Ukrayna ordusu 200 əsgəri məhv etdi, kənd azad olunduUkrayna ordusu Kiyev vilayətində uğurlu hərbi əməliyyat həyata keçirib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilir ki, Ukrayna ordusu Kiyevin şimalında rus işğalçılarını 25-35 km geri çəkilməyə məcbur edib:

“Onlar hücuma davam edirlər və qələbə əldə edirlər. Az öncə cəbhədən daha bir şad xəbər gəldi: Ukrayna ordusu Barışevski rayonunda Lukyanovka kəndini işğaldan azad edib”.

Lukyanovkada 200 rus əsgərinin olduğu, əksəriyyətinin məhv edildiyi, qalanlarının isə qaçdığı bildirilib:

“Əsgərlərimiz 3 tank və 9 PDM məhv edib, bir MT-LB isə qənimət götürülüb. Düşmənin atıb qaçdığı digər tankların yararlı olub-olmadığı yoxlanılır”.

Hazırda hücumun davam etdiyi bildirilir.
BMT-də Rusiya əleyhinə qətnamə: 140 ölkə səs verdi...BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qətnaməni bir neçə ölkə, o cümlədən, ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva və Latviya birgə dəstəkləyib. Qətnamənin lehinə 140 dövlət səs verib, 38 dövlət bitərəf qalıb, Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya əleyhinə çıxıb.

Qətnamədə deyilir ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmalıdır.
MN: Erməni mənbələrin yaydığı məlumatlar...Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.
Lukaşenko: NATO Ukraynaya “sülhməramlı” göndərsə...Polşanın NATO sülhməramlılarını Ukraynaya göndərmək təklifi Üçüncü Dünya müharibəsinə səbəb olacaq.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Görürsən, bu çılğın polyaklar okeanın o tayından kimisə (ABŞ Prezidenti Co Bayden nəzərdə tutulur – red.) dəvət edib, beynini doldurmağa başlayıblar, 100 min nəfərlik sülh qüvvələri yaradıb, onları Ukraynaya göndərməyi təklif edirlər. Anladığınız kimi, bu, Üçüncü Dünya müharibəsi deməkdir! Nə düşünürsünüz, biz qorxub, kənara qısılacağıq?" - Lukaşenko bildirib.

O, vəziyyətin çox ciddi və gərgin olduğunu vurğulayıb.
Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərlənibSabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1994-cü il təvəllüdlü Babayeva Asya Əli qızı, 2014-cü il təvəllüdlü Babayev Rüstəm Asim oğlu və onun qardaşı, 2015-ci iltəvəllüdlü Babayev Sinan Asim oğlu evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
Ukraynalı nənə 6 rus əsgərini öldürdü – İnanılmazUkraynada işğalçı müharibə aparan Rusiya ordusunun əsgərləri arasında rabitə əlaqəsinin səs yazısı ələ keçirilib.

Axar.az xəbər verir ki, səs yazısını Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko paylaşıb.

Telefon danışığında rus əsgərlər bir-birlərinə ehtiyatlı olmağı, xüsusilə ukraynalıların yemək təklifini qəbul etməməyi məsləhət görürlər.

Onlardan biri deyir ki, ukraynalı nənə rus əsgərlərini yeməyə qonaq edib və zəhərləyib – 6 əsgər ölüb, 3-ü xəstəxanadadır:

“Əgər perajki belə versələr, ehtiyatlı olun, allah bilsin içinə hansı ... qoyurlar”, - əsgərlərdən biri deyib.
NATO yeni planı işə salıb, Atlantik okeanına qoşun yerləşdiribNATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.

“Report”un xəbərinə görə, bu barədə Alyansın tviter səhifəsində bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.

“NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik”, - hərbi ittifaqın lideri vurğulayıb.
Arvadını əvvəl maşınla vurdu, sonra bıçaqladıGoranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, qadın əvvəlcə avtomobillə vurulub, sonra bıçaqlanaraq qətlə yetirilib.

Belə ki, 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova öncə avtomobillə vurulub, daha sonra bıçaqlanıb. Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni onun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mehman Süleymanovun törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.
Rusiyanın daha bir aviaşirkəti fəaliyyətini dayandırdıRusiyanın “Azur” Hava Yolları şirkəti fəaliyyətini sanksiyalara görə dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə Strateji Nəqliyyat Mərkəzi məlumat yayıb.

Şirkət Rusiyada 40 şəhərə və xaricə 29 istiqamətə uçuşlar həyata keçirirdi.

Qeyd edək ki, Rusiya mülki təyyarələrinin böyük əksəriyyəti xarici şirkətlərin əmlakıdır və yaxud kreditdədir. Bu təyyarələr ölkədən çıxarkən həbs edilir.

Təyyarələrin ehtiyat hissələri də Rusiyaya verilmir. Buna görə də qısa müddətdən sonra Rusiyanın təxminən 1200-dən çox təyyarəsinin 800-dən çoxu uçuş qabiliyyətini itirəcək.

Şimali Kiprdə Novruz mərasimi keçirilibAzərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin (GAU) dəstəyi ilə GAU-da təntənəli Novruz bayramı mərasimi keçirilib. Əvvəlcə Novruz tonqalı yandırılıb, yumurta döyüşdürülüb və dəmir döyülüb.

Dostluq Cəmiyyətindən verilən məlumata görə, mərasimin açılışında çıxış edən AKDC-nin sədri Orxan Həsənoğlu türk xalqlarının ən qədim bayramı olan Novruz ənənələrinin milli dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.

Sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, nəqliyyat və rabitə naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri sədri Orhan Erdem və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxış ediblər.
Çıxışçılar Novruz bayramının əhəmiyyətindən danışıblar, vurğulanıb ki, dostluq, qardaşlıq, sülh və səmimiyyət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanları sevindirəcək.
Novruz bayramı tədbiri musiqili-əyləncəli hissə ilə davam edib.

Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimova zəngin ifaları ilə iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Tədbirin açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyə Respublikasının Lefkoşa səfiri Əli Murad Başçəri və digər görkəmli simalar iştirak ediblər.