Ata oğlunu öldürdüMayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin atası, 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
"HƏR GÜN BİR XEYİRXAH İŞ GÖRƏK" - Skaut liderləri bu şüar altında soydaşlarımıza dəstək oldularAzərbaycan Skautlar Assosiasiyasının Balakən rayonunda fəaliyyət göstərən skaut liderləri və skautlar müqəddəs Ramazan bayramı günlərində nəcib bir əmələ imza atıblar. Belə ki, Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvü Sərxan Hacıyev, dəstə lideri Leyla Hacıyeva və onların skautları bir neçə müddətdir ki, sərhəddə növbə gözləyərək öz ailələrinin yanına getməkdə çətinlik çəkən iri tonajlı yük maşınlarını idarə edən sürücülərə "Maxara" bişirərək paylayıblar. Dəstə lideri Leyla Hacıyeva öz "Facebook" sosial şəbəkə ünvanında belə qeyd edib:

"İki il fasilədən sonra skaut boğaz örpəyimi də taxıb skautlarımla xeyirxah bir iş görmək naminə çıxdıq yola. Özü də bu gözəl bayram günü. Milli mətbəximizə aid Maxaradan bişirdik, bal da götürdük və günlərlə sərhəddə növbə gözləyən, bayrama öz evlərinə yetişə bilməyən tır sürücüləri türk soydaşlarımıza ballı maxara payladıq, bayramlarını təbrik etdik, hər-hansısa ehtiyacları olub-olmadıqlarını maraqlandıq, yaxşı yol arzuladıq. Çox sevindilər. Görüntülü ailələri ilə danışanlar var idi, bizi gördülər, bizlərə təşəkkür edib, gözəl dualar etdilər.

Skautların devizi: "Hər gün bir xeyirxah iş görək!"
Ramazan Bayramımız Mübarək!"

Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak etmişdir.

Hal-hazırda 216 dünya ölkələrindən 57 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək devizi altında daha yaxşı dünya yaratmağa dəstək göstərirlər.
Yeni dünya sistemində Türkiyə ön sıralarda!I. Türkiyə↔Qətər münasibətləri
II. Səudiyyə Ərəbistanı↔Türkiyə konflikti
III. Türkiyə↔Misir gərginliyi
IV. Birləşmiş Ərəb Əmirliyi↔Türkiyə ixtilafı
V. Türkiyənin yeni sistemdə mövqeyi

Rusiya ilə Ukrayna konflikti siyasi arenada balansı dəyişdirdi. Artıq dünya təkqütblülük üçün mübarizənin şahidi olacaq. Bu mübarizə "soyuq" formada başlasa da, "odlu" səpkidə davam edəcək. Türkiyə elə bir siyasət yeridir ki, bütün tərəflərə sərf edən dövlət rolundadır. Həm NATO, həm Rusiya, həm Orta Şərq dövlətləri, həm də Cənubi Qafqaz dövlətləri üçün mühüm bir elementdir. Türkiyə belə bir vəziyyətdə balans siyasəti yeritməklə öz məqsədlərinə daha da yaxınlaşır.

I. 2010/11-ci illərdə baş verən “ərəb baharı” proseslərindən sonra Türkiyənin bəzi körfəz dövlətləri ilə münasibətləri kəskinləşdi.

