Rusiya "İsgəndər"lə ABŞ-ın verdiyi silahları vurduRusiya Silahlı Qüvvələri “İsgəndər”lə ABŞ və Avropa Birliyindən Ukrayna Silahlı Qüvvələrinə verilən silahları atəşə tutub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat yayıb.

“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib”, - Konaşenkov bildirib.
“AzerGold” Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mis axtaracaqŞərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.

Eyni zamanda “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə “AzerGold” QSC” tərəfindən geoloji-axtarış işləri aparılacaq.
İbrət dolu həyat hekayəsiUzun illər tanıdığm görkəmli iqtisadçı, bütün ömrünü dövlət və dövlətçiliyə həsr etmiş Şöhrət Musa oğlu Vəkilovun ibrət dolu həyat hekayəsi maraq doğurur.
Şöhrət Musa oğlu Vəkilov ilk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə Gümüş xanım Gümüşovanın sinfində alıb. Onun təhsil aldığı sinifdə 5 nəfər qız olmaqla 25 uşaq oxuyub. Sinif nümayəndəsi Ramiz Abdullayevlə Şöhrət Vəkilov xüsusi olaraq yaxşı oxumaları ilə fərqləniblər.

İlk təhsil aldığı 4 saylı məktəb 8-illik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbdə başa vurub. Orta məktəbdə oxuyarkən xüsui istedadı ilə fərqlənib. 6-cı sinifdə oxuyarkən riyaziyyat müəllimi Şöhrət Vəkilovu 9-cu sinfin auditoriyasına apararaq çətin həll edilən misalı həll etmək üçün lövhəyə çıxarır. Ş.Vəkilov 9-cu sinfə aid misalı həll edir. Müəllim 9-cu sinfin şagirdlərinə Ş.Vəkilovu nümunə gətirərək yaxşı oxumağı tövsiyyə edir.

Şöhrət Vəkilovun ibtidai sinifdə oxuduğu illər.

Şöhrət Vəkilov Azərbaycan 1974/1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakultəsində təhsil alıb. O dövrün nüfuzlu müəllimlərindən Əlihüseyn Əsədzadə kimi şəxslərdən dərs alıb. Qrupdakı 26 tələbədən 8-i, o cümlədən Şöhrət Vəkilov institutu fərqlənmə diplomu ilə bitirib. Ali Təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. 1978/1980-ci illərdə Rusiya Federasiyasında həqiqi-hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu zaman atası Musa Vəkilov dünyasını dəyişib.

Şöhrət Vəkilov hərbi xidmət zamanı.

Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətinə başlayıb. O, burada dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksələrək maliyyə sahəsində çalışıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vergi orqanlarında işləməyə başlayıb.Yasamal rayon Vergi idarəsinin rəisi vəzifəsində (1990- 1992) çalışıb. Sonra Maliyyə nazirinin müavini təyin edilib(1992-1994). 1994-ci ilin martından 1999-cu ilin aprelinədək Azərbaycan Respublikasının ilk müstəqil vergi təsisatı olan Baş Dövlət Vergi Müfəttişliyinin (indiki Vergilər Nazirliyi) rəisi vəzifəsində çalışıb.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonrakı ilk onillikdə ölkənin dinamik vergi siyasətinin işlənib hazırlanmasında və bu sahədə görülən digər işlərdə Şöhrət Vəkilovun əməyi və xidmətləri böyükdür. O, bu sahədə ən bacarıqlı mütəxəssislərdən biri sayılır. Həmin dönəmdə Şöhrət Vəkilovun bilavasitə rəhbərliyi altında və yaxından iştirakı ilə vergi qanunvericiliyinə dair silsilə qanun layihələri işlənib hazırlanıb və Milli Məclisdə qəbul edilib. Bundan əlavə, o, bir sıra mühüm qanun layihələrinə düzəlişlərin də müəllifi olub.
Şöhrət Vəkilov 2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası Kənd Təssərrüfatı nazirinin müşaviri vəzifəsində işləyir.

