Poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibləri məlum olubAprelin 8-də şəhər stadionunda Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.

Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və iştirakçılara yarışın qaydaları haqqında ətraflı məlumat verilib. 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 1500 metr məsafəyə qaçış növləri üzrə təşkil olunan yarışda şəhər və kənd tam orta məktəblərin 11 komandası iştirak edib. Çempionatın keçirilməsi Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, çağırışyaşlı gənclərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin idman yarışları vastəsilə təbliğ olunması və yarışın zona mərhələsində rayonu təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Yarışda I yeri tutan şəhər 1 saylı tam orta məktəbin komandası poliatlon çoxnövçülüyü üzrə rayon çempionatının qalibi olub.

Yarışı Yenikənd kənd tam orta məktəbin komandası II, Böyük Həmyə kənd tam orta məktəbin komandası isə III yerdə başa vurub. Təltif olunma mərasimində yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarlarla təltif ediliblər.



#ŞəhidlərimİZ #DəmirYumruq #VictoriousAzerbaijaniHeroes #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
Minsk Qrupunu ləğv ediblər - LavrovATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk Qrupunu da ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.

XİN rəhbəri bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə tərəfdar olaraq qalmaqdadır.
Son sutkada koronadan vəfat edən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.
Kreml müharibənin tezliklə başa çatacağını AÇIQLADIMoskva Ukraynadakı xüsusi hərbi əməliyyatın yaxın gələcəkdə tamamlana biləcəyini gözləyir.

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya Federasiyası ümid edir ki, yaxın günlərdə, yaxın gələcəkdə əməliyyat öz məqsədlərinə çatacaq, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatacaq”,- Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar 44 gündür davam edir. İndiyədək Rusiya ordusunun 19 minə yaxın hərbçisi həlak olub, 5 mindən çox zirehli texnika sıradan çıxarılıb. 
Kreml müharibənin tezliklə başa çatacağını AÇIQLADIMoskva Ukraynadakı xüsusi hərbi əməliyyatın yaxın gələcəkdə tamamlana biləcəyini gözləyir.

Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Rusiya Federasiyası ümid edir ki, yaxın günlərdə, yaxın gələcəkdə əməliyyat öz məqsədlərinə çatacaq, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatacaq”,- Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar 44 gündür davam edir. İndiyədək Rusiya ordusunun 19 minə yaxın hərbçisi həlak olub, 5 mindən çox zirehli texnika sıradan çıxarılıb. 
Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə mənzillər özəlləşdiriləcəkPrezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir;

1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
"Sağlamlığımızı qoruyaq" adlı görüş keçirilibGənclərin İnkişaf və Karyera Mərkəzinin Şabran nümayəndəliyinin və Şabran Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Sağlamlıq Günü ilə bağlı "Sağlamlığımızı qoruyaq" adlı görüş keçirilib.

Görüşdə həkim İradə Həmidova iştirak edib. İnsan sağlamlığı və onun qorunması yolları barədə gənclərə ətraflı məlumat verilib. Sonda isə gəncləri maraqlandıran suallara cavab verilib.

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Həmin gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradır.

Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.
Universitetlərlə şirkətlər arasında əməkdaşlıqla bağlı problemlərin aradan qaldırılmasına həsr olunan müzakirələr başlayırAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirdi ki, layihə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına həsr olunub. Əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən universitetlərlə şirkətlər arasında əməkdaşlığın qurulması ilə ali təhsilin praktikliyini təmin etmək, hazırlanan kadrların iş yerlərinin tələblərinə cavab verməsini təmin etməkdir.

Bunun üçün kadr hazırlığında səylərin birləşdirilməsi, məzunlarda peşə kompetensiyalarının formalaşdırılması və təhsil sistemində bu innovativ təşəbbüsün reallaşdırılmasına yönəlmiş fəaliyyətlərə xüsusi yer ayrılıb. M.Rəhimov qeyd etdi ki, məzunlarda formalaşdırılan peşə kompetensiyaları işəgötürənlərin tələblərinə adekvat olmalıdır. Əks halda universiteti bitirən məzunların işlə təmin olunmasında problem öz həllini tapmayacaq.

Tədbirdə çıxış edən ekspert, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Ramil Quliyev dedi ki, Azərbaycanda universitet və iş dünyası arasında əməkdaşlığın düzgün qurulmaması hazırda əsas müzakirə mövzularından və həllini gözləyən məsələlərdən biridir. Universitetlər iş dünyasının ehtiyaclarını öyrənib, ona uyğun mütəxəssis hazırlamalıdırlar. Yəni iş dünyası və universitet əlaqələri çox ciddi qurulmalıdır. Təəssüf ki, hazırda bizim universitetlərin əksəriyyəti bunun heç birinə əməl etmir.

