Brüssel görüşü Cənubi Qafqazda sülhün əldə edilməsinə yeni təkan verəcək
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülhün əldə edilməsinə yeni təkan verəcəkdir. Azərbaycan və Ermənistan arasinda görüşün təşkilində Aİ səyləri və rolu çox böyükdür. Azərbaycanın qətiyyətli mövqeyi və ölkə rəhbərinin uzaqgörən siyasəti sülh razılaşmasına nail ola biləcəyini əks etdirir.
Avropa İttifaqı Şurasının sədri Ş.Mişelin vasitəçiliyi ilə keçirilən görüşü 2021-ci ilin 15 dekabrında baş tutan görüşün davamı kimi də dəyərləndirə bilərik. Bu görüş sülh quruculuğu üçün önəmli idi .4 saat davam edən görüşdə prinsipial məsələlərdə ciddi fikir mübadiləsi aparılmışdır. Bu müzakirələr Azərbaycan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq Ermənistana verilən beş prinsip üzrə keçirilib. Görüşün nəticəsi olaraq bəyanata görə tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini deyiblər. Bu sıraya Avropa Ittifaqının minatəmizləmə ,münaqişədə zərər çəkən əhaliyə yardım ,reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi də aiddir. Eyni zamanda Azərbaycanla - Ermənistan arasında sərhədlərin delimitasiyası məqsədi ilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasın keçirilməsi barədə razılıq əldə olunub. Bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı ,gələcək sülh müqaviləsini işləyib hazırlamağın tapşırılması qərara alınıb.
Azərbaycan bildirib ki, biz Qarabağ məsələsinin beynəlxalq təşkilatlar tərəfindən məşğul olmasını deyil,müzakirələrin sülh razılaşması prizmasından davam etdirilməsini istəyir. Müzakirələrin Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa Ittifaqı və ittifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığını Rusiya-Ukrayna hadisələri fonunda Azərbycanın Avropa üçün artan logistika - kommunikasiya və enerji təhlükəsizliyindəki rolunu nəzərə alsaq, rəsmi Brüsselin regionda sülhün təmin edilməsinə olan maraqları danışıqların bu formatda uğurla nəticələnə biləcəyinə olan inamı artırır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu görüş barəsində bildirib ki, Kreml Bakı və İrəvanın sülh müqaviləsi üzrə danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. Bunun çox uzun proses olduğu aydındır.Ancaq belə bir sənədin imzalanması istiqamətində irəliləyiş özlüyündə çox müsbət faktdır.
Möhtərəm Prezidentimiz Ilham Əliyev də bu görüşü müsbət qiymətləndirdiyini bildirib.
Aprelin 7 də Türkiyə Cumhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ilham Əliyevin telefon görüşü olub Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnun olduğunu ifadə edib. Söhbət zamanı Ermənistanla nəqliyyat kommunikasiya xəttlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Ərazi bütövlüyümüz qarşılıqlı tanınmalı və ərazi iddialarından imtina edilməsi əsas prinsiplərimizdəndir.
"Brüssel görüşü"nün nəticəsi daimi sülhün əldə olunması üçün əldən verilməyəcək fürsət yaradıb .
Müzakirələr Azərbaycanın üstünlüyü şəraitində keçmişdir. Əlbəttə ki, bunun əsas səbəbi 44 günlük Zəfərimizdir, hazırki vəziyyətdə Azərbaycanın geostrateji mövqeyi və bütün bunları həyata keçirən siyasi iradədir.
Biz bu günlərə birlik olaraq, vəhdət olaraq gəldik və dəmir yumruq kimi kilitləndik. Gələcəyə inamla, qürurla və İlhamla baxırıq.
Rəşad Rəhmanov
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru