Cavid Qurbanova yeni vəzifə verildi - SƏRƏNCAMCavid Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bundan öncə Prezident Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentdən sərəncam: Cavid Qurbanov işdən çıxarıldıPrezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda qeyd olunur:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
“İrəli” region gənclərinin inkişafı üçün yeni layihəyə start verir“İrəli” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verir.

Birliyin Mətbuat xidmətindən Avrasiya.net-ə məlumat verilib ki, layihə 3 mərhələdən ibarətdir. Layihənin “Bilikdən-bacarığa” adlı birinci mərhələsində ilkin qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 30 nəfər gənc 8 gün müddətində qeyri-formal təhsil və onun prinsipləri, seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.

Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcək, region gəncləri arasında sorğu keçirəcəklər. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.

Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir.

Layihədə iştirak etmək istəyən 22-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/layihe30
Atletika idman növü üzrə rayon birinciliyi keçirilibMayın 24-də şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə 28 May Müstəqillik günü və Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi münasibəti ilə atletika üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında rayon birinciliyi keçirilib.

Yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, atletika idman növlərinin Siyəzəndə inkişaf etdirilməsi və kütləviliyinə nail olunması, yeniyetmə və gənclərin idmanın bu növünə marağının artırılması, olimpiya dəyərlərinin və sağlam həyat tərzinin təbliği, perspektivli idmançıların üzə çıxarılması, həmçinin iyun ayında atletika idman növü üzrə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında Azərbaycan birinciliyində iştirak edəcək rayon komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədi daşıyan yarışda 40-a yaxın atlet qüvvəsini sınayıb. Açılış mərasimində birinciliyin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. Nəticələr isə aşağıdakı kimi olub.

100 metr məsafəyə qaçış üzrə:
I yer - Salman Salmanov
II yer - Rəvan Səlimov
III yer - Uğur Mustafayev

200 metr məsafəyə qaçış üzrə:
I yer - İlham Qasımov
II yer - Nihad Babayev
III yer - Səccad Bəşirzadə

400 metr məsafəyə qaçış üzrə:
I yer - Cavidan Hüseynov
II yer - Nicat Ağamuradov
III yer - Murad Məlikov

800 metr məsafəyə qaçış üzrə:
I yer - Təhmin Hüseynalıyev
II yer - Gülbala Manafov
III yer - Ələsgər Dostuyev
Yarışın ümumi nəticəsinə görə şəhər 1 saylı tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası III olub.

I, II və III yerləri tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.


#28May #MüstəqillikGünü #MilliOlimpiyaKomitəsi30 #atletika #SiyəzənGİİ #Gənclərİdman
#Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
Bakı Qarabağı tam qaytaracaq – kimsə şübhə etmir!Delimitasiya və demarkasiya üzrə Birgə Komissiyanın işə başlaması məsələsi hələ keçən ay müzakirə edilmişdi və o zaman da nəticə olmalı idi, amma Ermənistan tərəfi razılaşmaları iki dəfə pozdu. Bildiyimiz kimi, delimitasiya prosesinin başlanması məsələsi hələ ötən ilin noyabrında Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün yekunlarına əsasən müəyyənləşdirilib. Yeri gəlmişkən, ötən həftə Rusiya XİN-i Bakı ilə İrəvan arasında delimitasiya komissiyasının formalaşdırıldığını bəyan etmişdi. Məhz bu səbəbdən Brüsseldə irəliləyişdən danışmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bölüşüb.

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında real olaraq maraqlıdır, çünki bu ölkələrdə böyük rus icmaları mövcuddur. Moskva sülh, əməkdaşlıqda, Cənubi Qafqazın inkişafında, sabitliyində maraqlıdır. AB-nin məqsədi isə yalnız Rusiyaya təcavüz etmək, Rusiyanı prosseslərdən uzaqlaşdırmaqdır. Rusiya və AB tamamilə fərqli motivasiyaya malikdirlər.

Mənim fikrimcə, bu Brüssel danışıqlarında da məhz Azərbaycanın güclü mövqelərdən çıxış etdiyini bir daha izləyə bildik. Biz bunu əvvəllər də görmüşük. Yəni İrəvan rəsmi Bakının xoşuna gəlməyən heç bir təxribatçı bəyanatlara yer vermədi.

İlham Əliyev qarşıya məqsəd qoyub və ona nail olacaq, o, sakitcə qoyduğu məqsədlərinə doğru irəliləyir. Artıq heç kimdə bir şübhə yoxdur ki, bütün Qarabağ son nəticədə Azərbaycanın tam legitim suverenliyinə qayıdacaq. Bunun üçün Azərbaycanın nəhəng diplomatik resursları və güclü ordusu var”, - deyə rusiyalı ekspert qeyd edib.

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşdiBu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub:

"Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

QMİ nümayəndəsi bildirib ki, sabahdan, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:

“Prosesin iki həftə ərzində yekunlaşması planlaşdırılır”.