Türkiyə↔Qətər əlaqələri stabil xətlə davam etməkdədir. 2017- ci ildə 4 körfəz dövləti- S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir Qətərə blokada vəziyyəti tətbiq etdilər. Qətərə hava, quru, dəniz sahələrində embarqolar həyata keçirdilər. Türkiyə bunu şiddətli şəkildə qınadı. Türkiyənin Qətərin yanında dayanması bu 4 dövlətlə “diplomatiyanın girdabını” yaratdı. Türkiyənin ən böyük hərbi bazalarından biri Qətərdə yerləşir. Qətər Türkiyə üçün hərbi, iqtisadi cəhətdən çox önəmlidir. Bu körfəz dövlətləri Qətəri İranla yaxın əlaqələr qurmaqla, terror örgütlərinə yardım etməklə ittiham edərək üz çevirdilər və Qətərin önünə 13 şərt qoydular. Bu şərtlərin ən önəmlisi Qətərin təzminat ödəməsi və Türk bazasının bağlanması idi. Müttəhim damğası yeyən Qətər bu 13 şərtin hamısın qəbul etmədi. Buna baxmayaraq, körfəz dövlətləri 4 ilə yaxın tətbiq edilən embarqoları aradan qaldırdılar. Körfəz dövlətlərinin bir ittifaqda olamsında sabiq Amerika Prezidenti Trampın rolu böyükdür. Tramp körfəz koalisiya yaratmağa və bu dövlətləri İsraillə yaxın əlaqələr qurmağa səsləyirdi. ABŞ vasitəsi ilə BƏƏ, Səudi Ərəbistanı, Bəhreyn karallığı və Misirin( digər körfəz dövlətləri də tədricən qatılacaq) İsraillə əlaqələr qurmağa başlaması, yeni bir güc koalisiyasının formalaşmasına dəlalət verir. Türkiyənin bölgədə son illər güc dairəsini genişləndirmək politikası çalxalanmaya səbəb olur və pik hədd isə demək olar ki, Aralıq dənizində baş verir.Türkiyə daha öncə də bir çox hərbi quru əməliyyatı keçirir ki, bu da bəzilərində aqresiya yaradır. Səbəb isə dənizlərdə olan petrol qaynaqlarıdı. ABŞ-nin Aralıq dənizində Yunanlara yardım etməsi, Cənubi Kipr Rum yönətiminə qarşı tədbiq etdiyi silah embarqosunu aradan qaldırması buna dəlalət verir.

II. Səudiyyə Ərəbistanı↔Türkiyə münasibətləri Qətərə və öldürülmüş müxalif jurnalist Kamal Qaşıqçıya görə destruktiv bir ampluaya girmişdi. 2018-ci ildə Kamal Qaşıqçı Türkiyədə vəliəhd Məhəmməd bin Salman tərəfindən öldürüldükdən sonra Türkiyə ilə eskalasiya pik həddə çatdı. S.Ərəbistanı 2020-ci ildə Türkiyəyə qarşı bir neçə sektorda embarqolar tətbiq elədi. Gərginlik yaşanana qədər tərəflər arasında ticari dövriyyə 6 milyarda yaxın idisə də, konfliktdən sonra bu rəqəm 3,5-ə endi. Körfəz dövlətləri ilə bu yaşananlar Türkiyə iqtisadiyyatında bir xeyli boşluqlar yaratdı. Lakin son zamanlar Türkiyə Qaşıqçı davasını S.Ərəbistanına ötürdükdən sonra düyünlər açılmağa başladı. 2022-ci ildə 2 tərəf diplomatiyanın qapılarını genişləndirdilər. Prezident Ərdoğan kral Salman bin Abdülaziz El Suudi ilə, vəliəhd şahzadə Məhəmməd bin Salmanla da yaxın görüşmələr keçirtdi və mövcud olan embarqoların aradan qaldırılması istiqamətində müsbət addımlar atdılar. Bu embarqoların ardan qalxmasının şahidi ola bilərik. Ərdoğan təkcə bu körfəz dövləti ilə kifayətlənməyərək, BƏƏ, Misir, İsraillə də münasibətləri nizama salmağı bacardı. 14 ildən sonra ilk də bir İsrail Prezidenti(İsak Hersoq) Türkiyəyə səfər etdi. Bu səfər yeni əlaqələrin başlanğıcını qoyaraq artıq Türkiyənin bölgədə önəmli bir aktor olduğu mesajını verdi. İsrail tərəfi “alçaq kreslo”, “Göy Mərmərə” böhranları ilə( Türkiyə nümayəndəsini alçaq bir kresloda əyləşdirmələri; Qəzzaya yardım aparan gəmiyə basqın edilməsi) vəziyyəti dağıdıcı bir məcraya sürüklədi. Fələstin məsələsi isə tərəflar arasında anlaşmazlığın kulminasiya nöqtəsi olmuşdu. Ancaq indi buzlar əriməyə başladı. İsrail Türkiyədən İrana və onun dəstəklədiyi Həmasa qarşı istifadə etməyə səy göstərir. Türkiyə də İsrail vasitəsilə hərbi və iqtisadi gücünü arılrmağı planlaşdırır.

