"ABŞ Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə edib"Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda təkcə Azərbaycan-ABŞ münasibətlərinə deyil, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinə də yer ayrılıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O, qeyd etdi ki, ABŞ Prezidentinin məktubda Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstək və humanitar yardımının göstərilməsi də yüksək qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin hər zaman dövlətlərin suverenliyi məsələsində ciddi mövqe sərgiləyib və mövqeyi bütün dövlətlərdən də Azərbaycanın suverenliyi məsələsində eyni formada tələb edib.

Cəsarət Hüseynzadə qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Prezidnet İlham Əliyevə Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda əsas yer alan məqamlardan biri də ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyidir: "Bu əməkdaşlıq çərçivəsində ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində uğurların əldə olunması diqqətə çatdırılır. Azərbaycan bütün ölkələrdə bərabərhüquqlu münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə önəm verir.

Bu sırada Qərb dövlətləri və ABŞ xüsusi əhəmiyyət malikdir. Və bu münasibətlər hazırda əksər Qərb ölkələri ilə geniş və artan templə davam edir. Hesab edirəm ki, hazırkı şəraitdə ABŞ və digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə, bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə öz töhfələrini verməlidirlər. Bu töhfə üzümüzə gələn onilliklərdə regionda sülhün və sabitliyin təmin olunması üçün vacib amildir.

Prezident Baydenin məktubunda qeyd olunduğu kimi ABŞ-ın qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunu ifadə etməsi məhz bu istiqamətdə birgə fəaliyyətin yeni reallıqlar nəzərə alınmaqla daha da inkişaf etdirilməsi regionda inkişafın təmin olunmasına əlavə və vacib dəstək ola bilər".

Cəsarət Hüseynzadə bildirib ki, eyni zamanda məktubda göstərilən ABŞ-ın Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etmək təklifi də işğaldan azad olunmuş ərazilərdə yaxşı bir fəaliyyət proqramı ola bilər: "Yeni qlobal çağırışların olduğu və Azərbaycanın 44 günlük müharibəni qələbə ilə başa çatdıraraq yeni reallıqlar yaratdığı bir dövrdə ABŞ-ın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha ifadə etməsi vacib məqamlardandır."
"Ermənistanın revanşist müxalifətinin əməlləri ölkənin gələcəyini zərbə altında qoyur"Litva Prezidenti Gitanas Nausedanın bugünlərdə Bakıya səfəri o qədər uğurlu keçdi ki, bu səfərin nəticələri postsovet ölkələrində də böyük maraqla qarşılandı. Ancaq ermənilər isə öz ənənəvi xain xislətlərinə sadiq qalaraq Baltikyanı ölkələrin liderlərindən birinin paytaxtımıza səfərinə və bu səfər zamanı Litva və Azərbaycan liderlərinin iki ölkə münasibətlərinin uzun illərdir ki, strateji tərəfdaşlıq münasibətləri olduğunu bir daha vurğulamalarına olduqca ağrılı reaksiya verdilər. Daha doğrusu, öz səviyyələrinə (səviyyəsizliklərinə) uyğun münasibət sərgilədilər.

Belə ki, revanşist erməni müxaliflətçiləri Azərbaycandan sonra Ermənistana gedən və Litvanın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz töhfəsini vermək istədiyini bildirən Gitanas Nausedanın qaldığı oteli mühasirəyə alaraq, bununla həm Litva prezidentinin Azərbaycanla sıx münasibətlər qurmasına və rəsmi Bakının mövqeyinə isti yanaşmasına etirazlarını bildirməyə çalışdılar, həm də artıq iki aya yaxındır ki, davam etdirdikləri etiraz aksiyalarına bu səfər vasitəsilə diqqəti cəlb etməyə cəhd göstərdilər. Bu isə ermənilərin iç üzünü bir daha açıb ortaya qoydu.

Rusiyayönlü erməni müxalifətinin İrəvana qonaq gələn xarici ölkə prezidentinə qonaqpərvərlik nümayiş etdirmək əvəzinə, onun qaldığı oteli əhatəyə alması göstərişin həm də Moskvadan gəldiyini təsdiqləyir. Kremlin diktəsi ilə oturub-duran hazırkı Ermənistan müxalifəti Azərbaycanın Qərb ölkələri ilə, o cümlədən Baltikyanı ölkələrlə münasibətlərini sıxlaşdırmasını və eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını hansısa yolla sabotaj etməyə, əngəlləməyə çalışır. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması prosesinə öz töhfəsini vermək istədiyini bildirən və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləmək üçün addım atan Gitanas Nausedanın qaldığı otelin qarşısında toplaşıb, ona qarşı etiraz sloqanları səsləndirmək tamamilə Kremlin dəst-xətinə uyğun bir “ssenari”dir.