Xatırladaq ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
ABŞ rus gəmilərini vura bilən raketlər göndərdi – Şok planBöyük Britaniya Ukrayna taxılının daşınmasını həyata keçirən vasitələri müşayiət etmək üçün hərbi gəmilər göndərməyə hazırdır. Britaniyanın təşəbbüsünə qoşulacaq müxtəlif ölkələrin koalisiyasının yaradılması üçün artıq danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərmək üçün müttəfiqlərlə danışıqlar aparır. Bu gəmilər Ukrayna taxılını daşıyan yük gəmilərini qoruya biləcək.

“Koalisiya bir neçə həftə ərzində Odessadan İstanbul boğazı vasitəsilə mühafizə dəhlizi təmin etməklə Rusiya blokadasını yarmağa çalışacaq”, - məlumatda qeyd olunub.

Bildirilir ki, artıq qlobal ərzaq böhranının qarşısını almaq üçün vaxtın tükəndiyi ilə bağlı qorxular var. Nəşrin məlumatına görə, ABŞ Rusiya gəmilərini məhv etmək üçün uzaqmənzilli raketlər göndərdiyini bəyan edib.

“Britaniya xarici işlər naziri Liz Trassla dəhliz məsələsini müzakirə edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, koalisiyaya bəzi NATO üzvləri və taxı idxalından asılı olan ölkələr daxil ola bilər. Hazırda buğda qıtlığından əziyyət çəkən Misirin bu koalisiyaya qoşula biləcəyi güman edilir”, - qəzet bildirib.
Din xadimləri test imtahanı verəcəklərDin xadimləri gələcəkdə test imtahanından keçirilə bilər.

Avrasiya.net xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Sədr müavini qeyd edib ki, bu məsələ digər xarici ölkələrin təcrübəsində var:

"Bizdə isə nümunə olaraq bu proses dövlət qulluğuna qəbul prosesinə uyğunlaşdırıla bilər. Din xadimlərinin işə qəbulu bir neçə mərhələdən, o cümlədən test imtahanından ibarət ola bilər. Hələlik ən uyğun qaydalar müəyyənləşdirilib".
Ersin Tatar Maraşla bağlı iddialara cavab veribQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar, Kipr Rum Administrasiyasının Maraşda yeni çimərlik açma qərarı ilə bağlı iddialarının doğru olmadığını bildirib.

Ersin Tatar qeyd edib ki, Gazimağusa bələdiyyəsi istifadəyə açıq olan çimərlikdə xüsusilə təhlükəsizlik baxımından çimərlikdən istifadə edənlərin xeyrinə müəyyən abadlıq işləri aparıb.

Tatar verdiyi yazılı açıqlamada Kipr Rum Administrasiyasının aldadıcı iddialar irəli sürməsini doğru görmədiyini ifadə edərək, Gazimağusa bələdiyyəsinin səyləri ilə bölgənin ictimaiyyətin xeyrinə tənzimlənməsini müsbət hal kimi qiymətləndirib.

Maraş açılışının KKTC-ni siyasi olduğu kimi iqtisadi mənada da irəli aparacaq bir addım olduğunu ifadə edən Tatar, “Xalqımızdan aldığımız dəstəklə davam edəcəyimizi vurğulamaqla yanaşı, yeni siyasəti qətiyyətlə davam etdirəcəyik. iki suveren bərabərhüquqlu dövlətin əməkdaşlığını nəzərdə tutan və Ana Vətən Türkiyə ilə tam uyğunluq içində həyata keçirdiyimiz KKTC-nin hər sahədə inkişafı üçün lazım olan bütün addımları atmaqdan çəkinməyəcəyimizi qeyd etməkdə böyük fayda görürəm".

Qapalı Maraşın mərhələli açılış prosesinin baş nazirliyi dövründə başladığını xatırladan Tatar, bu addımla Gazimağusa bölgəsinin canlandığını və KKTC-nin bölgədəki statusunun yüksəldildiyini qeyd edib.
Britaniya kəşfiyyatının eks-şefi Putinin 2023-cü ildə öləcəyinə inanırRusiya prezidenti Vladimir Putin tezliklə istefa verəcək. Onu Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev əvəz edəcək. Ola bilsin ki, işğalçı ölkənin başçısını sanatoriyaya göndərmək istəyirlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının (Mi-6) keçmiş rəhbəri Riçard Dirlav bildirib.

Onun proqnozuna görə, yaxın ətrafı Putini vəzifədən uzaqlaşdıracaq və "yəqin ki, onu Rusiya Federasiyasının lideri kimi çıxmayacağı sanatoriyaya göndərəcək".

“Əgər mənim mülahizəm təsdiqlənsə və Putin sanatoriyada yoxa çıxsa, çox güman ki, Patruşev onun yerinə gələcək”, - keçmiş kəşfiyyatçı bildirib.

Riçard Dirlav Putinin 2023-cü ildə öləcəyinə inandığını deyib, lakin o, ehtimal olunan ölümün səbəblərini açıqlamayıb.