III. Türkiyə↔Misir münasibətləri 9 il idi axarında deyildi. İki tərəf arasında əvvələr də gərginliklər olsa da, əsas münaqişə 2013-cü ildən başladı. 2013-cü ildə sabit prezident Əbdülfəttah Əl-Sisinin sabiq prezident “Müsəlman Qardaşları” hərəkatının rəhbəri Məhəmməd Mursini çevrilişlə devrməsi iki tərəf arasında nifaq saldı. Mursi Türkiyə ilə danışıqların tərəfdarı idi və Suriya məsələsini birlikdə həll edə bilmək üçün səylər göstərirdi. Lakin tərəflər arasında potensial təhlükə mövcud deyil, sadəcə əlaqələr soyuq şəkildədir. Xüsusilə də, Türkiyənin Livyada üstünlükləri və Livya hökuməti ilə dəniz anlaşması Misiri çox narahat edən amillərdən idi. Misir isə bunun əksinə olaraq, Livyanın şərqində ağalıq edən Xəlifə Xaftərə dəstək verir, həmçinin Yunanistan tərəfiylə də nizamlı siyasət yeridir. Bu iki tərəf tez-tez Türkiyənin əleyhinə fikirlər səsləndirir, Livya ilə Türkiyə arasında imzalanan dəniz müqaviləsini rədd edirlər. Çünki bu anlaşma onlara sərf etmir. 2019-cu ildə imzalanan bu müqavilə tərəflərə Aralıq dənizinin sərvətləri üzərində sahiblik etmə imkanı yaratdı. Müqavilə Aİ tərəfindən konstruktiv qəbul edilməsə də, BMT tərəfindən ratifikasiya edilib. Misir Türkiyənin bölgədə super güc olmasından, dənizlərdə ağalıq etməsindən ehtiyat edir. 2020/21 yenə bu iki tərəfli böhranın uzlaşma nöqtəsi oldu. Tərəflər arasında yumşaq güc istifadəyə daxil oldu.
IV. Türkiyə↔Birləşmiş Ərəb Əmirlikləri konflikti də yuxarıdakı komponentlərdən qaynaqlanır. Bunlardan əlavə Türkiyə tərəfi BƏƏ-ni uğursuz 15 iyul çevrilişinə maliyyə yardımı etməklə ittiham edir. 2021-ci ildə Ərdoğan BƏƏ ilə yeni bir dövrün başlandığını bildirmişdi. Bu çıxışdan sonra tərəflər arasında müxtəlis sferalara aid 13 müqavilə imzalandı. Hətta BƏƏ-nin yaxın gələcəkdə Türkiyəyə 20 milyard dəyərində investisiya qoyacağı da gözlənilir. Amerika ilə yaşanan ixtilaftdan sonra Türkiyənin valyutasında bir xeyli düşüş yaşandı. Hal-hazırda iqtisadi çətinliklər yaşanmaqdadır. Lakin Ərdoğanın körfəz dövlətləri ilə aradakı səddi qaldırması və iqtisadi axını bərpa etməsi hesab edə bilərik ki, Türkiyə üçün böyük avantajlar qazandıracaq.

V. Türkiyənin NATO dövləti olması həm müsbət, həm də mənfi çalarlara malikdir. Türkiyənin 16 yerində ABŞ bazaları , 15 yerində isə NATO radarları mövcuddur. Türkiyənin NATO üzvü olması təhlükəsislik baxımından müəyyən qədər qaranti yaradır. Lakin tam bir super güc olmasına da əngəl törədir. NATO Türkiyəni bölgədə balans yaradacaq bir güc olaraq dəyərləndirməkdədir. Həmçinin Türkiyənin alyansın üzvü olması Rusiyanı da ehtiyatlı davranmağa vadar edir. Rusiya-NATO qarşıdurmasında Türkiyə önəmli bir mövqeyə malikdir. Dünya təkqütblülük uğrunda mübarizənin şahidi olacaq. Bu yeni sistemdə Çinin rolu olduqca güclüdür. Çin və Türkiyə əlaqələri artan xətt üzrə getməkdədir. Rusiyanın Ukraynada zəiflədilməsi Türkiyəyə Suriyada və ətraf bölgədə əl-qolunu genişləndirmək imkanı qazandırdı. Həmçinin Şimali İraq Kürdistan Müxtariyyəti ilə danışqlar apararaq İraqın şimalında terrorizmə qarşı mübarizə daha da gücləndi. Türkiyə son zamanlarda hərbi gücünü 2 qat artırıb. Türkiyə artıq Balkanlarda, Afrikada, Orta Şərqdə, Körfəzdə, boğazlarda, dənizlərdə, Cənubi Qafqazda, hətta müəyyən qədər Avropada da öz yerini alıb!
Yaxın gələcəkdə Türkiyənin öndə gedən bir siyasi, hərbi güc olacağını görə bilərik! Yeni dünya nizamı tam formalaşsa, Türkiyə bu sistemdə önəmli bir aktor olacaq!