Şohrət Vəkilovun mənsub olduğu nəslin Azərbaycan tarixində müstəsna xidmətləri olub. Əsasən Qazax sultanlığı və İrəvan xanlığı -Şərur Dərələyəz qəzası ərazisində məskunlaşan vəkilovlar Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğun, Xalq şairi Vaqif Səmədoğlu, Xalq yazıçısı Yusif Səmədoğlu, Xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun qurucusu və ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü olmuş, 23 yaşlı Daxili İşlər naziri Mustafa bəy Nadir bəy oğlu Vəkilov, İstiqlal bəyannaməsinin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi doktor Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi, İbrahim ağa Vəkilov, görkəmli iqtisadçı və dövlət xadimi İlyas Vəkilov, Səhiyyə naziri Fəxri Vəkilov, Tədarük naziri Qəzənfər Vəkilov, körkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), professor Kərim Vəkilov (Həsənov), əməkdar mühəndis Ramiz Vəkilov,

hüquqşünas Səməd Vəkilov, dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, İlk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmlər doktoru Fatma xanım Vəkilova, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və.b. şəxslər bəxş edib.

Mən gənc jurnalist kimi, Şöhrət Vəkilov Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində çalışarkən dəfələrlə onunla ünsiyyətdə olmuşam. Onu nümunəvi dövlət məmuru kimi xarakterizə etmək olardı. Həm qəbuluna gələn insanların problemlərinə fərdi qaydada yanaşması, onların istəklərinə məmur kimi deyil insan kimi həssaslıqla yanaşması diqqətmi cəlb edirdi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, Ş.Vəkilovun təhsil almaqda çətinlik çəkən onlarla tələbəyə öz təmənnasız köməyini əsirgəməməsi onun nəcib keyfiyyətindən xəbər verir.

Sevil Yusifova
İTV-nin Yayım Şurasının üzvü
Həbs edilən şəxs şöbədə özünə xəsarət yetirdiDaxili İşlər Nazirliyi Mingəçevir şəhərində həbs edilmiş şəxsin özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.az-a açıqlamasında Səttar Fərzanlının Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində olarkən sanitar qovşaqda özünə yüngül cızıq xəsarətləri yetirdiyini bildirib.

O qeyd edib ki, polis əməkdaşları və həkimlər tərəfindən ona tibbi yardım göstərilib, səhhəti üçün problem yaranmayıb:

“Daha sonra o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Səttar Fərzanlı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan heroin aşkarlanıb”.
700 milyon dollarlıq yaxta müsadirə edilibİtaliya hökuməti Rusiyaya məxsus “Scheherazade” adlı yaxtaya həbs qoyub.

Bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi açıqlama yayıb.

Qərara əsasən, Karara limanında lövbər salan “Scheherazade” adlı yaxta maliyyə polisi tərəfindən müsadirə olunub. Nazirlik lüks yaxtanın kimə aid olduğu açıqlamayıb.

Yerli mətbuat yaxtanın Rusiya hökumətinin məşhur şəxsləri ilə əlaqəsi olduğunu bildirib.

Qeyd edək ki, 140 metrlik lüks yaxtanın dəyərinin 700 milyon dollar civarında olduğu müəyyən edilib.
Sexdən 15 min manatlıq oğurluq edən işçi tutuldu - FotoŞəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və VAZ-2104 markalı avtomobilin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
SEPAH-ın sabiq kəşfiyyat rəisi Hüseyn Taibin qardaşı, eyni zamanda “Əmmar” qərargahının rəhbəri Mehdi Taibin Türkiyə ordusu ilə bağlı səs yazısı ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, səs qeydində M.Taib “Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını biz hədəf aldıq” ifadələrini işlədib.

