"Üçüncü bina” jurnalistlərə ipoteka ilə veriləcək? - Rəsmi AÇIQLAMA"Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur".

Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "Report"un "Jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyi necə olacaq? Bu bina da ipoteka əsasında jurnalistlərə verilə bilərmi?" sualını cavablandırarkən deyib.

"Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir", - o vurğulayıb.

Bundan başqa, Ə.İsmayılov jurnalistlərə vergi güzəştlərindən də danışıb:

"Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması barədə məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır. Konkret nəticələr barədə məlumat veriləcək".
Millət vəkilləri Naxçıvanın 98 yaşını qeyd ediblər -  Bakıdakı daimi nümayəndəliyindəFevralın 9-da Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü tamam oldu. Bu münasibətlə, bu gün Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı dəyirmi masa keçirildi. Mən və həmkarlarım bu tədbirdə iştirak etdik.

Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda dünyanın da ən qədim mədəniyyət mərkəzlərindəndir. Azərbaycanın digər bölgələri kimi Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.

“Naxçıvan” sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və mötəbər tarixi qaynaqlara görə, “Naxçıvan” ”Nəqş-i cahan”, yəni ”dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranmışdır. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə, “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu, ”dünya tufanı” ilə bağlı olub, ”Nuhçuvan” - “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. Naxçıvan yaxınlığında dəniz səviyyəsindən 3725 m yüksəklikdə yerləşən ”Gəmiqaya” adlı qədim yaşayış məskəni və həmin yaşayış məskənində ”Nəbi yurdu” (“Peyğəmbər yurdu”) adlanan çox qədim bir qəbiristanlıq aşkar olunmuşdur. Nuh peyğəmbərin qəbri isə Naxçıvan şəhərinin özündədir. Ümumiyyətlə Azərbaycan xalqı, o cümlədən Naxçıvan əhalisi arasında qədim abidələr və əntiq mallarla bağlı olaraq ”Nuh Nəbidən qalma” (“Nuh peyğəmbərdən qalma”) ifadəsi çox işlədilir.

Qeyd etməliyik ki, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üstündə yerləşən Naxçıvan tarix boyu Azərbaycan dövlətçiliyinin sütunu, əsas mərkəzlərindən biri olaraq daim fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi bir məkan olub. Naxçıvan tarixin heç bir mərhələsində düşmənləri qarşısında baş əyməmiş, xalqımıza məxsus qürur nümayiş etdirmiş, qan yaddaşını, mədəniyyətini, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlaya bilmişdir. Burada qədim, milli dövlətçilik ənənəsinin çoxəsrlik tarixi vardır. Atabəylər dövləti - Naxçıvan bəylərbəyliyi, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan mahalı kimi müxtəlif adlarla dövlət qurumlarının mövcud olması Azərbaycanın bu qədim diyarında dövlətçilik təfəkkürünün həmişə qüvvətli olmasını şərtləndirib. 20-ci əsrdə isə Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının mühüm, ayrıca xidmətləri olub. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

1921-ci ildə Azərbaycan, rus, erməni nümayəndələrinin iştirakı ilə Naxçıvan əhalisi arasında rəy sorğusu keçirilib, əhalinin 90 faizdən yuxarı hissəsi muxtar respublikanın Azərbaycanın tərkibində qalmasını istəyib. Sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Kazım Qarabəkir Paşanın “Şərqin qapısı”, Mustafa Kamal Atatürkün isə “Türk qapısı” adlandırdıqları Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit olunub. Moskva müqaviləsinin 3-cü bəndinə, Qars müqaviləsinin 5-ci bəndinə əsasən Naxçıvanın ərazisi təsdiq olunub və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret imzalayıb. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

20-ci əsrin sonlarında da bu Ümummilli Lider Heydər Əliyevin məhz bu diyarda yenidən siyasi fəaliyyətə başlaması, onun rəhbərliyi ilə qəbul edilmiş qərarlar Azərbaycanın gələcək inkişafının təməlini qoydu. 1990-cı ilin noyabrın 17-də muxtar respublikanın adından «sovet, sosialist» sözlərinin çıxarılması, Ali Sovetin adının dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və onun Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılması haqqında öz tarixi qərarını qəbul etdi.