Ermənistanın radikal, revanşist müxalifəti bu cür sərsəm əməlləri ilə əslində Ermənistanın gələcəyini zərbə altında qoyur. Azərbaycan isə böyük bir təmkinlə öz sülhsevər və rasional siyasətini davam etdirir, bütün müttəfiqləri ilə, o cümlədən Litva ilə də güclü siyasi əlaqələrlə yanaşı, həm də çoxşaxəli iqtisadi, ticari, hərbi və digər sahələrdə qarşılıqlı əlaqələri fəal surətdə dərinləşdirir. Ermənistan isə qeyri-müəyyən siyasət yürütməklə və 10 noyabr, 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəliklərin icrasını yubatmaqla faktiki olaraq dövlət səviyyəsində təxribatla məşğul olur.

Bu ölkənin gah Brüssel, gah da Moskvanın tərəfdaşı kimi çıxış etməsi və son nəticədə isə bütün razılaşmaların icrasını süni surətdə yubatması nə Ermənistan hakimiyyətinə, nədəki revanşist müxalifətə heç nə qazandırmır. Onlar bu cür qeyri-ciddi mövqe sərgiləməklə bütövlükdə Ermənistanı oyuncaq dövlətə, vassala çevirirlər. Artıq Brüsseldə də Ermənistan müxalifəti ilə bərabər Paşinyan iqtidarının da keyfiyyətsizliyini və səbatsızlığını sözün tam mənasıyla anlayıblar.

Bu mənada, 22 mayda Şarl Mişelin təşəbbüsü ilə yenidən Brüsseldə baş tutması gözlənilən Əliyev-Paşinyan görüşünün Ermənistanın baş naziri üçün olduqca gərgin keçəcəyi şəksizdir. Paşinyan öhdəliklərə nəyə görə əməl etməməsinə konkret aydınlıq gətirməli, tutarlı səbəb göstərməlidir. Əks təqdirdə, Ermənistanın özünü Qərbə “demokrat” cildində göstərmək istəyən baş naziri olub-qalan sonuncu etibarını da tamamilə itirəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Səlim Müslümovun səhhətində ciddi problem yarandıHəbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bayden Ukraynaya 40 milyard dollar yardım ayırdıABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bildirilib ki, ABŞ lideri qanun layihəsini mayın 21-də imzalayıb.

Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi. Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilibDövlət Miqrasiya Xidmətinin Bakı Regional Miqrasiya Baş İdarəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin nümayəndələri, əcnəbi tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrin müəyyən bir qisminin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasında xüsusilə maraqlı olduğunu bildirib. Qeyd olunub ki, hazırkı müzakirənin keçirilməsində məqsəd həmin kateqoriyadan olan əcnəbi tələbələrin inteqrasiyasını sürətləndirəcək məsələlər ətrafında fikir mübadiləsinin aparılması və inteqrasiyanı optimallaşdıracaq təklif və tövsiyələrin irəli sürülməsidir.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, ali təhsil müəssisələrini təmsil edən Tofiq Muradxanov, Aynurə Əsgərova, Nigar Hümbətova, Zülfiyyə Qurbanova və digərləri əcnəbi tələbələrin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarını çətinləşdirən hüquqi çərçivələr, təhsilini davam etdirmək istəyənlər üçün qüvvədə olan qaydalar, təhsil müəssisələrində çalışan əcnəbi mütəxəssislər üçün iş icazələrinin alınmasına dair prosedurlar, əcnəbi tələbələr və müəllimlərlə bağlı rüsum və təhsil haqları və digər aktual məsələlər barədə danışıb və bir sıra təkliflərlə çıxıb ediblər.

Müzakirə iştirakçıları tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Miqrasiya proseslərini tənzimləmə baş idarəsi, Yaşama icazələrinin verilməsi idarəsi, Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin şöbəsinin baş inspektoru Ruslan Ağayev tərəfindən aidiyyəti üzrə cavablandırılıb.