Eyni zamanda, M.Taibin Ankaranın ABŞ-ın sanksiyalarından yan keçmək üçün İranla əməkdaşlıq etdiyini, Türkiyənin neft idxalından asılı olduğunu və müharibə ehtimalında İranın Türkiyə limanlarını ballistik raketlərlə vuracağını dediyi iddia olunur.
Mübariz Mənsimov, əslində, kimdir?XIV əsrdə yaşamış filosof, dövlət xadimi və tarixçi İbn Xaldun qeyd edirdi ki, dövlət nə qədər qüdrətli və sarsılmaz olsa da, onu təşkil edən fərdlər və cəmiyyət kövrəkdir. Bu fikrin söylənildiyi dövr ilə indiki vaxt arasında 7 əsr fərq olsa da, insanın fitrəti, dövlətin təbiəti, cəmiyyətin isə xarakteri dəyişməyib. Xüsusilə də, Şərq toplumlarında ictimai rəy daha kövrəkdir, təsirə tez və daha geniş məruz qalır. Ona görə də öz fərdi maraqlarını, hətta şəxsi ambisiyalarını gerçəkləşdirmək istəyən bir qisim var ki, insanlar üçün həssas məsələlərdən istifadə edərək ucuz populizm qazanmağa, müsbət imic (təbii görünən süni obraz) formalaşdırmağa çalışırlar. Bununla bağlı istənilən qədər nümunə göstərmək olar. Elə təkcə sosial şəbəkələrə nəzər salmaq yetərlidir.

Məsələn, Türkiyədə yaşayan (və məhkəmənin qərarına əsasən, İstanbuldan kənara çıxa bilməyən) iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov. “Yeni Azərbaycan” qəzeti alternativ düşüncəyə önəm və yer verən tribunadır. Qəzetimizin 5 may tarixli sayında Mənsimovdan müsahibə verilsə də, bu gün sosial şəbəkələrdə, informasiya resurslarında ifadə edilən fikirlər reallıqların fərqli olduğunu göstərir. Ona görə də araşdırma apararaq bəzi məsələlərin üzərinə işıq salmağa qərar verdik.

Xeyriyyəçi, yoxsa?

Bu yaxınlarda internet televiziyalarından birinə verdiyi müsahibədə müxtəlif sözlər deyən, ziddiyyətli cümlələr quran Mübariz Mənsimovun fikirləri heç də birmənalı qarşılanmadı. Sosial mediada müxtəlif reaksiyalar verilir. Xüsusilə də, xeyli şəxs onun insanlar üçün həssas məsələlərdən istifadə edərək özünü fərqli formada təqdim etdiyini vurğulayır. Məsələn, “xeyriyyəçi” obrazı yaratmaq cəhdi. Qeyd edilir ki, “müasir Hacı Zeynalabdin Tağıyev” imici yaratmağa çalışan bu şəxs insanlara yardım etmək məsələsini şəxsi piar alətinə çevirib. İstifadəçilərdən biri qeyd edir ki, o, hər müraciət edənə yardım göstərmir. Çünki yardım etmək üçün ilk tələbi belə olur: köməklik göstərilməsini kameranın yaddaşına yazacağıq və daha sonra sosial şəbəkələrdə, nəzarətimizdə olan saytlarda reklam edəcəyik. Bunu qəbul etməyən şəxslərə “xeyriyyə əli” uzadılmır. Üstəlik, sıradan insanlara yardım edilməsinə üstünlük verilmir, çünki bu, reytinq gətirməyəcək. Daha çox həssas təbəqələrdən olan insanlar seçilir. Ən əsası, daim Allah rizası üçün yardımdan, dindən-imandan danışan Mənsimov köməkliyi “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə deyil, “sağ əlinin verdiyini sol əlindəki kamera vasitəsilə qeydə və lentə almaq lazımdır” yanaşması ilə edir.

Qardaşı Mənsimovu necə ifşa etdi?

Nə hikmətdirsə, onu dürüst olmamaqda ittiham edənlərdən biri çox da uzaq adam deyil, hətta ən yaxınlardandır - doğma qardaşı. Bir müddət əvvəl Maarif Mənsimov qardaşının çirkli pulların yuyulmasında və bir çox cinayətlərdə əli olduğunu, mafiya ilə əlaqələrinin olmasını iddia etmişdi. O, şikayət ərizəsində qeyd etmişdi ki, qardaşı yalan söyləyərək dövlət adamları ilə əlaqəsi olduğunu bildirməklə iş dünyasını, bankirləri aldadıb və bununla da bütün ətrafına ziyan vurub. Görünən dağa bələdçi lazım deyil, yaxud əlavə sözə nə hacət!