Gerb və himnin qəbul edilməsi üçün müsabiqə elan olunması da qərara alındı. Bununla yanaşı, muxtar respublika ərazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirak etməkdən imtina etməsi, 1990-cı il 19—20 yanvar hadisələrinə siyasi qiymət verilməsi, 31 dekabr gününün dünya azərbaycanlılarının həmrəylik günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi. Bu gündə İlham Əliyev kimi sərkərdənin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad oldu və yüz illərlə bəlamıza çevrilmiş erməniçilik xəstəliyinə dəmir yumruqla əlac tapıldı.


Sadiq Qurbanov
Millət vəkili
"Sağlam Yaşa” layihənin icrasına başlayıb"Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihənin icrasına başlayıb.

Layihənin icrası 01 fevral – 30 aprel tarixlərində Masallı, Cəlilabad, Salyan, Balakən və Zaqatala rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi yeniyetmə və gənclərimizi bəşəri bir bəla olan narkomaniyadan uzaq durmağa, onun fəsadları haqqında geniş məlumat verməkdən ibarətdir.
“Vətənə xidmət hansısa təşkilatın inhisarında ola bilməz”Ukrayna ən güclü Azərbaycan diasporunun olduğu ölkələrdən biridir və burada yaşayan azərbaycanlılar iki dost xalq və dövlət arasında ictimai, siyasi və mədəni əlaqələrin inkişafına, Vətənimizin təbliğinə, Ukrayna cəmiyyətinə öz töhfəsini verir. Artıq 3 ildir ki, Ukraynadakı soydaşlarımız və diaspor təşkilatlarının böyük bir qismi Ukrayna Azərbaycanlıları Radasının (UAR) çətiri altında birləşir. UAR tarixin ən çətin sınaqlarında - pandemiya dönəmində azərbaycanlılara maddi-mənəvi dayaq olub, Vətən müharibəsində Ukrayna ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında böyük xidmətlər göstərib.

Təşkilatın fəaliyyəti və yaxın günlərdə keçiriləcək II Qurultayı barədə UAR-ın Baş katibi Ceyhun Məmmədov “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.

- Uzun müddət fikir ayrılıqları ilə əlaqədar bir-birinə qarşı soyuq münasibətdə olan Ukraynadakı diaspor təşkilatlarını bir araya gətirən Ukrayna Azərbaycanlıları Radasının yaranmasından təxminən üç il keçir. Təşkilatın bu müddət ərzindəki fəaliyyətini necə qiymətləndirirsiz?

- Ukraynada fəaliyyət göstərən ən böyük diaspor təşkilatlarından biri olan UAR-ın 2019-cu ildə təsis qurultayında demək olar ki, Ukraynadakı bütün diaspor təşkilatları iştirak edərək bir çətir altında birləşdilər. Bununla da Azərbaycan diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinin əsası Ukraynada qoyuldu, ardınca isə Avropa ölkələrində yarandı. Ukraynada bir-biri ilə “rəqabət” aparan təşkilatların bir araya gəlməsi, hətta bir təşkilatda birləşməsində Diasporla İş üzrə Dövlət Komitəsininin sədri Fuad Muradovun əməyini xüsusi vurğulamaq lazımdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə tərəflərlə aparılan davamlı danışıqların nəticəsi olaraq təşkilatların birliyinə - Ukrayna Azərbaycanlıları Radası təsis edilməsinə nail olundu. UAR təsis olunandan sonra ilk və ən çətin sınağı pandemiya dövründə oldu. Təyyarə reyslərinin ləğv olunması, ölkələr arasında əlaqələrin kəsilməsi nəticəsində təkcə Kiyevdə çarəsiz qalmış 700 azərbaycanlıya təşkilat olaraq sahib çıxdıq, eyni zamanda işi bağlanan, köməyə ehtiyacı olan 1500 ailəyə maddi-mənəvi dəstək göstərdik. Bu çətin işin öhdəsindən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, UAR həmsədrləri Oleq Krapivinin, Hikmət Cavadovun və disapor fəallarının birgə əməkdaşlığı və birliyi sayəsində gələ bildik.

- Vətən müharibəsi dövründə də UAR yerli ictimaiyyətin məlumatlandırılmasında ciddi işlər gördü...