Növbəti tədris ilində miqrasiya qanunvericiliyi ilə bağlı əcnəbi tələbələri düşündürən məsələlərin çevik və operativ qaydada müzakirə edilməsi üçün təhsil müəssisələrinin rəsmi nümayəndələrindən ibarət əməkdaşlıq platformasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun nəzdində yaradılması ideyası tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
"Baydenin məktubu okeanın o tayından bizə olan xüsusi diqqətin göstəricisidir"ABŞ prezidenti Josef Baydenin 28 may respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ilk növbədə okeanın o tayından bizə olan xüsusi diqqətin göstəricisidir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vasif Əfəndi deyib.

Politoloqun fikrincə, diplomatik etika naminə təbrikdən fərqlənən bu məktubda xeyli sayda əməkdaşlıq istiqamətində optimist notların olduğu görünür. Məktubda Azərbaycan Prezidentinin xarici siyasəti və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu xüsusi vurğulanır: "Eyni zamanda bizi Cənubi Qafqzda sülhün təminatçısı qismində görür. Bu sözlərin ardınca isə Bayden Azərbaycanın terrorizmlə mübarizəyə dəstəyini qeyd edir və bununla da bizim Qarabağda gələcəkdə məcburiyyət qarşısında qalaraq antiterorror əməliyyatlarımızın aparılmasına olumlu baxa biləcəyi ehtimalını artırır. Baydenin "Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik" çağırışına da dözümlü davranmaqla yanaşı bu istiqamətdə çalışmalarımızı sürətləndirməlıiyik".
"ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır"Dünyada baş verən geosiyasi proseslər ABŞ başda olmaqla bəzi dövlətlərin Azərbaycana qarşı münasibətinin dəyişməsinə əsas səbəbdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, sözsüz ki, bu müsbət münasibət sevgidən yox məcburiyyətindən qaynaqlanır: "Təkcə bir fakt: az qala 30 il erməni-rus birləşməsinin işğalında qalan Azərbaycan torpaqlarının, 1 milyona yaxın məcburi köçkün və qaçqınların, viran edilmiş Azərbaycan yaşayış məntəqələri, dağıdılmış mədəniyyətimizin taleyi özünü dünyanın jandarmı kimi aparan ABŞ-ı heç narahat etməyib. Üstəlik Azərbaycana qarşı "930-cu düzəliş" adlanan faktiki sanksiya, ABŞ, Rusiya və Fransanın həmsədirliyi ilə Minsk qrupunun anti Azərbaycan fəaliyyəti ABŞ-ın Azərbaycana qarşı əsl münasibətinin göstəricisidir. Qısası, ABŞ-ın indiki Azərbaycan "sevgisi" reallığın qəbulundan başqa bir şey deyil. Azərbaycanın 44 günlük müharibədə bütün xristian dünyasının Ermənistana hərbi kömək etməsinə baxmayaraq möhtəşəm qələbəsi, Türkiyə ilə müttəfiqlik haqqında imzaladığımız Şuşa bəyannaməsi və ən nəhayət Rusiyan-Ukrayna müharibəsi Azərbaycana ABŞ və onun müttəfiqlərinin münasibətini məcburi halda dəyişməyə vadar edib".

V.Dadaşov qeyd edib ki, məsələnin vacibliyi Rusiya-Ukrayna müharibəsinin yaratdığı faktiki real geosiyasi hərbi və iqtisadi vəziyyətdən qaynaqlanır və nəzərə alsaq ki, Avropa dövlətlərinin qaz təchizatının 40 faizi Rusiyanın payına düşür və bu vəziyyətdən Avropa ölkəkərinə təsir imkanlarını anlamaq elə də çətin deyil: "Qarşıda duran və publik şəkildə elan edilmiş məqsəd budur ki, Avropa rus qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmalıdır, daha doğrusu, Avropa rus qazına alternativ tapmaq məcburiyyətindədir. ABŞ-ın müəllifi olduğu sanksiyalar pakiti elə onun Avropa müttəfiqlərini çətin vəziyyətə salıb. ABŞ məcburdu ki, Avropanın enerji təhlükısizliyini təmin etsin. Rus qazını tez bir zamanda əvəzləmək çox çətin, yeni infrastruktur yaratmaq isə on illərin məsələsidir. Avropaya real hazır infrastruktur məhz Azərbaycanın əsas oyunçu olduğu layihələrdir. Azərbaycanın qaz ixrac xətləri ilə Xəzər hövzəsinin bütün ölkələrdən Avropaya qaz ixrac etməyin ən səmərəli yoludur və qısa zaman daxilində reallaşdırmaq mümkündür. Belə vəziyyətdə İranın da imkanları yaranıb ki, Qərblə və xüsusən də ABŞ-la münasibətlərini normallaşdırsın. Son günlərdə İranla Azərbaycan arasında qaz razılaşması elə müzakirə etdiyimiz Avropanın qaz məsələsinin tərkib hissəsidir. Bildiyimiz kimi, Azərbaycanın Avropaya qaz ixracınıi Türkiyə vasitəsi ilə həyata keçirir və Türkiyə də Qara dənizdə böyük qaz ehtiyatları aşkar edib və tezliklə sənaye ixracına başlayacaq. Belə bir vəziyyətdə Avropanın rus qazından asılılığının yeganə alternativi Azərbaycan və Türkiyənin imkanlarıdır. Odur ki, ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır. Hər bir halda Azərbaycan da yaranmış geosiyasi və iqtisadi vəziyyətdən öz maraqları naminə istifadə edəcək və bu şübhəsizdir" .
"Jest dilində vətən və vətənpərvərlik" mövzusunun yekun tədbiri keçirilib - VideoMayın 20-də Abşeron Rayon Mədəniyyət Mərkəzi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jest dilində vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili layihəsinin yekun tədbiri keçirib.