İşçilərindən “ədalətli rəhbər”ə: biz qul deyilik!

Digər məsələ: Mübariz Mənsimov müsahibəsində işçilərinə qarşı vicdanlı olduğunu söyləyir, özünü ədalətli rəhbər kimi tanıdır. Dərhal qarşımıza bir fakt çıxır: onun “Shovket Alekperova” adlı şirkət gəmisinin 150 işçisi yüzminlərlə dollar dəyərində olan maaşlarını ala bilməyiblər. Onlar gəmidəki yemək və təmiz su problemindən də əziyyət çəkiblər: “9 aydır ki, Zeytinburnuda lövbər gözləyirik. “Palmali Shipping” bizə maaşımızı vermir. Maaşlarımız üçün mübarizə aparırıq. 17-18 aydır maaş almırıq. Biz qul deyilik, dənizçiyik. Ailəmiz əziyyət çəkir. Psixologiyamız pozulub. Bizə haqqımızı verin”. Görünən odur ki, Mübariz işçilərini maaş üçün MÜBARİZƏyə vadar etməklə “ədalətli, dürüst və mərhəmətli” rəhbər olduğunu sübuta yetirir. Bununla bağlı bir çox fakt olsa da, təkcə bu nümunə gerçəkliyin nədən ibarət olduğunu göstərir.

Mübarizin “mübariz” obrazı

Mənsimovun piarına (çıxışlarına, müsahibələrinə və s.) nəzər salanda digər bir məqam da diqqəti cəlb edir. Bu, biznesmenin kriminal yığıncaqlardan və “oğru dünyası”ndan həvəslə danışmasıdır. İlk baxışda qəribə və anlaşılmaz görünür. Amma fikirlərini dinlədikdə aydın olur ki, adam sadə düşüncəli (oxu: sıradan və sadəlövh) insanları təsir altına salmaq üçün özündən “qəhrəman” obrazı düzəltməyə çalışır (qəhrəmanlıq edə bilməsə də). Gah özünə qarşı cinayət əməli və ya qəsdin törədilməsindən danışır, gah da kimlərisə “nokaut”a salmasından. Bu, təbii ki, sosial şəbəkə istifadəçiləri, hətta jurnalistlər, bloggerlər tərəfindən gülüş doğuran hal adlandırılır və tənqid edilir. Qeyd edilir ki, biznes imperiyasının iflasında günahkar axtaran gəmiqayırma maqnatının özünü “Azərbaycanın Rembosu” kimi təsvir və təqdim etməsi hər hansı bir psixi pozuntudan və ya ruh halından irəli gəlmir. Bu, onun, ətrafındakı şəxslərin, “piar menecerlər”inin dırnaqarası ideyaları ilə aparılan bəsit kampaniyanın tərkib hissəsidir - Mənsimovun “mübariz” obrazı yaradılır.

O, necə dindardır və Fətullah Gülənin ətrafında nə axtarırdı?

Diqqəti çəkən nüanslardan biri Mənsimovun dindar və millətçi qiyafəsinə bürünməsidir. Faktlar isə reallığın onun dediklərindən və göstərməyə çalışdığından fərqli olduğunu söyləyir. Diqqət yetirək:

Məlumdur ki, İstanbul Regional Ədliyyə Məhkəməsi Üçüncü Cəza Dairəsi Mübariz Mənsimova yerli məhkəmə tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qanunauyğun sayıb. FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar həbs edilən M.Mənsimova 5 il azadlıqdan məhrumetmə cəzası verilib və cəzası şərti hesab edilib. Bundan başqa, onun ölkədən çıxışına qadağa qoyulub. Maraqlıdır ki, ona ünvanlanan bütün ittihamlar və iddiaları rədd edən - qəbul etməyən bu şəxs FETÖ fərarisi kimi axtarışda olan iş adamı ilə münasibətinə hələ də aydınlıq gətirə bilməyib.