Elman Vəliyev
Siyasi ekspert
Prezident və xanımı Sabunçuda məktəbin açılışında - FotoMayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunun 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı və birinci xanım məktəb binasında yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov məktəb haqqında məlumat verib.

Bildirilib ki, yeni təhsil müəssisəsində sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurla icra olunan layihələrindən biri “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlərin müraciəti əsasında şagird sıxlığı nəzərə alınaraq, yeni məktəb binasının tikilməsi üçün göstəriş verib. 2020–ci ildə qəsəbədə yeni təhsil ocağının tikintisinə başlanılıb. İndi isə 960 şagird yerlik 304 nömrəli məktəb kürdəxanılı şagirdlərin istifadəsinə verilir.

Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin əhalisinin ümumi sayı 15 min 120 nəfərdir. Burada əhali sayının artması yeni iş yerlərinin, tibb, təhsil ocaqlarının tikilməsini və digər infrastruktur layihələrinin həyata keçirilməsini zəruri edir. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.


Doğma adamın itirilməsinin yarası ... - İlham ƏliyevBiz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər.

Bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.

“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək.
Narkokuryer polisə silahlı müqavimət göstərdi: yaralı varDaxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Avrasiya.net-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlaraq həyata keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.

Vüqar Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
27 özəl xəstəxanada xidmətlər pulsuz olacaq“2021-ci ildə 4 053 636 nəfər icbari tibbi sığortadan istifadə edib. Ümumilikdə 10 milyon 348 min 289 nəfər icbari sığortaya müraciət edib”.

Avrasiya.net xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2021-ci ildə 27 özəl tibb müəssisəsi ilə müqavilə bağlanıb.

Z.Əliyev bildirib ki, ən çox müraciət edilən xəstəliklər bunlardır: “Ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sistemi xəstəlikləri, mamalıq və ginekologiya, sinir sitemi xəstəlikləri”.
Zelenski ona edilən sui-qəsd cəhdlərindən danışdıUkrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, ona qarşı hazırlanan sui-qəsd cəhdləri o qədər də qorxulu deyil, lakin bütün dünyanın onun siyasətinə münasibətinə görə Rusiya prezidentinin daha çox problemləri var.

O, bu barədə Avstraliyanın "Nayn Netvork" telekanalına müsahibəsində bildirib.

Jurnalistin ona qarşı 10 sui-qəsdin qarşısının alınması faktını necə şərh edə biləcəyini soruşduqda, Zelenski belə cavab verib:

"Bu, o qədər də çox deyil. Belə çıxır ki, bunu on nəfər istəyir. Ona görə də bu, o qədər də qorxulu deyil. Məncə, insanların zirzəmilərdə gizlənməsi, insanlara işgəncə verilməsi və d. bu kimi hallara baxanda mənim vəziyyətim o qədər də dəhşətli deyil. Mən xalqımız üçün qorxuram və xüsusən də yaxınlarını itirmiş ailələr üçün qorxuram".

O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra o, hətta Ukraynada qalmağından belə çəkinməyib:

"Düzünü desəm, burdan getmək barədə heç düşünmədim. Bəli, ölkəni tərk etmə təklifləri partnyorlardan idi. Çoxlu müxtəlif təkliflər oldu, amma bu barədə düşünmədim. Mən dəqiq bilirdim ki, bu, dövlətimizə güc verməyəcək".
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyə yekunlaşıb"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili” layihəsi mayın 1-də yekunlaşdı. Təşkilatımız On minlərlə izləyicisi olan “Niyameddin Orduxanlı” facebook səhifəsi vasitəsi ilə 3 ay ərzində yüz minlərlə vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsi məqsədli məlumatlar çatdırdı.

Ümumulikdə 3 ay ərzində 300-dən artıq məlumat yaymışıq. Ayda 100 məlumat, gün ərzində 4-5 informasiya yayılırdı. Bu məlumatlar birbaşa COVİD-19 -la bağlı həm rəsmi orqanların verdiyi məlumatlar, həm də tanınmış həkimlərin, mütəxəssislərin verdiyi tövsiyyələr yayılırdı.”