- Bəli, pandemiyadan sonra təşkilatın fəaliyyətində ən vacib dönəm Azərbaycan torpaqlarının azadlığı uğrunda apardığı şanlı mübarizənin təbliği ilə bağlı oldu. Məhz buradakı soydaşlarımızın da apardığı təbliğat kampaniyasının nəticəsində Ukrayna ictimaiyyəti Vətən müharibəsi dövründə birmənalı olaraq Azərbaycanın yanında oldu. Bu işdə UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadovun əməyini xüsusi qeyd etmək istərdim. Ukrayna ictimaiyyətinin Azərbaycan həqiqətləri uğrunda birləşməsində, iki ölkə arasında dostluq əlaqələrinin inkişafında bu insanların və UAR-ın əməyi göz qabağındadır. Müharibədən sonrakı dövrdə də ukraynalı deputatların Azərbaycana, azad olunmuş ərazilərimizə səfəri və digər məqamlar Ukrayna ictmaiyyətinin bu məsələyə həssas münasibətini göstərən faktlardı. Çox təəssüf ki, UAR-ın daxilindəki birlik, Dövlət Komitəsi ilə faydalı əməkdaşlıq zaman keçdikcə müəyyən insanlarda anlaşılmazlıqlar yaratdı. Bir qrup diaspor nümayəndəsi təşkilatın işinə mane olmağa cəhd etdiyi üçün İdarə Heyətinin qərarı ilə UAR-dan uzaqlaşdırıldı.

- Həmin təşkilat və diaspor nümayəndələri pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı ölkəmizin maraqlarının müdafiəsi işində nə dərəcədə fəallıq göstərirdi?

- İstər pandemiya, istərsə də müharibə dövründə UAR-da təmsil olunan təşkilatlar, diaspor üzvləri yumruq kimi birləşərək öz vaxtını, enerjisini, pulunu bu işlərə sərf etdilər, orduya, YAŞAT Fonduna, YAŞAT Marafonuna xeyli vəsait köçürdülər. Bu işdə UAR həmsədri, iş adamı Oleq Krapivinin təşəbbüsünü, əməyini xüsusi qeyd etmək istərdim. Məhz bu fəallıq nəticəsində xaricdən göstərilən yardımların həcminə görə Ukraynadakı diasporumuz ilk beşlikdədir. Vətən sevgisi, Vətənə xidmət kiminsə inhisarında deyil: nə Dövlət Komitəsinin, nə UAR-ın, nə də başqa qurumların. Təəssüf ki, UAR-a, Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı yazılan bəzi tənqidi yanaşmalarda, müraciətlərdə irəli sürülən iddiaları təsdiqləyən faktlar yoxdur. Yəni narazı tərəflər ölkəmiz, Vətənimiz üçün faydalı, səmərəli bir layihə verib, əməkdaşlıq təklifi, təşəbbüsü ilə nə zaman Dövlət Komitəsinə, UAR-a müraciət edib və ona baxılmayıb? Belə bir nümunə göstərilmir, çünki heç vaxt olmayıb. Çox düzgün fikirdir ki, diaspor işi könüllülük işidir, insanlar könüllü olaraq öz vaxtını, enerjisini, pulunu Vətən üçün xərcləyir. Bir qrup insan işi yüksək səviyyədə həyata keçirir və onların birliyi yaranır. Bu fəaliyyəti yüksək səviyyədə edə bilməyənlərin də öz birliyi formalaşır. Mən bir məqamı vurğulamaq istərdim ki, ötən ilin dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Kiyevdə böyük bir tədbir keçirdik və mən təşkilatın Baş katibi olaraq UAR-ın fəaliyyətini tənqid edən təşkilatlara, rəhbərlərə zəng edərək tədbirə dəvət etdim. Lakin onlar həmrəylik göstərmədi, tədbirə qatılmaq istəmədilər, hətta mənə irad bildirdilər ki, bizə zəng vurma. Düşünürəm ki, insan özünü işi və uğurları ilə göstərməlidir. Öz fəaliyyəti ilə uğur qazanmayanda, başqalarının uğurlarına kölgə salmağa çalışırlar. Bu gün Ukraynadakı diasporumuzla bağlı gedən prosesləri belə qiymətləndirirəm. UAR isə işləyir, hər bir təşkilatda olduğu kimi burada da obyektiv və subyektiv səbəblərdən problemlər mövcuddur. Kimsə daha yaxşı fəaliyyət göstərmək istəyirsə, buyursun, ortaya daha yaxşı nümunələr qoysun. Hər kəs də görsün ki, bu təşkilatlar soydaşlarımız, Ukrayna, Ukrayna-Azərbaycan dostluğu üçün daha uğurlu addımlar atır.