Avrasiya.net xəbər verir ki, tədbirin və layihənin əsasını məhdudiyyətli insanların vətən sevgisi, müharibə dövründə keçirdikləri hiss və duyğuların təcəssümü əks etdirirdi. Tədbir ilk olaraq məhdudiyyəti insanların dili olan jest dilində çəkilən Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı sosial çarxla başladı.

Daha sonra tədbiri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” ictimai birliyinin rəhbəri Cəmilə Abdulova açaraq, gələn qonaqları salamladı və layihə haqqında geniş məlumat verdi. Tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar xanım çıxış edərək, ilk öncə Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin bu kimi tədbirlərə, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşmasını qeyd etdi. Gənclər arasında vətənpərvərlik mövzusunda layihələrin keçirilməsini və gənclərimizin vətənpərvərlik ruhda yetişməsinə böyük dəstək olduğunu bildirən Abşeron rayon İcra Hakimiyyəti müavini Gülnar xanım, bu kimi layihələrin təşkilini çox yüksək qiymətləndirdiyini bildirdi.

Daha sonra tədbirdə iştirak edən Abşeron rayon idarə və təşkilatları, Qeyri-Hökumət Təşkilatı rəhbərləri, valideynlər layihə barədə fikirlərini bildirdilər. Layihə çərçivəsində eşitmə məhdudiyyətli gənclərin iştirak etdiyi “Mən Əsgərəm” adlı sosial çarx, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Günel Kərimovanın rəhbərliyi ilə şagirdləri tərəfindən “Şuşanın dağları” jest dili ilə rəqs kompozisiyası, 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimləri Nazilə Məhərrəmova və Gülnarə Əhmədova rəhbərliyi ilə həmin məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Sarı gəlin” kompozisiyası, 2-ci Qarabağ müharibəsi qazisi Rəşad Mirzəyevin həyatı və eşitmə məhdudiyyəti olan valideynləri ilə bağlı çəkilmiş videorolik izləyicilərə təqdim edildi. Ən sonda isə hərbi səhnəciklə tədbir proqramı yekunlaşdı. Tədbirin yekununda iştirakçılara və layihəyə dəstək olan şəxslərə və qurumlara təşəkkürnamələr təqdim edildi.

Qeyd edək ki, layihənin birinci hissəsi eşitmə məhdudiyyətli gənclərin Gəncədə terror olan əraziyə ziyarəti ilə başlayıb. Layihənin aparıcısı və ssenari üzrə idarəçi İctimai televiziyanın müxbir-aparıcısı və İşarə dili, nitq sahəsi üzrə təlimçi və təşkilatçı Nuranə Abıyevadır.
Yayda “Meymun çiçəyi”nə yoluxma artacaq - ÜSTKütləvi tədbirlərin keçirilməsi əlaqədar yay aylarında "Meymun çiçəyi" xəstəliyinə yoluxma halları artacaq.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe xəbərdarlıq edib.

"Avropada kütləvi toplantılar, festivallar və şənliklərlə müşayiət olunan yay dövrünə yaxınlaşırıq. Virusun yayılmasının sürətlənə biləcəyindən narahatam", - ÜST rəsmisi deyib.

O, Avropa regionunda ən azı səkkiz ölkədə son bir neçə gün ərzində "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarının aşkar edildiyini vurğulayıb. Avropadan kənarda virus Avstraliya, Kanada və ABŞ-da qeydə alınıb.

Xatırladaq ki, bundan öncə İsrail, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.