Türkiyədə hərbçiləri daşıyan maşın qəzaya uğradı: ölənlər varTürkiyənin Adana-Kozan avtomobil yolunun Mansurlu yol qovşağında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, işıqforun qırmızı işığında gözləyən daxili qoşunlara məxsus maşın yan tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Hərbi maşın aşıb və yüz metrə yaxın sürüşüb. Nəticədə iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbçi yaralanıb.

Hadisə ilə bağlı istintaq başlanıb.
Ermənistan beş prinsipimizi qəbul edib - İlham ƏliyevErmənistan dövlətlərarası münasibətlərin qurulması üçün Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.
Qubada yeniyetmə və gənclər arasında atıcılıq turniri keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Qəçrəş kəndində yeniyetmə və gənclərin işirakı ilə atıcılıq turniri keçirilib.
Turnirdə Quba rayonunun Quba rayonunun müxtəlif ərazilərində yaşayan ictimai fəal gənclərdən ibarət “Zəfər”, “Gənc könüllülər” komandaları, Küpçal, İspik, Qəçrəş kənd tam orta məktəblərinin, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin şagirdləri, ADPU-nin Quba filialının tələbələrindən ibarət “Bayraqdar”, “Yaşma”, “Killer” və “Assassins Creed” komandları iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd edib.
Rəsmi hissədən sonra start verilən turnir 3 mərhələ üzrə-oğlanların fərdi birinciliyi, qızların fərdi birinciliyi və komanda yarışları şəklində keçirilib.

Oğlanların fərdi birinciliyində Küpçal kəndini təmsill edən “Şahin” komandasının üzvü Tural Babayev 26 xalla birinci, İspik kəndini təmsil edən “Atıcılar” komandasından Vüsal Həmzəliyev 24 xalla ikinci, “Zəfər” komandasından Kamal Məmmədov 19 xalla üçüncü mükafata sahib olub.

Qızlar arasında keçirilən fərdi birincilikdə Küpçal kəndini təmsill edən “Şahin” komandasının üzvü Pəri Şıxəliyeva 12 xalla (atışlarda yükəsl xalları vurduğuna görə) birinci, Qəçrəş kəndini təmsil edən “Uğur” komandasından Mələk Zeynalova 12 xalla ikinci, “Zəfər” komandasının üzvü Bəturə Əzizova 11 xalla üçüncü yeri tutub.

Komanda yarışında isə “Zəfər” komandası 74 xalla birinci, Qəçrəş kəndini təmsil edən “Uğur” komandası 70 xalla ikinci, “Küpçal kəndini təmsil edən “Şahin” komandası 65 xalla üçüncü olub.

Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilib.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarış keçiriləcəkdir.
“Hökumət və Xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!”Mövzusundə ilk dəfə olaraq, QHT-KİV nümayəndələrinin iştirakı ilə Məclis keçirildi.

Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 8 aprelin 2022-ci il tarixində, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsinə dəstək verərək, Respublikanın Kütləvi İnformasiya Vastələrində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlara diqqət-qayğını artırmaq, onların vətən müharibəsində döyüşərək göstərdiyi qəhramanliğlari qəhramanlıq haqqında və həmçinin vətənpərvərliyi təbliğ edən mövzularında çoxlu yazar yazılmasını təklif edərək, bu istiqamətdə QHT-KİV nümayəndələri birgə əməktaşlıq etmək məqsədi ilə Məclis təkil olundu.

Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezidenti Sərraf Orucov iclasa başlamazdan əvvəl iclas iştirakçılarından Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Əfqanstanda və digər xarici ölkələrdə sülhməramlı missiyaları yerinə yetirərkən hərbi xidməti dövründə həlak olmuş döyüşçülərin xatirəsini birdəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sərraf Orucov çıxış edərək görüşə qonaqları salamlayaraq onları Ramazan ayı münasibəti ilə təbrik etdi və Oruc tutan, Namaz qılanların oruclarının, ibadətlərinin qəbul olunmasını Allahdan dilədi.

Sərraf Orucov səmimi görüş xarakterli Məclisin təkil olunmasının məqsəd və məramınıı qonqlara bildirmərək qeyd etdi ki, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”

Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, vətənpvərlik hisslərini sarsıtmamalıdırlar!

Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər.

Məhz bu məqsədlədə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, günümüzün təlbinə uyğun belə bir mühüm və əhəmiyyətli “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!”layihəsini Bakıda və ayrı ayrı ucqar regionlarımızda icra edirik.

Azərbaycan Respublikasi Əmək və Silahlı Üüvvələrin Veteranlar Təşkilatın sədir müavini polkovnik Cəlil Xəlilov çıxış edərək xususi ilə vurğuladı ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!