- Siz nə vaxtdan UAR-da təmsil olunursuz?

- Mən Oleq Krapivinin təklifi ilə 2021-ci ilin iyun ayından UAR-ın Baş katibiyən. Məsuliyyətli və şərəfli bir vəzifəni icra etdiyimin fəqrindəyəm. Bundan öncə, mən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun, Kiyev Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü idim. Ondan əvvəl isə 2008-ci ildən Ukraynada ilk böyük təşkilat - Ukrayna Azərbaycanlıları Konqresi (UAK) İdarə Heyətinin üzvü olmuşam. Təəssüf ki, indi bir çoxu bu konqresin adından açıqlamalar verir, onun fəaliyyətini öz adına çıxmaq istəyir. Amma bu düzgün deyil, çünki UAK bu gün dondurulmuş vəziyyətdədir, müəyyən hüquqi və siyasi səbəblərə görə fəaliyyət göstərmir. İndi bu cəmiyyətlərin bir qismi UAR-da təmsil olunur və təşkilatın sıraları hər il daxil olan üzvlərin hesabına daha da genişlənir.

- Bu günlərdə UAR-ın Qurultayı keçiriləcək. Artıq yayılan məlumatlara görə, burada vacib qərarların qəbulu gözlənilir...

- Fevralın 12-də Kiyevdə UAR-ın hesabat-seçki qurultayı olacaq, qurumun tərkibində, strukturunda və nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Çünki dünya dəyişir, hər şey çox sürətlə yenilənir və üç il əvvəl qəbul etdiyimiz nizamnamə bu günün şərtlərinə cavab vermir. Bildiyiniz kimi, təşkilatımız gənclərlə işə çox böyük önəm verir. Qurultayda da gənclər, ziyalılar, iş adamları şuralarının təsis olunması planlaşdırılır. Bundan başqa, UAR-ın tərkibi yeni üzvlərlə genişləndiriləcək, İdarə Heyətinə yeni üzvlərin qəbulu gözlənilir. Bizimlə işləmək istəyən təşkilatlar üzvlüyə qəbul olunacaq. Yeri gəlmişkən, mətbuat vasitəsilə Ukraynada fəaliyyət göstərən bütün diaspor təşkilatlarına müraciət etmək istəyirəm. UAR-la birgə fəaliyyət göstərmək, Azərbaycan, azərbaycançılıq, birliyimiz naminə çalışmaq istəyən varsa, bizə müraciət etsinlər, hələ vaxtımız var. Müraciətlərə baxılacaq və Qurultay günü həmnin təşkilatlarla Memorandum imzalanacaq.

- Ukrayna ətrafında yaranmış beynəlxalq gərginlik davam edir. Belə bir çətin vaxtda buradakı soydaşlarımız yaranmış situasiyanı necə qiymətləndirir və ümumiyyətlə, azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası hansı səviyyədədir?

- Fevralın 6-da Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu, diasporumuz üçün də önəmli tarixdir. Bu 30 ildə azərbaycanlılar Ukraynada bir çox sahələrdə ciddi uğurlar qazanıb. Misal olaraq, ən son nailiyyətlərdən biri kimi Tokio Olimpiadasında Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovun güləş üzrə gümüş medal qazanmasını göstərmək istərdim. Ukraynanın xalq artisti Qurban Abbasov, Ukraynanın xalq rəssamı Katib Məmmədov, eləcə də tibb sahəsində tanınan Məmməd Bağırov kimi onlarla, yüzlərlə səviyyəli alimlərimiz var və onlar Ukrayna cəmiyyətinə öz töhfəsini verir. Eyni zamanda soydaşlarımız Azərbaycandan Ukraynaya investisiya cəlb olunması işində də fəallıq göstərir. Hazırda dünya mətbuatı Ukraynada vəziyyətin gərgin olduğunu yazır, lakin heç də belə deyil, ukraynalılar öz Vətənənini qorumaq əzmindədir. Ukrayna isə Avropanın ən güclü dövlətlərindən biri olmağa namizəddir və xalqın buna böyük inamı var. Bu inamı Ukraynadakı xalqın diasporu da öz ölkəsinin insanlarına aşılamağa çalışır. Bir məqamı qeyd etmək istərdim ki, biz - Ukraynada yaşayan azərbaycanlılar ukraynalılardan daha çox vətənpərvərik. Çünki onlar Ukraynada doğulub böyüdüyü üçün Ukrayna onun Vətənidir. Amma biz Ukraynanı özümüz seçmişik, şüurlu şəkildə bu ölkəyə köç etmişik. Ona görə də biz bu dövləti qorumaqda, inkişaf etdirməkdə ən maraqlı və ürəkdən istəyən tərəflərdən biriyik. Bu günlərdə Ukraynada fəaliyyət göstərən 35 müsəlman diasopr təşkilatlarının birgə forumunu təşkil etdik. BMT, AŞPA, Ərəb Liqası, Türk Dövlətləri Birliyi kimi beynəlxalq təşkilatlara müraciət qəbul olundu ki, Ukrayna xalqı sülh tərəfdarıdır və müharibə istəmir. Həmin 35 təşkilatdan biri də Ukrayna Azərbaycanlıları Radası idi. Yeri gəlmişkən, UAR buradakı ictmai təşkilatlarla əlaqələrin qurulmasında da maraqlıdır və cəmiyyətdə insanların, ictimai təşkilatların rolunu artırmaq üçün öz töhfəsini verir.