R.Quliyev daha sonra bildirdi ki, müşahidələr göstərir ki, universitetlərimiz iş dünyası ilə əməkdaşlıq edə bilmirlər. Əslində bu əməkdaşlıq həm universitetlər, həm də şirkətlər üçün faydalıdır. Belə ki, hazırda texnologiya sürətlə inkişaf edir. Bu inkişafla tanış olmağa, ondan istifadə etməyə şirkətlər daha çox maraqlıdırlar.

Ona görə də texnologiyada baş verən yeniliklərdən universitetlərdən daha çox, şirkətlər xəbər tutur və istifadə edirlər. Bunun özü də universitetlərlə iş dünyası arasında sıx münasibətlərin olmasının böyük önəm kəsb etdiyini diqtə edir. Əgər universitet neft mühəndisliyi sahəsində mütəxəssis hazırlayırsa, gərək bu sahə üzrə ölkədə fəaliyyət göstərən böyük şirkətlərlə görüşsün, tədris planını hazırlayarkən onlarla məsləhətləşsin və s. Çünki elə ola bilər ki, universitetin tədris etdiyi fənlərin bəziləri həmin şirkətlərdə işləmək üçün lazım deyil. Buna görə də onların universitet rəhbərliyinə daha lazımlı fənlərin tədris olunmasını tövsiyə edəcəkləri gözləniləndir.

Ekspert sonda dedi ki, ölkəmizdəki situasiyanın analizi göstərir ki, Azərbaycanda universitet və şirkətlər arasında əlaqə və münasibətlərin qurulması, əməkdaşlığın inkişaf etdirilməsi və kadr hazırlığında səylərin birləşdirilməsi ilə bağlı işlərin görülməsinə ehtiyac var. Əgər bu proses uğurla davam etdirilsə ölkəmizin sosial, iqtisadi inkişafı daha sürətlə gedər, məzunlar isə işsizlik problemi ilə qarşılaşmazlar.
"Skaut liderləri dayanıqlı inkişaf naminə" layihəsi yekunlaşıbAzərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən "Skaut liderləri dayanıqlı inkişaf naminə" layihəsini həyata keçirib.

Layihənin ilk günü iştirakçılar ASA-nın "Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" proqramı çərçivəsində "Liderlər üçün Dayanıqlı İnkişaf Məqsədləri Modeli", "Safe From Harm" və digər komanda quruculuğu istiqamətində təlimlərdə, layihənin ikinci günü isə “XXI əsrin liderlik bacarıqları”, “Skautların 6 istiqamət üzrə inkişafı”, “Skaut bacarıqları” və digər təlimlərdə iştirak ediblər.

Layihənin sonunda iştirakçı yeni skaut liderlərinə müvəffəqiyyət sertifikatı təqdim olunub.

Layihənin əsas məqsədi pandemiya səbəbilə onlayn formatda “İlkin liderlik kursu – təkmilləşdirmə məktəbi” layihəsində nəzəri liderlik təlimlərində iştirak etmiş gənc liderlərin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bilik və bacarıqlarının peşəkar şəkildə inkişafını həyata keçirtməkdir. Həmçinin yeni yaradılacaq skaut dəstələrində liderlər öyrəndikləri bilik və bacarıqları azyaşlı skautlara tədris edəcəklər.

Məlumat üçün bildirək ki, Azərbaycan Skautlar Assosiasiyasının üzvlərinin Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi Azərbaycan Skautlar Assosiasiyasının Milli Gənclər Proqramının bir hissəsi olan “Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” proqramının əsas missiyasıdır.

Məlum olduğu kimi skaut hərəkatı dünyanın bir çox ölkələrində çox geniş yayılmışdır. Hərəkatın yarandığı dövrdən bu vaxta qədər, yəni 114 il ərzində 500 milyondan çox üzvü olmuşdur. Hal-hazırda isə 57 milyondan çox üzvü vardır. Skaut hərəkatı dünyanın ən böyük könüllülərdən ibarət gənclər hərəkatıdır. Skaut hərəkatının devizi “Daha yaxşı dünya yaradaq!”dır. Dayanıqlı İnkişaf Məqsədləri də məhz bu istiqamətdə fəaliyyət göstərir. Skaut hərəkatı gənclərin müxtəlif metodlar vasitəsi ilə 5 istiqamətdə (intellektual, fiziki, emosional, sosial və psixoloji) inkişaf etdirilməsi ilə məşğul olur. Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildə yaradılmış, 2000-ci ildə isə Dünya Skaut Hərəkatı Təşkilatına üzv olmuşdur. Son illərdə ASA uğurlu inkişaf yolu keçməklə Dayanıqlı İnkişaf Məqsədləri üçün öz töhvəsini verməkdədir. Son 6 ildə təşkilatın ölkə gənclərinə verdiyi tövhəyə, müxtəlif təbəqələrdən olan gəncləri fəal ictimai həyata cəlb etməsinə baxmayaq, bir sıra problem və çətinliklər hələ də mövcuddur.