Cəlil Xəlilov çıxışında həmçinin 27 sentyabr–8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedmiş 44 günlük Vətən müharibəsində Azərbaycan QHT və KİV – nümayəndələrinin yüksək peşəkarlıqla göstərdiyi xidmətlərini yüksək qiymətləndirərək onlara təmsil olunduğu təkilatın adından təşəkkürünü bildirdi.

Daha sonra tədbirə dəvət olunmuş mətbuat işçilərindən Azərbaycan Hərb Tarix Muzeyinin direktoru polkovnik Əzzağa Qənizadə, ARBƏD- Fondunun Rusiya Federasiyası üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik Muxtar Fərəcov Xalq qəzetinin şöbə müdürü əməkdar jurnalist Məsaim Abdullayev, “Dünyaxəbər” Portalının rəhbəri Dünyaxanım Əliyeva, “Dünya Jurnalistlər” Birliyinin təsisçisi və “DİB.Az” Portalının rəhbəri Almaz Əliyeva, “Şəhid Aillərinə Maddi və Mənəvi dəstək” İctimai Birliyinin sədri Nəzakət Həsənova, “Dünya Türk Ocaqları” birliyinin sədr müavini Validə Vəliyeva, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun vitse-prezidenti Rasim Mirzəyev, “İlkxəbər” Portalının rəhbəri Xanoğlan Əhmədov, “Sabahinforum” Portalının rəhbəri və “Ədalət qəzetinin şöbə müdrü” Ədil Ədilzadə, “Türk.Az” Portalının rəhbəri Xöşbəxt Məmmədova, “Yeni-Gündəm.Az” Portalının rəhbəri Təbriz Məhərrəmov və başqa Məclis iştirakçıları çıxış edərək, Respublikanın Kütləvi İnformasiya Vastələrində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlara diqqət-qayğını artırmaq, onların vətən müharibəsində döyüşərək göstərdiyi qəhramanliğlari qəhramanlıq haqqında və həmçinin vətənpərvərliyi təbliğ edən mövzularında çoxlu yazar yazılmasını təklif edərək, bu istiqamətdə QHT-KİV nümayəndələri birgə əməktaşlıq etməlidirlər.

Çışış edən Məclis iştirakçıları Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun təşəbüsü ilə QHT-KİV nümayəndələri ilə təkil olunmuş Məclis görüşünü yüksək və tədqirə layiq qiymətlədirdilər.

Məcis iştirakçılarının səsləndirdikləri günün ən aktual məqsəd yönümlü təkliflər səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Məclisin sonunda Azərbaycan Yazıçılar birliyinin üzvü Şairə-Publisit xanım Pərvanə Salman qızının Vətənpəvərlik mövzusunda yazdığı şeyrləri ilə və 6 yaşlı Nuray Səlmanovanın söylədikləri şeyrlər Məclis iştirakçılarını dahada yüksək ruhlandırdı.

Tədbirin sonunda Məclis iştirakçıları ilə xatirə şəkilləri çəkildi.


Tərtərdə çoban minaya düşdüGoranboy sakini Tərtərdə minaya düşüb.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Goranboy rayonunun Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlu qoyun otararkən minaya düşüb. E.Həsənov Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.
Virus Çinə qayıtdı: yalnız bir şəhərdə 20 min yoluxmaVirusun yayılma gücü bir çox ölkədə, o cümlədən Azərbaycanda azalarkən koronavirus Çinə yenidən qayıdıb. 25 milyon əhalisi olan Şanxay şəhərində gündəlik yoluxma sayı 20 minə çatıb. Bu, koronavirus ilk dəfə Çində qeydə alındığından dəfələrlə çoxdur. Çin hakimiyyəti iki il öncə olduğu kimi kütləvi şəkildə əhalinin məcburi test edilməsinə başlayıb. Çin hökuməti eyni zamanda şəhərin milyonlarla sakininə evdən çıxışa qadağa qoyub. Faktiki aprelin 8-dən Şanxay hərbi rejimə keçib. Şəhərə ordu birlikləri yeridilib. Çünki qadağalara etiraz edənlər küçələrə çıxmağa çalışırlar. Xəstələri böyük stadionlarda yerləşdirirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.

O qeyd edib ki, BBC şəhər əhalisinin ərzaq və dərman almaqda çətinlik çəkdiyini yazıb. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükü daşıya bilmir:

“Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə, 17 gündür karantindədir və qidalanmayla bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə və nəticədə onlar çatdırılma xidmətlərin imkanlarından istifadə edə bilmirlər.