- UAR-ın beynəlxalq əlaqələrindən nə deyə bilərsiz…

- İlk növbədə Türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələri gücləndirdik. Bu ölkələrin səfirləri ilə görüşlərimiz oldu, ortaq layihələr müzakirə elədik. İnşallah bu ilin Novruz bayramını birlikdə təşkil etmək barədə ilkin razılığa gəlmişik. Sonra müəlman ölkələrin diaspor təşkilatları ilə əlaqələr qurmuşuq. Ukraynaya özəlliklə ərəb diasporuna qarşı güclü maraq var. Bu ölkədəki ərəb diasporu ərəb investitsiyasının Ukraynaya gəlməsində “körpü” rolunu oynayır. 31 dekabr Həmrəylik Günü münasibətilə keçirilən turnirdə həm Ukrayna, həm türkdilli ölkələr, həm də ərəb diasporunun komandaları iştirak etdi. Bundan başqa Kiyev tolerantlıq formu çərçivəsində ilk toplantını bizim mərkəzdə və Kiyev adminstrasiyasının təşkilatçılığı ilə baş tutdu. Burada da Ukraynada fəaliyyət göstərən 40-dan artıq duaspor təşkilatları iştirak etdi.
Silahlı mühafizəçi, Mehdiyev üçün özəl lift... - AMEAAzərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən Report-a verilən açıqlamada binada liftin Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırıldığı bildirilib.

“Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, mühafizə dövlət tərəfindən ayrılıb. Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır”.

Qeyd edək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.

Xatırladaq ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.
Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiRusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Jirinovski bir neçə gündür xəstəxanadadır və vəziyyəti ağırdır

Siyasətçinin hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat verilməyib.

Partiyanın mətbuat xidməti isə yaydığı açıqlamada bildirib ki, Jirinovski özünü yaxşı hiss edir və işini davam etdirir.

Qeyd edək ki, Mərkəzi Kliniki Xəstəxana Rusiya Prezident Administrasiyasının tabeliyindədir.
Minlərlə jurnalistin mənzil problemi həll olunacaqJurnalistlərin güzəştli ipoteka əldə edə bilməsi onların yaşayış sahəsinə olan ehtiyacının ödənilməsində, mənzil-məişət vəziyyətinin yaxşılaşdırlmasında mühüm rol oynayacaq.

Bunu Report-a Azərbaycan Prezidentinin ötən gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanını şərh edərkən iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin əsas prioritetlərindən biri olaraq qalır:

“Buna kimi şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkünlər və sair kateqoriyadan olanlar güzəştli ipotekadan yararlana bilirdi. Bundan sonra həmin qaydalar jurnalistlərə də şamil ediləcək. Mətbuat nümayəndələri hər zaman dövlət qayğısı və diqqəti ilə əhatə olunub. Bunun bariz nümunəsi kimi jurnalistlər üçün tikilən və onların istifadəsinə verilən binaları göstərmək olar. Yeni mexanizm dövlət dəstəyinin əhatə dairəsini əhəmiyyətli dərəcədə artıracaq. Lakin güzəştli ipoteka hesabına jurnalist mənzilin yerləşəcəyi ərazini, binanı, mərtəbəni müstəqil olaraq seçmək imkanı əldə edəcəklər ki, bu da çox vacib məqamdır. Belə evin metroya, digər infrastruktur obyektlərinə yaxın olub-olmamsı birbaşa olaraq insanların xərclərinə təsir edir. Bu qərar nəticə etibarı ilə minlərlə jurnalistə, eyni zamanda ailəyə ev problemini həll etmək üçün bu günə kimi olmayan imkan verəcək”.