İnformasiya resurslarında geniş yayılan sözləri də Mənsimovun iddia etdiyi kimi dindar olmadığını göstərməklə yanaşı, FETÖ-çün məsələsində mənzərəni bulanıqlaşdırır. Məsələn, o qeyd edir ki, içkili halda FETÖ-çülərin iftar məclisinə gedib, Fətullah Güləndən aldığı təsbehi 1000 ABŞ dollarına satıb. Sual olunur: o, necə dindardır və Gülənin ətrafında nə axtarırdı?

Erməni şəriklə çirkli fəaliyyət vətənpərvərlik nümunəsidir, yoxsa xəyanət?!

Faktlar biznesmenin “millətçi” imicini (!) də darmadağın edir. Məsələn, “Palmali” rəhbərinin “Yeni inşa edəcəyimiz gəmilərə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən (bir çox ölkələrin qara siyahısında olan) bir gəmisinin adını dəyişdirib “Rəsulzadə” adlandırması inkaredilməz həqiqətdir. Daha dəqiq desək, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi vətənpərvərlik, dövlətçilik nümunəsi deyil, məsuliyyətsizlik və sayğısızlıq idi.

Hər halda, müsahibəsində Qarabağa investisiya yatırmaq fikrində olmadığını deyən, “Azərbaycanda məni sevməyən qüvvələr var” ,- deyən iş adamının okeanın o tayında erməni şəriklə çalışması da vətənpərvərlik nümunəsi deyil. Söhbət çirkli pulların yuyulmasında iştirakı ilə tanınan erməni əsilli mafiya lideri Levon Termedzyandan gedir. Rəsmi sənədlərdə göstərilir ki, bu iki şəxs Palmali USA LLC (2016-2019) şirkətinə ortaq rəhbərlik ediblər. “Şirkətimdə 3-cü nəsil erməni olduğunu eşitsəm, dərhal qovaram. Azərbaycanlı erməni ilə əməkdaşlıq edərsə, o, azərbaycanlı deyil, xaindir” ,- deyən Mübariz Mənsimovun şəriki Termedzyanla 1 noyabr 2016-cı il tarixində lentə alınan fotosu onun necə “azərbaycanlı” olduğunu təsdiqləyir. ABŞ-da yaşayan Ukrayna əsilli Lev Parnasın “Levon Termedzyan ilə Mübariz Mənsimov vasitəsilə tanış olmuşam” sözləri də faktdır. Bununla yanaşı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 2020-ci il tarixli hesabatında Mübariz Mənsimovun ABŞ-da Türkiyə əleyhinə lobbi fəaliyyəti ilə məşğul olması da əks olunub. Hər halda, od olmayan yerdən tüstü çıxmaz!

Azərbaycan əleyhinə...

Digər tərəfdən, “Palmali” rəhbərinin maliyyələşdirdiyi deyilən bloggerlərin Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yazılar hazırlaması, süjetlər verməsi də hər halda təsadüfi deyil. “Pulu verən havanı sifariş edər” deyirlər. Hər halda, sponsor olan Mənsimovun anti-Azərbaycan mövzularında sifarişçi olmaması real - inandırıcı görünmür. Həmin bloggerlərdən birinin çexiyalı parlamentari Yaromir Ştetina ilə hələ o zaman işğal altında olan Qarabağdakı qondarma rejimin “parlament”indəki görüşünü əks etdirən foto da mənzərəni aydın təsvir edir.

Dostunu göstər, deyim kimsən...


Təsadüfi deyil ki, Mübariz Mənsimovu fəal müdafiə edənlər sırasında ermənilərin dostları da canfəşanlıqları ilə fərqlənirlər. Məsələn, həbsdə olarkən Mübariz üçün mübarizəyə başlayan jurnalistlərdən biri qatı erməni tərəfdarı olan Amberin Zaman idi. “Al-Monitor”da çalışan, bir müddət İrəvanda yaşayan bu şəxs Türkiyə əleyhinə təbliğat aparmaqla, qondarma “erməni soyqırımı”nı həqiqət kimi təqdim etməklə məşhur idi.

Faktlar istənilən qədərdir. Amma təkcə bu nəzər yetirdiklərimiz də Mübariz Mənsimov adlı iş adamının, əslində, kim olduğunu və nəyə xidmət etdiyini göstərir!

Alqış Həsənoğlu
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Ukraynada şəhid olan cəsur azərbaycanlı bu gün Vətən torpağına qovuşubRusiyanın Ukraynaya qarşı yürütdüyü amansız müharibədən bizi 75 gün zaman kəsiyi ayırır. Ötən dövr ərzində Ukraynada yaşayan xalqlar silaha
krayna xalqı ilə çiyin-çiyinə dayanaraq, düşmənlə mücadilədə əzmkarlıq nümayiş etdirirlər.
İndiyədək bir neçə Azərbaycanlı cəng meydanında qəhrəmanlıq şücaəti göstərərək şəhid olublar. Onlardan biri də Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fuad Fərhad oğlu Məmmədovdur.

Fuad Məmmədov 24 dekabr 1983-cü ildə Bakıda anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Ukraynanın Donetsk vilayətinə köçüb. Uşaq yaşlarından təlim tərbiyəsi, vətənpərvərliyi və istedadı ilə həmyaşıdlarına nümunə göstərilib. O, həmçinin peşəkar idmançı kimi, yerli və beynəlzxalq idman turnirlərində Ukraynanın idman şərəfini layiqincə təmsil edib. Vətən sevdalısı kimi idman yarışlarında Ukrayna bayrağı ilə yanaşı, Azərbayvcanın üçrəngli, ay ulduzlu bayrağına sarılıb milli kimliyi ilə qürur duyduğunu nümayiş etdirirb.

Atası Fərhad Məmmədov hərbi həkim olub. Qürbət bir məmləkətdə alnının tərini ağ xalatı ilə silib, halal zəhməti ilə bir qız, 2 cəsur oğul böyüdüb. İndiyədək, yüzlərlə əsgəri həyata qaytarsada, düşmən gülləsinə tuş gələn öğluna əli çatmayıb. Fuad Məmmədov Rusiyanın Ukraynaya qarşı başladığı amansız müharibənin ilk günlərindən silaha sarılaraq, böyüyüb boya başa çatdığı məmləkətin haq savaşına qatılıb. Hərb meydanında səsur əsgər adını qazanan həmyerlimiz, ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. Kiyev şəhərindəki məsciddə Qəhrəman Azərbaycan oğlu ilə keçirilən vida mərasimində Fərhad həkim oğlunun keçdiyi şərəfli həyat yolunun içini göynədən kövrək duyğularını bölüşüb.

Fuadın ən böyük arzularından biri, Qarabağın düşmən işğalından azad olunmasında iştirak etmək istəyi idi. 2-ci Qarabağ savaşına qatıla bilmədiyinə görə özünü bağışlamırdı. Amalı Qarabağın zəfər səlnamısinə qanı ilə imza atanlardan birinə çevrilmək idi. Həmişə zarafatyana deyərdi!..

“Allah cəsur Azərbaycan əsgərlərinə insaf versin.Biz gedib vətənə çatana qədər Qarabağı işğaldan azad edib bizi zəfər tarixinə imza atmaq istəyimizdən mərhum etdilər. Ukrayna ürəyim, Azərbaycan başımın tacıdır”deyərdi. Bax beləcə oğlum Ukraynaya uşaqkən ürəklə gəlib, başının tacı olan Vətənə Şəhid kimi qayıdır. İki cəsur oğul böyütmüşəm.Hər ikisidə məndən xəbərsiz Ukraynanın haq savaşına qatılıblar. Fuad çox cəsur və qorxmaz oğlan idi. O, hərb meydanında düşmənə sarsıdıcı zərbələr vuraraq, qəhrəmanlıq şücaəti göstərib.

Ukraynada amansız müharibənin başladığı ilk gündən ideoloji səngərdə və hərb meydanında olan soydaşlarımız da cəsur Azərbaycan oğlunun keçdiyi rəşadətli döyüş yolundan söz açıblar.