Şanxay Çin iqtisadiyyatının lokomotivi sayılır. Ona görə Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuelaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barrel neftdən neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötən dəfəki səhvi təkrarlamamaq üçün Çinlə gediş-gəlişə nəzarət etmək məcburiyyətindədirlər”.
Dəmiryol vağzalının vurulma əmrini verən rus general...Ukraynada Kramatorsk dəmir yolu vağzalının raket zərbəsi ilə vurulma əmrini rus general Aleksandr Dvornikov verib.

Axar.az xəbər verir ki, bu iddianı BBC telekanalı tirajlayıb.

Bildirilir ki, A.Dvornikov 2015-ci ildə Rusiya tərəfindən Suriyaya göndərilən ilk yüksək rütbəli zabit kimi tanınır. O, Suriyada əldə etdiyi uğurlara görə 2016-cı ildə “Rusiya Qəhrəmanı” mükafatına layiq görülüb. Daha sonra isə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanı təyin edilib.

Hazırda Ukraynadakı döyüşlərdə Rusiya ordusuna rəhbərlik edən zabitlərdən biridir.
Pentaqon: "Rusiya Ukraynada hərbi gücünün 20 faizini itirib"Rusiya Ukraynada hərbi gücünün 20 faizinin itirib.

“Report” “ABC News”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 800-1000 hərbçidən ibarət taktiki qrup taborların hissələri, faktiki olaraq, məhv edilib. Qoşunların qalıqları Rusiya və Belarus ərazisinə çəkilib.

Bildirilib ki, Rusiya 60 000 yeni hərbçi toplamaq niyyətindədir. Bundan sonra taktiki tabor qrupları bərpa ediləcək. Məlumata görə, Donbasa hücumun da bunun ardınca reallaşacağı gözlənilir. Pentaqonun hesablamasına əsasən, Donbasda və ya ona yaxın ərazidə Rusiyanın 40 taktiki tabor qrupu yerləşdirilib. Vurğulanıb ki, aprelin 6-da onların sayı 30 olub. Belə çıxır, Rusiya son günlər bölgəyə daha 10 000 hərbçi yerləşdirib.
Rusiya ordusunu Belarus ərazisində yerləşdirir - UkraynaUkrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Avrasiya.net Report-a stinadən xəbər verir ki, nazirlik genişmiqyaslı hücumun davam etdiyini bildirib.

“Rus hərbçiləri Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək üçün ölkəmizin şərqində hücuma hazırlaşırlar. Volın istiqamətində düşmənin mövqeyində və hərəkətlərində heç bir dəyişiklik olmayıb. Ukraynadan çıxarılan Rusiyanın bəzi hərbi bölmələri Belarus ərazisində yerləşirlər. Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri yenidən qruplaşmaq üçün Şərq Hərbi Dairəsinin 35-ci Ümumqoşun Ordusunun və Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qüvvələrinin 76-cı Hücum Diviziyasının bölmələrini Belqorod və Voronej vilayətlərində hərəkətə gətirir. Severski istiqamətində qarşı tərəfin qüvvələri yenidən qruplaşdırılır. Bunun üçün Mərkəzi Hərbi Dairəsinin Bryansk və Kursk vilayətlərindəki bölmələrinin döyüş qabiliyyəti bərpa edilir, həmçinin 41-ci Ümumi Ordu və 90-cı Panzer Diviziyasının ayrı-ayrı hissələrinin Donetskə köçürülməsi başa çatdırılır. Slobojanski istiqamətində Xarkovun intensiv atəşə tutulması və şəhərin qismən blokadası davam etdirilir. Belqorod vilayətində ruslar digər əməliyyat bölgələrindən köçürülmüş hərbçilər üçün səhra düşərgələri qurublar”.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri İzyum istiqamətində Brajkivka və Sulyhivka yaşayış məntəqələri istiqamətində hücuma keçsə də, heç bir uğur qazana bilməyib:

“Donetsk istiqamətində hücumlar davam edir. Əsas səylər Rubijne, Nıjne, Popasna və Novobaxmutivka yaşayış məntəqələrinin nəzarətə götürülməsinə və Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına yönəlib. Cənub Buq istiqamətində rus kəşfiyyatı gücləndirilib. Maryanske, Novovorontsovka, Novohryhorivka və Şevçenkove yaşayış məntəqələri artilleriyadan atəşə tutulub. Krım yarımadası ərazisindən Odessa vilayətinin yaşayış məntəqələrinə raket zərbələri endirilir. Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub”.
Rusiya müharibədə bu qədər hərbçi itirib - UkraynaRusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 705 ədəd tankı, 1 895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.