Ekspert hesab edir ki, yeni mexanizmin daha işlək olması üçün bəzi məqamların nəzərə alınması məqsədəuyğun hesab edilə bilər:

“Bildiyimiz kimi, digər sektorlarda olduğu kimi bu sahədə də illərlə VÖEN yaratmaqla işləyənlər az deyil. Ona görə stajın hesablanması zamanı bu məqamın necə tənzimlənəcəyi vacibdir. Belə ki, həmin adamlar faktiki olaraq dövlətə vergi ödəyiblər. Digər məqam ilkin ödənişlə bağlıdır. Şərtlərdə yalnız minimal ilkin məbləğ göstərilir. Yəni maksimal məbləğ həddi üzrə məhdudiyyət olmadığına görə bankların rəsmi bəyan etdiklərini nəzər alsaq ilkin ödənişə tələb 30 % həddindədir. Reallıqda bu tələb daha yüksək də ola bilər. Bu məqamlar güzəştli ipotekanın həmin kateqoriya üçün əlçatanlığını məhdudlaşdıra bilər. Yəni mexanizmin maksimal dərəcədə işlək olması üçün aiddiyyatı qurumların bu məqamlara diqqət etmələri və onların hər hansı bir formada tənzimlənməsini təmin etmələri məqsədəuyğun sayılır”.

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Digər əlavəyə əsasən ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.

Xatırladaq ki, güzəştili ipoteka krediti üzrə maksimal məbləğ 100 min manat təşkil edilir. Kredit 30 il müddətinə, illik 4 %-lə verilir. İlkin ödənişə minimal tələb 10 % həddində müəyyən olunub.
“Azərsu” əməkdaşı borclu abonent tərəfindən döyüldüAzərsu ASC tərəfindən içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görülür.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, abonentlərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən Azərsu ASC-nin əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Azərsu ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.

Belə ki, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan Saray-H MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 07 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

08 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent Azərsu ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent Azərsu ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisə “Bağlar Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.

Azərsu ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə Azərsu ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Abonentlərin diqqətinə çatıdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.
"İran ilə Azərbaycanın qardaşlığı və dostluğu mahiyyətcə əbədidir"Seyid Abbas Musəvi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri


İran İslam İnqilabının şanlı qələbəsindən artıq uzun illər keçir. Azadlıq və müstəqillik böyük İran xalqının inqilab vasitəsilə əldə etdiyi çox dəyərli bir nemətdir. Bu gün İran İslam Respublikası öz milli qərarlarının verilməsində heç bir xarici gücdən asılı deyil. İran təhlükəsizliyini və sabitliyini öz gücünə söykənərək təmin edir və bu sahədə əsasən böyük dövlətlərin maraqlarına xidmət edən hər hansı hərbi və ya təhlükəsizlik mexanizmlərinə qoşulmağa ehtiyac duymur. İnqilab nəticəsində əldə edilmiş əlamətdar nailiyyətlər təkcə siyasi sahədə deyil, iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəni, elmi və hərbi sahələrdə də saysız-hesabsız olmuşdur.

ABŞ-ın onilliklər boyu davam etdirdiyi zülmkarcasına və ədalətsiz sanksiyaları İranı diz çökdürməyib. İran İslam Respublikası bu gün böyük insan kapitalına, zəngin təbii sərvətlərə, enerji və mineral mənbələrə malik geniş bir ölkədir və dünyanın ən yüksək hərbi güclərindən biri kimi müxtəlif elmi sahələrdə sürətli inkişafı, regionda və dünyada artan nüfuzu ilə qürurla dayanaraq, yeni zəfərlərə imza atır. Sanksiyalara baxmayaraq, bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmək, nüvə və kosmik biliklərə yiyələnmək, tibbi biliklər, kök hüceyrə, nanotexnologiya və biotexnologiya sahəsində yüksək uğurlar əldə etmək, qabaqcıl raket və dronların və digər hərbi texnika və silahların istehsalı və bir çox başqa nailiyyətlər, İran xalqının dünya imperializminə qarşı qırx üç illik müqavimətinin nəticəsidir.