Bunu "Xalq Cəbhəsi.az" saytına açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, QHT Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi bu layihə pandemiyanın son 3 ayını əhatə edib:"Bu gün artıq Azərbaycanda koronavirusa yoluxanların sayı gündəlik 15-20 nəfəri əhatə edir. Biz layihənin icrasına başlayanda gündəlik yoluxma 4000 nəfər idi. Xüsusən "Omikron" ştammın ortaya çıxmasından sonra yayılma bütün dünyada sürətlə yayılırdı. Əlbəttə ki, dövlətimiz pandemiyanın ilk günləridə virusa qarşı mübarizə yolunu uğurla seçib.

Bunun göstəricisidir ki, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq sıradadır. Koronadan ölüm sayı bizdə həddindən artıq aşağıdır. Bilirsiniz ki, facebook maliyə büdcəsi milyard dollarla ölçülür. Və hər bir səhifə istifadəçisi ödəniş əsasında hər hansı bir məlumatı yüz minlərlə, milyonlarla insana çatdıra bilər. Uzun illərdir facebook sosial şəbəkəsindən istifadə edirik. Bizim təşkilatın geniş təcrübəmiz var. Koronavurusla bağlı məlumatı hər gün facebook üzərindən on minlərlə şəxsə çatdırırdıq. Gündəlik məlumatları hər dəfə yaydıqda, həm səhifədə olan on minlərlə üzvlər görürdü, həm də qeyd etdiyim kimi, ödəniş əsasında yüz minlərlə şəxsə göndərirdik.

Hesablarımıza görə, layihənin icrası zamanı yüz minlərlə şəxsə məlumat göndərə bilmişik. Məncə, bu, çox böyük göstəricidir. Bilirsiniz ki, bu gün Azərbaycanda təxminən 6 milyona yaxın şəxs facebook istifdəcisidir. Əhalinin çox böyük hissəsi günün çox hisəsini facebookda olur. Biləsiniz ki, bu gün Azərbaycanda ən çox istifadə olunan şəbəkə də facebookdur. "

QHT sədri Niyaməddin Orduxanlının sözlərinə görə, bu layihəyə dəstək verən Agentliyinin bütün rəhbər şəxslərinə, hörmətli Azay Quliyevə, onun müavini hörmətli Vüsal Quliyvə, İcraçı Direktor hörmətli Aygün Əliyevaya və Agentliyin Müşahidə Şurasının hörmətli üzvlərinə təşəkkürümüzü bildiririk:"Son zamanlar Agentliyin yüksək səviyyəli fəaliyyətini görürük. Geniş miqyaslı fəaliyyət istiqamətini həyata keçirdirlər. Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevin Vətəndaş Cəmiyyəti İnstitutuna xüsusi diqqətini müşahidə edirik. İntensiv görüşlərin keçirilməsi, yüzlərlə QHT rəhbərinin Qarabağa səfəri, fərdi qaydada nüfuzlu hüquq müdafiəçiləri ilə görüş və digər məqamları qeyd edə bilərəm. Bu gün faktiki Prezident Adminstasiyası ilə QHT-lərin yüksək səviyyəli birgə əməkdaşlığının şahidi oluruq. "

Niyaməddin Orduxanlının dediyinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerlərdədir: “İlk gündən cənab Prezident İlham Əliyev öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, yüz minlərlə vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi.

Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Prezidentin qabaqlayıcı tədbirləri nətəcisində bu gün Azərbaycanda 800 minə yaxın vətəndaş virusa yoluxub və bunun böyük hissəsi sağallb, təəssüf ki, 10 minə yaxın şəxs dünyasını dəyişib və bu gün Azərbaycanda cəmi 109 nəfər koronavirus xəstəsi var.”

“AzerGold” Daşkəsən və Göygöl rayonlarında sosial yardım aksiyası keçirib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət göstərdiyi bölgələrdə növbəti sosial yardım aksiyası keçirilib.

Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən aksiya çərçivəsində Göygöl rayonunun Tülallar, Daşkəsən rayonunun Quşçu, Şadax, Bayan kəndlərində yaşayan 250-dən çox aztəminatlı ailəyə gündəlik istehlak səbətinə daxil olan müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb. Aksiyanın məqsədi Müqəddəs Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrin sosial ehtiyaclarının təmin olunmasına dəstək və əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.

Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq fəaliyyət göstərdiyi bölgələrin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aidiyyatı üzrə sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri Cəmiyyət tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar.

Sosial Təsir və Məsuliyyət Siyasəti çərçivəsində təşkil edilən bu tip tədbirlər dövlət proqramlarına dəstək məqsədi daşımaqla bərabər, bu bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə, onların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.