Fuad Məmmədov döyüş meydanından son dəfə əmisi, Azərbaycanın tanınmış hərbi jurnalisti Ağası Hun Məmmədliyə mesaj yazıb:”Əmi biz Ukraynada haqq savaşındayıq. Düşmənə zalım olduqları qədər cavab veririk. Biz burada tək Ukrayna üçün deyil, dünya üçün savaşırıq! Rus kabusuna qarşı savaşmaq həm bəşəriyyəti, həm də Azərbaycanı xilas etmək deməkdir. İnşallah Rus zülmündən dünyanı xilas edəcəyik.” Sözün yarımçıq qalsada, axarlı olsun Fuad. Artıq sən Tanrı dərgahının yüksək məqamındasan. Oradan hər şey, ağ , qara, halal, haram , haq və zülmün nə olduğu daha yaxşı görünür. Artıq rahatsan. Çünki, bu gün canından çox sevdiyin Ana Vətənin müqəddəs torpağına qovuşdun.Allah qəbr evini rəvan eləsin.

“Azərsu” yanında İctimai Şuranın üzvləri Sanqaçalda olublarUlu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuranın bir neçə üzvünün ümummilli liderin içməli su sektorunda şah əsəri sayılan Kür Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub. Əvvəlcə ulu öndərin kompleks ərazisində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov sutəmizləyici qurğuların iş prinsipi və burada suyun təmizlənməsi prosesi barədə İctimai Şura üzvlərinə ətraflı məlumat verib. Qeyd olunub ki, Kür çayından üzən nasos stansiyaları vasitəsilə götürülən su birinci mərhələdə radial durulduculara ötürülür. Burada reagentlərdən istifadə edilərək onun tərkibindəki lil çökdürülür. İkinci mərhələdə su horizontal durulducularda emal prosesindən keçir. Nəhayət, 3-cü mərhələdə qum süzgəclərindən keçən su təmiz anbara ötürülür, burada zərərsizləşidirilir və nasoslarla magistral kəmərlərə vurulur. Magistral kəmərin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunmaqla suyun Bakıya çatdırılması təmin edilir.

Qonaqların diqqətinə çatdırılıb ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsindən sonra Abşeron yarımadasına gətirilən içməli suyun həcmi xeyli artıb. Bu da Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya verilən suyun bir hissəsinin Muğan və Aran bölgələrinə yönəldilməsinə imkan yaradıb.

Bu məqsədlə 107 km uzunluğunda Şirvan-Muğan və 62 km uzunluğunda Sabirabad-Saatlı qrup magistral su kəmərləri, kəmərlərin üzərində anbarlar tikilərək istismara verilib. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinin, eləcə də magistral kəmərin marşrutu boyunca yerləşən kəndlərin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Bütövlükdə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərlərindən 170-dən çox yaşayış məntəqəsinin 630 min nəfər sakini faydalanacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Kür Sutəmizləyici Qurğular Kompleksi Hacıqabul və Şamaxı rayonlarının ərazisində 10 min hektar əkin sahəsini suvarma suyu ilə də təmin edir. Bu məqsədlə kompleksdən Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər inşa olunub.

Xatırladaq ki, Kür Sutəmizləyici Qurğular Kompleksinin inşasına 1968-ci ildə başlansa da işlər ləng aparılıb. 1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra layihənin icrasında ciddi dönüş yaranır. Ümummilli liderin təşəbbüsü ilə xalq tikintisinə çevrilən layihənin birinci növbəsi mərhələlərlə 1970-1971-ci illərdə istismara verilib. 27 sentyabr 1970-ci ildə kompleksdən Abşeron yarımadasına suyun verilməsinə başlanıb.

Sürətlə inkişaf edən Bakı şəhərinin içməli su təchizatını yaxşılaşdırmaq üçün 1980-ci illərdə Kür su kəmərləri sisiteminin ikinci növbəsi üzrə işlər icra edilib. 3 mərhələdə (1984, 1986 və 1988-ci illərdə) Bakıya əlavə 3 magistral su kəməri çəkilib. Bununla da kompleksin məhsuldarlığı saniyədə 9,5 və ya sutkada 820 000 kubmetrə çatdırılıb.