İran İslam Respublikasının gücü hər zaman region ölkələrinin və onların dostlarının sabitlik və təhlükəsizliyinin xidmətində olub və olacaq. İran İslam Respublikası balanslaşdırılmış və dinamik diplomatiyanın, qonşuluq siyasətinin, qonşuların prioritet və regionun güclü olmasının üzərində vurğulamaqla, regionun bütün ölkələri, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir və bu arada Azərbaycan Respublikasına gəldikdə isə İran qonşu və qardaş ölkəyə daima sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlıq arzulayır. Haqlı bir söz olaraq həmişə deyildiyi kimi, ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir.

İran 1991-ci ildə dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ildə martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Bu il, iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaş və qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.

İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. 2021-ci ildə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü, münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən, İran və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.

Həyata keçirilən əsas səfər və görüşlərlə bağlı deyə bilərəm ki, iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin davamı olaraq, bu yaxınlarda biz İran İslam Respublikasının xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahiyanın və onun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərinin şahidi olduq. Bu yaxənlarda İranın yol və şəhərsalma naziri cənab Rüstəm Qasemi Azərbaycan Respublikasında səfərdə olarkən və səfər zamanı işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə edərkən, eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov isə Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparmışdır. Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri cənab Şahin Mustafayevin İrana çox səmərəli bir səfəri baş tutmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana baş tutan səfəri də böyük əhəmiyyət kəsb edir.

Bu görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli məsələlər (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluq və s. kimi sahələrdə əməkdaşlıq məsələləri) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və 3+3 regional əməkdaşlıq formatı) müzakirə olunmuş, ümumi və regional maraqları təmin etmək üçün lazımi qərarlar qəbul edilmişdir.

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri sonsuzdur. İki ölkənin yüksək rütbəli rəsmilərinin saysız-hesabsız qarşılıqlı səfərləri əlaqələrin mövcud səviyyəsindən xəbər verdiyi halda, Azərbaycan vətəndaşlarının ilk səfərinin İran olması faktı iki xalqın qardaşlıq sevgisini göstərən daha bir mühüm göstəricidir. Beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan arasında beynəlxalq əməkdaşlığın göstəricisi ola və iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin hansı səviyyədə olduğunu göstərə bilər.

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə nisbi artıma malik olmaqla son iki onillikdə ən yüksək səviyyəyə çatmışdır .

Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin.

Hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir. Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin olunması sahəsində mühüm rol oynayırlar.

Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir.

“Tərtər işi”nə görə həbs olunan komandir barədə - Şok faktlar“Tərtər işi”nə görə yenidən başlanılan cinayət işi üzrə təqsirli bilinərək həbs olunan hərbçilərdən biri - Fuad Axundov barədə ilginc faktlar ortaya çıxıb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilən Axundov Fuad Arazi oğlu vaxtilə öz həyat yoldaşına qarşı insanlığa sığmayan rəftarı ilə gündəmə gəlib.

Belə ki, o, 2018-ci ilin dekabr ayında öz həyat yoldaşının üzünə kislota tökməkdə təqsirləndirilib. F.Axundov həyat yoldaşını başqa kişilərlə intim münasibətdə olaraq ona xəyanət etdiyi üçün cəzalandırdığını bildirib.

Həmin vaxt başladılan məhkəmə prosesində məlum olub ki, F.Axundov Müdafiə Nazirliyinin Xızı rayonunda yerləşən hərbi hissəsində xidmət edib. Xüsusi Təyinatlılar bölüyünün komandiri olan Fuad Axundov polkovnik-leytenant rütbəsini daşıyıb. O, bir neçə il əvvəl təqaüdə çıxıb, “Aprel döyüşləri”ndən sonra onun müqavilə müddəti artırılıb və Talış kəndi ətrafında cəbhəyə göndərilib. F.Axundov orada batalyon komandiri vəzifəsini icra edib. Ali Komandanlıq Məktəbinin məzunu olub. O, xidmətdə olduğu müddətdə bir neçə dəfə təltif edilib.

Hazırda F.Axunov həyat yoldaşı Xatirə Axundovanın üzünə kislota tökməklə ağır xəsarət yetirməkdə ittiham olunur.

Qeyd edək ki, cütlüyün iki azyaşlı uşağı var.