə yetirilmişdi.